Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4427
DünənDünən5123
Bu həftəBu həftə4427
Bu ayBu ay33890
Bu günə qədərBu günə qədər8522782

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Erməni silahlı bölmələri pulemyot, snayper tüfəng və minaatanlarla atəşkəsi pozub

Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (cəmi 33 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari kəndində yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xarici şirkətlərin işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digə­r ölkələrin bir sıra şirkətlərinin, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, LaçınKəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.

Ukraynada azərbaycanlı iş adamının restoranı partladılıb

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

ATƏT baş katibi: "Hər bir "dondurulmuş" münaqişənin öz xüsusiyyəti var"

ATƏT ərazisində hər bir “dondurulmuş” münaqişənin öz xüsusiyyəti var”.

APA-nın məlumatına görə, bunu ATƏT baş katibi Lamberto Zanyer Vyanada keçirilən “Avropa təzyiq altında. ATƏT mürəkkəb təhlükəsizlik mühitində” adlı konfransda çıxış edərkən deyib.

L. Zanyerin fikrincə, hazırda qurumda birgə gündəmi müəyyənləşdirmək çətindir.

“Soyuq müharibə” bitəndə, biz elə bildik ki, problemlər həll olundu. Sonra keçmiş Sovet İttifaqı və Yuqoslaviya ərazilərində üzə çıxan münaqişələri gördük. Burada ATƏT-ə ehtiyac bir daha yarandı. “Dondurulmuş” münaqişələrin hər birinin özünəməxsus  xüsusiyyəti var. ATƏT-ə müxtəlif siyasi məqsədləri olan, amma birgə coğrafiya və geosiyasəti olan ölkələr daxildir”.

Komitə sədri: “Bakının Baş planı Nazirlər Kabinetinə təqdim olunub”

““Böyük Bakının Regional İnkişaf Planı” (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra Nazirlər Kabineti layihəni təsdiqləyəcək.

Layihədə bir çox yenilik olacağını deyən A. Ələsgərov vurğulayıb ki, bu dəyişikliklərə müvafiq nazirliklərin hər biri mövqeyini bildirib: “Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Ancaq bizdə bir pullu yol var. Ona görə də nazirliyə cavab verdik ki, Bakıda bir pullu yol kifayət edir”.

DTX-nın şöbə rəisi: "Son yarım ildə Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub"

“Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.

S. Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən “İŞİD” terror təşkilatına qoşulmağa üstünlük verib.

Avstriya ATƏT məkanındakı münaqişələrin həllində səylərini gücləndirəcək

Avstriya ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində səylərini gücləndirəcək.

APA-nın məlumatına görə, bu barədə Avstriyanın qurumdakı daimi nümayəndəsi Klemens Koya deyib.

“Avstriya sədrlik dövründə ATƏT ərazisindəki münaqişələrin həlli istiqamətində səylərini gücləndirəcək. Bizə dialoq lazımdır. Dialoq olsa, sülh prosesi də mümkün olacaq”, - deyə o, söyləyib. 

Prezident “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev“Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi qanun imzalayıb.

APA-nın məlumatına görə, “Gömrük tarifi haqqında” qanunda 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilib:

“6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.”.

6.5-ci maddədə isə “müvafiq qanunla” sözləri “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilib.

Fransada növbəti erməni təxribatı iflasa uğradı

Fransa Milli Assambleyasında bir neçə ermənipərəst deputatın yaratdığı məlumat missiyasının hesabatı açıqlanıb. İkitərəfli münasibətlərə zərbə vurmaq məqsədi daşıyan hesabat guya Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrindəki xoşagəlməz məqamları araşdırıb üzə çıxarmalı idi. Qərəzli missiya və ondan qaynaqlanan subyektiv fikirlərlə dolu olan hesabat Fransa Milli Assambleyasının əksər deputatlarının narazılığına səbəb olub. Assambleyanın bir qrup üzvü qərəzli missiya və onun hesabatına qarşı birləşərək kommunike imzalayıblar. Kommunikedə erməni lobbisinin gözləntilərinin əksinə olaraq, Azərbaycanla bağlı obyektiv yanaşma nümayiş etdirilib. Kommunikenin müəllifləri ermənipərəst missiyanın hesabatında 25 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin bu münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulması faktlarının yer almamasına narazılıqlarını bildiriblər.

Milli Assambleyanın üzvü Jan-Fransua Mansel deyib: “Assambleyanın bəzi üzvlərinin həyata keçirdiyi məlumatlandırma missiyası qərəzli olduğu qədər də qeyri-qanunidir. Bu missiyanın üzvləri subyektiv fikirlərinə əsaslanaraq Azərbaycanda guya insan hüquqlarının pozulması və siyasi həbslərlə bağlı məsələləri qabartmağa çalışırlar. Assambleyada hər kəs bilir ki, bunlar əsassız iddialardır. Bütün regionu təhlükədə saxlayan Dağlıq Qarabağ münaqişəsinə hesabatda yer ayrılmır. Ancaq xırda məsələlər şişirdilir. Bu, qərəzli olmaqla yanaşı, həm də başqa bir dövlətin daxili işlərinə kobud müdaxilə etməkdir. Biz hazırladığımız kommunike ilə məlumat missiyası və onun hesabatına qəti etirazımızı bildirmişik”.

Erməni lobbisi tərəfindən idarə olunan bir neçə deputatın hazırladığı qərəzli hesabat Fransa mediası tərəfindən də rədd edilib. Missiya üzvlərinin hazırladıqları hesabatı ictimaiyyətə çatdırmaq üçün keçirdikləri mətbuat konfransı da iflasa uğrayıb. Mətbuat konfransında ikisi azərbaycanlı olmaqla cəmi dörd jurnalist iştirak edib. Ermənipərəst deputatlar Fransua Roşeblan və qərəzli hesabat üzrə məruzəçi Jan Lui Detan boş zal qarşısında cəmi 14 dəqiqə çıxış ediblər. Azərbaycanlı jurnalistlərin sualları qarşısında aciz qalan hər iki deputat mətbuat konfransını tələsik tərk etmək məcburiyyətinə qalıblar.

Xatırladaq ki, hələ ötən ilin iyununda Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında bu ermənipərəst deputatlar Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılmasını təklif etmişdilər. Lakin Milli Assambleya rəhbərliyi bu təklifin yolverilməz olduğunu bildirərək qətnamə layihəsini rədd etmişdi.

Ermənilərə məxsus PUA məhv edilib

Ermənilərə məxsus PUA məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Azərbaycan prezidenti bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyevbolqarıstanlı həmkarı Rumen Radevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Prezident İslam Həmrəyliyi Oyunlarının təşkili ilə əlaqədar sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham ƏliyevIV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə bir ay müddətində IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan gələ və Azərbaycandan gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Azərbaycan Xarici İşlər Nazirliyi isə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Öz növbəsində Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat verməlidir. 

Saytda Axtarış

Son xəbərlər