Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3542
DünənDünən5123
Bu həftəBu həftə3542
Bu ayBu ay33005
Bu günə qədərBu günə qədər8521897

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs olunub

alt

Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və ərzaq təminatı xidmətinin rəisi saxlanılıb.

APA-nın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, hərbi hissə komandirinin müavini V. Petrosyan və xidmət rəisi E. Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.

Sözügedən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı

körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

APA-nın məlumatına görə, birinci vitse-prezident körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verib ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi 112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar Pirşağı qəsəbə nümayəndəliyi üçün başqa yer ayrıldıqdan sonra 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni binanın inşasına başlanılıb.

İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunurlar. Üçmərtəbəli körpələr evi-uşaq bağçasında azyaşlı sakinlərin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onlarda olan bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli lazımi şərait yaradılıb. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, musiqi zalları, yeməkxana var.

Körpələr evi-uşaq bağçası ilə tanış olan birinci vitse-prezident Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

Azərbaycan Pakistanın hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək

Azərbaycan Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək.

APA-nın xəbərinə görə, bu barədə razılaşma Azərbaycan prezidenti İlham Əliyevin İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı əldə olunub.

Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub.

Nazir müavini: “Ermənistan təmas xəttində gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur”

“Azərbaycanla Moldovanın ərazi bütövlüyünün pozulması iki ölkənin üzləşdiyi problemlərin oxşar cəhətidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy ilə görüşdə deyib.

O, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri və aparılan sülh danışıqları barədə moldovalı həmkarına ətraflı məlumat verib. X. Xələfov Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmədiyini bildirib, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtmasının təmin ediləcəyini diqqətə çatdırıb.

Ermənistan hakimiyyətinin siyasi manipulyasiya etdiyini, danışıqlar prosesini pozduğunu vurğulayan X. Xələfov Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində və silahlı qüvvələrin təmas xəttində mütəmadi təxribatlar törətdiyini, gərginliyi artırmaqla sülh prosesinə zərbə vurduğunu bildirib.

Baş Prokurorluq xəbər portalının rəhbərinə xəbərdarlıq edib

Baş Prokurorluq media qurumunun baş redaktoruna xəbərdarlıq edib. 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında bu ilin fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilməklə, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Şəhid hərbçimiz Ordubadda torpağa tapşırılıb

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun cənazəsi fevralın 28-də Naxçıvana gətirilib.

Dalga tv xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında qəhrəman şəhidimizin nəşini minlərlə naxçıvanlı qarşılayıb. Yüzlərlə avtomobildən ibarət karvanın müşayəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılıb. Ordubad şəhərinin girişindən şəhidin evinə və Ordubad şəhərindəki Şəhidlər xiyabanına kimi minlərlə Ordubad sakini yürüş edib. Yürüş iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.

Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşinin müşayiəti ilə şəhid Tural Haşımlı dəfn edilib, məzarı üstünə əklillər və tər qərənfillər düzülüb. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Azərbaycan prezidenti Pakistanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib

Azərbaycan prezidenti İlham Əliyev İslamabadda pakistanlı həmkarı Məmnun Hüseynlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

BQXK Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çıxarılması barədə məlumat yayıb

Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.

Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.

Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib. 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşi döyüş meydanında qalmışdı.

Tovuz rayonunda və Cocuq Mərcanlıda hərbi sursat tapılıb

Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, bu gün kənd ərazisində 6 evə baxış keçirilib, 873 ədəd qəlpə, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)) aşkar edilib, nəticə etibarilə  51 650 kv.m ərazi (27 800 kv.m ərazi əl ilə, 12 000 kv.m ərazi mexaniki üsulla və 11 850 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Tovuz rayonunun Əlimərdanlı kəndində isə 1 otlaq sahəsinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat Tovuz Rayon Polis Şöbəsinin məlumatı əsasənda keçirilib.

Tiflisdə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunub

Azərbaycanın Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində E. Quliyev Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

E. Quliyev Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili, habelə Gürcüstan Sərhəd Polisinin rəisi David Nikolaişvili ilə görüşüb.

D. Nikolaişvili ilə görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Fərhad Tağızadə bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Gürcüstan Sərhəd Polisi ilə çox səmərəli əməkdaşlı edir: “Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olundu. Müzakirələr zamanı bir çox sahələrdə əməkdaşlığı daha da dərinləşdirilməsinin vacibliyini vurğulandı, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün memorandumun hazırlanmasına qərara alındı. Bu sənəd işlənib hazırlandıqdan sonra iki ölkənin sərhəd qurumlarının rəhbərləri tərəfindən imzalanacaq”.

F. Tağızadə sərhədlərin təxminən 65 faizinin delimitasiya olunduğunu bildirib: “Demarkasiyadan isə danışmaq hələ tezdir.  Çünki delimitasiya başa çatmamış demarkasiyanın necə getdiyini deyə bilmərik. Bu istiqamətdə işlər tam yekunlaşdıqdan sonra demarkasiya barədə danışa bilərik”. 

Azərbaycan prezidenti: “Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”

“Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə keçirdiyi görüşdə deyib.

Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışıb.

Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.

Azərbaycana səfərini xatırladan Şeyx Təmim bin Həməd Al Tani respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur: “Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır”.

Qətər əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayıb və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib.

Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Saytda Axtarış

Son xəbərlər