Dalga Televiziyasi Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1305
DünənDünən5283
Bu həftəBu həftə11785
Bu ayBu ay21038
Bu günə qədərBu günə qədər9033945

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Azərbaycan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında bu il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, noyabrın 9-dan Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb. 

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində noyabrın 10-da Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb.

İşçi görüşdə Hərbi Tibb Xidmətləri üzrə birgə fəaliyyətlər planının hazırlanması ilə bağlı müzakirələr, eləcə də təcrübə və fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalını ziyarət edərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar. Bundan əlavə, onlar Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini də ziyarət ediblər.

Tədbir noyabrın 11-dək davam edəcək.

Saytda Axtarış

Son xəbərlər