Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün630
DünənDünən4736
Bu həftəBu həftə5366
Bu ayBu ay34829
Bu günə qədərBu günə qədər8523721

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. 

Dalga tv Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

S.Sarkisyanı Xocalı hava limanında Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan qarşılayıb.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 109 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Dalga tv -yə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Ayqepar, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli, Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Nazirdən əsgərlərə bayram sürprizi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olub.

"Dalga tv" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən Müdafiə naziri müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini, eləcə də döyüş növbəsinin təşkilini yoxlayıb və qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb, düşmənin istənilən fəaliyyətinin qarşısının dərhal və qətiyyətlə alınması ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Hollivud filmindəki düşmən obrazı Ərdoğandır? - Şok iddia

“TRT”də yayımlanan “Gündem ötesi” proqramında Hollivud istehsalı olan “Spektr” filmi ilə bağlı çox ilginc bir iddia ortaya atılıb.

“Dalga tv” Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə ki filmin 01:36:20 dəqiqəsindəki səhnədə Amerika ordusunun yox etdiyi düşmən ordusu göstərilir. Proqramın qonaqları və aparıcısı Pelin Çift həmin düşmənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu iddia edib. Filmin ssenarisi də qonaqlar üçün ilginç hesab edilib.

Belə ki, filmdə Amerika ordusu “düşmən” hesab etdikləri ölkəni işğal etmək üçün plan hazırlayır. Ancaq həmin ölkədə hesab edə bilmədikləri bir düşmənlə savaşırlar. Bu düşmən elə bir düşməndir ki, onu ancaq xüsusi cihazlarla görmək mümkündür. Bunun üçün də elektromanyatik silahlardan istifadə edilir və düşmən görüntülənir. Sonda isə bu görünməz düşmənlərin hamısı öldürülür. Və tam o məqamda həmin “görünməz düşmən” nin 12 saniyəlik görüntüləri yayımlanır.

Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.

Dalga tv-nin məlumatına görə, bu barədə XİN-nin “Twitter” səhifəsində yerləşdirilən məlumatda bildirilir.

“Terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq”, - deyə məlumatda qeyd olunur.

Azərbaycanla Pakistan arasında bir sıra razılaşmalar imzalanacaq

Pakistanla Azərbaycan arasında mükəmməl ikitərəfli əlaqələr var. 

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

O bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: 

“Bu illər ərzində 3 Pakistan prezidenti, 2 baş naziri Azərbaycana, o cümlədən Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev Pakistana səfər edib. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Buraya ticarət, iqtisadi əlaqələri, hərbi əməkdaşlıq, elm və texnologiya daxildir. Əlaqələrimiz sürətlə inkişaf edir. Ən əsası hər iki ölkə rəhbərliyi anlayır ki, iki ölkənin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən yararlanmaq və əməkdaşlıq etmək üçün böyük potensial var. Mənim əsas məqsədim bu əlaqələri dərinləşdirməkdir və iki ölkənin insanlarını bir araya gətirməkdir”.

Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var: 

“İki ölkə arasında  bu istiqamətdə xoş məram mövcuddur. Bir sıra razılaşmaların imzalanması gözlənilir. Onların bəzilərinin hazırlığı yekunlaşmaq üzrədir. Buraya ticarət, iqtisadi əməkdaşlıq, elm, təhsil və sair sahələr aiddir. Bu razılaşmalar əlaqələri daha da inkişaf etdirəcək”.

Səfir Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına da toxunub və bildirib ki, Azərbaycan prezidenti tərəfində bu ilin İslam Həmrəyliyi ili elan olunmasını Pakistan yüksək qiymətləndirir: 

“İslam həmrəyliyi oyunları da bu təşəbbüsün bir hissəsidir. Pakistan bu oyunlarda iştirak edəcək və bizim idman nazirimiz nümayəndə heyətinə rəhbərlik edəcək”.

Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 77 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda yaşayan Pakistan icmasının nümayəndələri iştirak edib.

Gürcüstanın maliyyə naziri: “Azərbaycan ilə Gürcüstanın birgə layihələri Avropanın inkişafında mühüm rol oynayacaq”

Tiflisdə “Gürcüstan iqtisadiyyatı: Perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq biznes-forum başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili açıb.

