Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün14
DünənDünən4308
Bu həftəBu həftə27030
Bu ayBu ay57692
Bu günə qədərBu günə qədər8800978

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Bricet Brinks: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks deyib.

Onun sözlərinə görə, ABŞ münaqişə tərəfləri ilə işləyərək münaqişənin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir.

B. Brinks ATƏT in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin istefası məsələsinə də toxunub: "Uorlikin xidmətlərini yüksək qiymətləndiririk. O 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni həmsədrin adı isə hələlik məlum deyil".  

Obama Putinlə görüşünü şərh etdi - “Ona təklif etdim ki,..”

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Barak Obama arasında 4 dəqiqəlik görüş olub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Obama Putinlə görüşünü şərh edərək bildirib ki, Putinə 2017-ci ilin yanvarı, yəni səlahiyyət müddəti başa çatan günə qədər Ukraynaya dair Misnk danışıqlarının həyata keçirilməsini təklif edib.

“Mən Putinlə Ukrayna ilə bağlı danışdım və bəyan etdim ki, mütləq Minsk danışıqlarına əməl olunmalıdır. Həmçinin bildirdim ki, öz vasitəçilərinə ABŞ, Fransa, Almaniya və Ukayna ilə birlikdə fəaliyyət göstərməyə dair tapşırıq versin”, - ABŞ-ın 44-cü prezidenti söyləyib.

Peruda Vladimir Putin və Barak Obama arasında görüş olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Asiya-Sakit okeanı iqtisadi əməkdaşlıq sammiti çərçivəsində qısa söhbət ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"İclasın əvvəlində onlar bir-birilərini salamladılar və çox qısa söhbət etdilər", - deyə o bildirib.

“kp.ru” nəşri yazır ki, ABŞ prezidenti BMF rəhbəri ilə görüşdən sonra Putinə yaxınlaşıb və onlar bir neçə dəqiqə söhbət ediblər.

Gürcüstan prezidenti baş nazirliyə namizədi təsdiqləyib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Giorgi Kvirkaşvilinin baş nazirliyə namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onun namizədliyini “Gürcü arzusu” Partiyası irəli sürüb.

Xatırladaq ki, bu il oktyabrın 8-də keçirilən parlament seçkilərində “Gürcü arzusu” Partiyası 150 yerdən 115-ni qazanaraq, qalib gəlib. Yeni seçilən parlament ötən gün işə başlayıb. 

Çavuşoğludan erməni deputata sərt reaksiya - “Mən Qarabağı işğal etdim?”

alt

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.

Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.

Ukrayna baş prokuroru: "Saakaşvili Gürcüstana təhvil verilməyəcək" - YENİLƏNİB

Ukraynanın baş prokuroru Yuri Lutsenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Gürcüstana təhvil veriləcəyi barədə xəbərləri təkzib edib.

APA-nın "112.ua" saytına istinadən verdiyi xəbərə görə, Y. Lutsenko bu xəbərlərin doğru olmadığını bildirib: "Ukrayna öz vətəndaşlarını başqa ölkələrə təhvil vermir. Nöqtə!"

Xatırladaq ki, M. Saakaşvili Odessa qubernatorluğundan istefa verdikdən sonra müxalifətə keçib və siyasi təşkilat yaradaraq Ukraynada hakimiyyət uğrunda mübarizəyə başlayacağını açıqlayıb. Bundan sonra Ukrayna hökumətinin onu Gürcüstana təhvil verəcəyi ilə bağlı xəbərlər yayılıb. Gürcüstanda M. Saakaşvili haqqında cinayət işi var. 

***

Saat 17:06

Rəsmi Kiyev Gürcüstanın keçmiş prezidenti, Odessa şəhərinin sabiq meri Mixail Saakaşvilini Gürcüstana verilə bilər.

APA-nın məlumatına görə, bu barədə “Ukrainskaya Pravda” Ukrayna Prezidenti Administrasiyasındakı mənbəyə istinadən yazıb. Məlumata görə, ölkə rəhbərliyi qanunu şəkildə onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyi üçün bu yola əl atmağı düşünür.

