Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3518
DünənDünən5123
Bu həftəBu həftə3518
Bu ayBu ay32981
Bu günə qədərBu günə qədər8521873

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Bolqarıstanın ictimai və mədəniyyət xadimləri Xocalı qətliamı ilə bağlı müraciət qəbul ediblər

Bolqarıstanın bir qrup ictimai və mədəniyyət xadimi Xocalı qətliamı ilə bağlı müraciət qəbul edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Xocalı faciəsi Ermənistan-Azərbaycan münaqişəsində ən faciəvi epizoddur:

“Bu hadisə 12 dövlət və ABŞ-ın 20 ştatı tərəfindən pislənilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi hissələri qeyri-qanuni silahlı birləşmələr və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərini işğal ediblər. Əksəriyyəti qadın, uşaq və yaşlılar olmaqla, 600-dən çox mülki əhali qətlə yetirilib. Tarixi yaddaş və mənəvi borc bizdən bu faciəvi hadisələrinin qurbanlarının xatirəsini heç vaxt unutmamağı və hər zaman yad etməyi tələb edir. İnanırıq ki, ədalətin bərqərar olunacağı gün uzaq deyil və Xocalı faciəsi geniş dünya ictimaiyyəti tərəfindən qınanılacaq”.

Sənəddə qeyd olunur ki, keçmişdə olduğu kimi, hazırda da bolqar xalqı Azərbaycan və erməni xalqları ilə səmimi dost münasibətlər və tərəfdaş əlaqələrinə malikdir: “Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində maraqlı olmayan destruktiv qüvvələrdən fərqli olaraq, biz hesab edirik ki, azərbaycanlılar və ermənilər arasında uzunmüddətli sülh əldə oluna bilər. Səmimi qəlbdən inanırıq ki, Cənubi Qafqaz özünün böyük iqtisadi və mədəni potensialı ilə sülh, əməkdaşlıq və rifah regionuna çevrilə bilər. Çoxdan gözlənilən bu məqsədə nail olmasında bütün cəhdləri qeyd-şərtsiz dəstəkləyirik. Biz Bakıda 2016-cı il noyabr ayında toplaşaraq “Azərbaycan və Ermənistan arasında sülh Platforması”nı yaradan Azərbaycan və Ermənistan hüquq müdafiəçiləri ilə həmrəylik nümayiş etdiririk. Ümid edirik ki, bu vacib təşəbbüs hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoq üçün real əsas olacaq və Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həllinə və iki qonşu xalq arasında dost münasibətlərinin qurulmasına yardım edəcək”.

Xatırladaq ki, müraciəti imzalayanlar arasında Bolqarıstan Xalq Məclisinin üzvü, Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev, Bolqarıstan Xalq Məclisinin üzvü Rəmzi Osman, Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkin, Bolqarıstan Kinematoqrafçılar Birliyinin sədri İvan Pavlov, İsrail-Bolqarıstan İnstitutunun direktoru Yahov Cerasi, Bolqarıstanın Kitabxanaçılıq və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev və digərləri var.

Minsk Qrupunun həmsədrləri təmas xəttində toqquşma barədə bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqorğ Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.

Bəzi cəsədlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb. 

Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib

Bu gün Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə xarici ölkələrin Tehrandakı diplomatik nümayəndələri, İran və Azərbaycandan qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Xocalıda törədilən soyqırım barədə danışıb. Daha sonra Xocalı qətliamına dair sənədli film və klip nümayiş etdirilib. 

Cocuq Mərcanlının hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.  

ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 8 evə baxış keçirilib, 482 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketinin partlamamış mühərrik hissəsi), 2 ədəd piyada əleyhinə OZM-72 minası, 2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM -57 tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilib.

Nəticə etibarilə 36 835 kv.m ərazi (10 335 kv.m əl ilə, 12 500 kv.m mexaniki üsulla və 14 000 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə, 23 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 89 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 7 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. 653 059 kv.m ərazi (324 459 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi  SENSYS dərinlik ölçən cihazı  və  66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Azərbaycan prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

APA-nın məlumatına görə,  görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tiflisdə Xocalı qurbanları anılıb

Fevralın 25-də Gürcüstan Müsəlmanları İdarəsinin və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub. Sonra Ağsaqqallar Şurasının üzvü Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda insanlığa qarşı vəhşilik törədən ermənilərin vandalizm hərəkətlərindən söhbət açıb. Tədbirdə çıxış edən GMİ-nin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev Xocalı soyqrımının 25-ci ildönümü  ilə bağlı Azərbaycan xalqına və İslam dünyasına başsağlığı veriblər. Hər iki çıxışçı  XX əsrin sonunda baş verən soyqırımın dəhşətindən, hələ də belə soyqırımların müsəlmanlar yaşayan ölkələrdə davam etdiyini, günahsız insanların qətlə yetirilməsi, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də biganəliyindən, belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət dərsi alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından söhbət açıblar.

Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Nəbi Gümüş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, keçmiş parlament deputatı İsak Novruzov, tanınmış hüquqşünas Teymuraz Lomsadze və Demokratik İnkişaf Fondunun sədri Badri Çerçvadze Xocalı faciəsinin başvermə səbəb və nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək soyqırımı törədənlərin həqiqət qarşısında cavab verəcəklərini bildiriblər.