D. Kumsişvili forumun iqtisadiyyatın və özəl biznesin inkişafı ilə bağlı böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Forumda  “Paşa Bank”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Giorgi Çerkezişvili, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri Zurab Alavidze, Avropa Bankının Qafqaz, Moldova və Belarus üzrə Bərpa və İnkişaf direktoru Bruno Balvanera, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tempon çıxış edərək regionda iqtisadi perspektivlər və çağırışlardan bəhs ediblər.

Forumda  Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 450 nəfərdən çox  iş adamları iştirak edir. D. Kumsişvili jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstanın ən əsas strateji tərəfdaş olduğunu bildirib: “Gürcüstan Azərbaycanla bu münasibətlərin inkişafında maraqlıdır. Bu gün Azərbaycan ilə Gürcüstan birgə olaraq regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində də işlər gedir. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq. Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu da bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq.”

“Paşa Bank”ın İdarə Heyətinin sədri Ş. Məmmədov jurnalistlərə açıqlamasında regional bank olaraq bu tədbirə dəstək verdiklərini nəzərə çatdırıb: “Bu cür tədbirlər Azərbaycan-Gürcüstan biznes və iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verir. Azərbaycan-Gürcüstan arasında ticarət əlaqələri, real biznes sektor getdikcə genişlənir. Azərbaycan Gürcüstanda ən böyük investisiya yatıran ölkədir”.

Gürcüstanın baş naziri: “Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir”

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Novruz şənlikləri geniş şəkildə qeyd olunub. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Novruz bayramına həsr olunan şənliklərə qatılmaq üçün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Marneuliyə səfər ediblər.

Tədbir çərçivəsində prezident G. Marqvelaşvili Marneulidə müasir standartlara uyğun tikilən yeni kitabxananın açılış lentini kəsib. Novruz bayramına həsr olunan bütün şənlik proqramlarına baxdıqdan sonra Gürcüstan prezident Marneuli Mədəniyyət Evinin qarşısında Novruz tonqalını alovlandırıb. Sonra Marneuli sakinləri qarşısında çıxış edən prezident G. Marqvelaşvili Marneulinin hər il inkişaf etdiyini bildirib: “Mən hər dəfə Marneuliyə gələndə burada inkişaf və irəliləyiş görürəm.  Bu, sizin əməyinizdir. Siz bizim vahid dövlətimizin eyni hüquqlu vətəndaşlarısınız. Mən Bakıdan yenicə qayıtmışam. Orada ən mötəbər bir tədbirdə iştirak etdim. Mən Azərbaycandakı dostlarımın da Novruz bayramını təbrik edir, onlara səadət və xoşbəxtlik arzulayıram”.

G. Kvirikaşvili deyib ki,  dost və qardaş ölkələr olan Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir.

Prezident və baş nazir və şənliyə qatılan digər rəsmi dövlət və hökumət adamları, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları  Novruz şənliklərinə həsr olunan xüsusi bayram konsertinə baxıblar. Konsert proqramında Azərbaycan və gürcü müğənniləri, aşıqlar, müxtəlif ansambllar xalq mahnıları ifa edib və müxtəlif rəqslər nümayiş etdiriblər. Tədbirdə Azərbaycandan, Rusiyadan, Litvadan və Türkiyədən qonaqlar iştirak edib.

Qeyd edək ki, Marneulidə keçirilən Novruz şənliklərində Azərbaycan xalqının milli mətbəx nümunələri, şirniyyat və çay dəstgahı, rəsm, əl işləri və foto sərgilər nümayiş olunub, kənd təsərrüfatı məhsulları sərgisi və müxtəlif şirkətlərin istehsal etdiyi yerli məhsulların sərgisi təşkil olunub. Tədbir çərçivəsində həmçinin idman yarışları, milli güləş, maqnit adamın şousu, Novruzun gəlişinə aid kiçik teatr səhnəcikləri və Bahar qızının gəlişi və rəqs səhnələri təşkil olunub.

İlham Əliyev Mladen İvaniçi qəbul edib

Prezident İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Baş nazir: Aprel döyüşləri hərb yolunun da olduğunu göstərdi

“Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını, xüsusilə, vurğulamaq istəyərdim. Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir”.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rasizadə deyib.

O bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb. 

“Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”, - deyə baş nazir vurğulayıb.   

Dövlət başçısı iranlı naziri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib.

Dalga tv  xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.

Dalga tv  xəbər verir ki, qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladı. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğuladı. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət etdi.

Dəvətə görə təşəkkürünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirdi. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırladı, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd etdi və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğuladı.

Saytda Axtarış

Son xəbərlər