Başqa bir mənbə isə bildirib ki, M. Saakaşvili və P. Poroşenko arasında Gürcüstandakı parlament seçkilərinə kimi münasibətləri pozmamağa dair gizli razılaşma olub.

Daha əvvəl Mixail Saakaşvili də Pyotr Poroşenkonun onu Ukrayna vətəndaşlığından məhrum etmək istəyi barədə məlumat vermişdi.

Gürcüstan parlamentinə yeni sədr seçilib

Gürcüstan parlamentinin yeni sədri bəlli olub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qanunverici orqanın bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ. Kobaxidze parlamentin sədri seçilib. 

Yeni sədr çıxışında bildirib ki, fəaliyyəti zamanı neytral olacaq: “Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm”.

Qeyd edək ki, İ. Kobaxidze “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi idi. 1978-ci il təvəllüdlü yeni sədr Almaniyanın Düsseldorf Universitetində hüquq təhsili alıb. Son vaxtlara qədər Cavaxişvili adına Tiflis Dövlət Universitetində çalışıb. Hüquq professorudur. 


Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim “Gürcü Arzusu” və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan “Vətənpərvərlər İttifaqı” formalaşdırıb.

Gürcüstan ordusunun iki yüksək rütbəli şəxsi istefa verdi

Gürcüstanın Hərbi Hava Qüvvələrinin komandanı Serqo Ninua və Hava Hücumundan Müdafiə Qərargahının rəhbəri Georgiy Çabadze vəzifə təyinatlarından bir həftə sonra istefa veriblər.

Trend "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, hər iki şəxs müxalifətdə olan Vahid Milli Hərəkat partiyası ilə əlaqədə ittiham edilmələri ilə bağlı vəzifələrini tərk ediblər.

İttihamlarla razılaşmayan Serqo Ninua kampaniyanın əslində Hərbi Hava Qüvvələrində planlaşdırılan islahatlara mane olmaq məqsədi güddüyünü deyib.

Gürcüstanın yeni hökumətinin tərkibinin elan ediləcəyi tarix açıqlanıb

alt

Gürcüstanın yeni hökumətinin tərkibi noyabrın 19-da açıqlanacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Dmitri Kumsişvili jurnalistlərə açıqlamasında bildirib.

İnformasiyaya əsasən, indiki baş nazir Georgi Kvirikaşvili hökumətin yeni tərkibini yeni seçilən parlamentə təqdim edəcək.

Xəbərə görə, Nazirlər Kabinetinin üzvləri həmin vaxtadək öz səlahiyyətlərini icra edəcək.

Putin haqda gözlənilməz iddia

alt

Rusiya prezidenti Vladimir Putin haqqında şok iddia irəli sürülüb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kremlə yaxınlığı ilə bilinən bir xəbər saytı Putinin səhhətindəki problemlərə görə, tezliklə vəzifədən gedəcəyini yazıb.

Xəbər qısa zaman ərzində 50 mindən çox insan tərəfindən oxunsa da 3 saat sonra silinib.

Məlumat üçün bildirək ki, xəbərdə Moskva Dövlət Universitetinin professoru Valeri Soloveyin fikirləri yer alıb . Xarici siyasət üzrə mütəxəssis olan professor Solovey Rusiya liderinin 2017-ci ildə vəzifədən gedəcəyinə işarə edib.

Bundan başqa, xəbərdə o da iddia edilib ki, prezident postundan gedən Vladimir Putini Baş nazir Dmitri Medvedev və ya Aleksey Dyumin əvəz edəcək. Sözügedən xəbər qərb mediasında səs-küyə səbəb olsa da, Kreml bu barədə açıqlama verməkdən imtina edib.

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb

alt

Azərbaycan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında bu il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, noyabrın 9-dan Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb. 

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində noyabrın 10-da Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb.

İşçi görüşdə Hərbi Tibb Xidmətləri üzrə birgə fəaliyyətlər planının hazırlanması ilə bağlı müzakirələr, eləcə də təcrübə və fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalını ziyarət edərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar. Bundan əlavə, onlar Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini də ziyarət ediblər.

Tədbir noyabrın 11-dək davam edəcək.

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Trampa

alt

Hörmətli cənab Tramp, 

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir.

Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.

Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 noyabr 2016-cı il.

Saytda Axtarış

Son xəbərlər