Onlar Qafqazda və dünyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün Xocalı soyqırımın bütün dünyaya çatdırılmasını vacib hesab ediblər. Anım mərasimində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə “Xocalı harayı” poemasından bir parçanı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda şəhidlər üçün ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri, media nümayəndələri iştirak edib.

Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilir

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilir.

APA-nın məlumatına görə, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş “Xocalı” abidəsinin önündə bitəcək.

Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri iştirak edirlər.

Aksiyaya paytaxt sakinləri, Xocalı soyqırımının canlı şahidləri də qatılıblar.

40 mindən çox iştirakçısı olan yürüşdə qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutulub.

Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilir.

Azərbaycan prezidenti Xocalı abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

APA-nın məlumatına görə, Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından Xocalı abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.

Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər.

Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir

Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir.

Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib

Azərbaycan Mətbuat Şurası (MŞ) cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə (KİV) çağırış edib.

APA-nın xəbərinə görə, MŞ sədri Əflatun Amaşov yaydığı açıqlamada hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb.

"Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər", - deyə sədr qeyd edib.

Ə. Amaşov bildirib ki, "pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar": "Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik".

MŞ sədri medianı Müdafiə Nazirliyinin açıqlamalarını gözləməyə çağırıb. 

Səfir: "Xocalı soyqırımı hər bir azərbaycanlının ürəyində haqlı intiqam hissi alovlandırır"

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı faciəsinin 25 illiyi münasibəti ilə anım mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə macar ictimaiyyətinin nümayəndələri, mətbuat təmsilçiləri, diplomatik korpusun üzvləri, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müşaviri Qalib Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının tarixi Azərbaycan şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik haqqında ətraflı məlumat verib. Xocalıda yaşanan insanlıq dramını XX əsrin ən dəhşətli etnik soyqırımlarından biri kimi dəyərləndirib.

Budapeşt Biznes Məktəbinin azərbaycanlı magistri Emil Novruzov Xocalı soyqırımı ilə bağlı özünün ingilis dilində hazırladığı video-təqdimatı nümayiş etdirib.

Budapeştdəki Azərbaycan diasporunun fəal üzvlərindən biri, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı həqiqətlərinin Macarıstana və digər Avropa ölkələrinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın indiyə qədər gördükləri və görməli olduqları işlərdən bəhs edib.

Türkiyənin Macarıstandakı Səfirliyinin birinci müşaviri Əlaəddin Çarık Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin xüsusi bəyanatla çıxış etdiyini, ölkə miqyasında Azərbaycanla həmrəylik və Xocalı qurbanlarını anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra anım mərasiminin iştirakçılarına belçikalı rejissor Mişel İvorun çəkdiyi "Ağdam. 5 fraqment" sənədli filmi təqdim olunub. Taleyinə Xocalıdan da az müsibət düşməyən qədim Azərbaycan şəhərinin və onun sadə sakinlərinin erməni işğalı nəticəsində məruz qaldıqları dəhşətlər heç kimi laqeyd buraxmayıb.

Tədbirin sonunda çıxış edən səfir Vilayət Quliyev anım mərasiminə toplaşanlara təşəkkürünü bildirib. Macarıstanın Döndöş və Tisevaşvari şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri Şuşa və Ağdamla qardaşlaşdığını xatırladan səfir bunun macar xalqının və dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ifadəsi olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımını xüsusi bir qəddarlıq və amansızlıqla hazırlayıb həyata keçirənlərin indiki Ermənistan rəhbərliyində təmsil olunduğunu xatırladan səfir bu yolla onların Azərbaycan xalqının mübarizə əzmini qırmaq istədiklərinə diqqət çəkib. Lakin düşmənin məkrinin baş tutmadığını, Xocalı soyqırımının hər bir azərbaycanlının ürəyində haqlı intiqam hissi alovlandırdığını qeyd edib və işğal altındakı bütün torpaqlarımızın mütləq azad ediləcəyinə inamını bildirib.

Anım mərasimi çərçivəsində həm də tarix elmləri doktoru, Milli Məclisin keçmiş üzvü  Həvva Məmmədovanın macar dilinə tərcümə edilmiş "Xocalı soyqırımı" kitabı iştirakçılara təqdim olunub.

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Fevralın 24-də Saqareco rayonundakı azərbaycanlıların kompakt yaşadığı Ləmbəli və Yor-Muğanlı kəndlərində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  krediti ödəməyə imkanları olmayan kənd sakinləri hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən sakinlər heyvandarlığın inkişafı üçün götürdükləri kreditlərə qoyulan faizlərin düzgün hesablanmadığını bildiriblər. Sakinlərin dediklərinə görə, faizlərin ödənilmə vaxtı keçdiyindən banklar onların əmlakını hərraca çıxarıb.

Aksiya iştirakçıları həmçinin bildiriblər ki, banklar onlara heyvandarlığın inkişafı üçün kredit vermək təklifini edəndən müəyyən bir müddət sonra faizlər artıb və kredit götürənlərin ödəmə imkanı tükənib. Onlar problem həll edilmədiyi halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. 

Saytda Axtarış

Son xəbərlər