Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün281
DünənDünən4736
Bu həftəBu həftə5017
Bu ayBu ay34480
Bu günə qədərBu günə qədər8523372

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan prezidenti makedoniyalı həmkarı ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin Makedoniya prezidenti George İvanov ilə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

 

Azərbaycan prezidenti növbəti əfv sərəncamı imzalayıb

Azərbaycanda növbəti əfv verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

Azərbaycan prezidenti latviyalı həmkarı ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Latviya prezidenti Raymonds Veyonis ilə görüşüb.

APA-nın məlumatına görə, dövlət başçısı Latviya prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğulayıb.

R. Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd edib və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. O, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini deyib.

Prezident Raymonds Veyonis prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan R. Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirib və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

 

Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevmartın 16-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

APA-nın xəbərinə görə, Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən prezident İlham Əliyev bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.

Ənənəvi olaraq, hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan prezidenti Forumun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gürcüstan prezidenti qeyd edib ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib.

Prezident İlham Əliyev ölkələrimiz arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını deyib. Dövlətimizin başçısı münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirib.

Gürcüstan prezidenti: "Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq"

"30 il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizə baxsaq, görərik ki, o zaman düşüncələrimiz daha optimist idi".

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

"Biz düşünürdük ki, "soyuq müharibə"nin sonu daha çox imkanlar, sülh, əməkdaşlıqlar yaradacaq. Amma bu gün elə bir dünyanın şahidiyik ki, terrorizm, qırğınlar, müharibələr var", - deyə o bildirib.

G. Marqvelaşvili qeyd edib ki, ölkəsi qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olub: "Biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşmış dünya sizin öz vətəninizin sabitliyinə də gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada missiyalarda iştirak edirik. Gürcüstan ərazisi öz qonşusu, güclü nüvə ölkəsi olan Rusiya ordusu tərəfindən işğal olunub. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü də bundan əziyyət çəkir.

Gürcüstan ərazisi işğal olunandan sonra eyni böhran Krımda da baş verdi, biz Ukraynada da bununla üzləşirik. Belə hallar bütün ölkələr üçün təhdiddir. Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq. Biz qlobal dünyanı sülh şəraitində saxlamaq istəyiriksə, beynəlxalq hüquqa inanmalıyıq.

Gürcüstan Azərbaycan və Türkiyəyə açıq partnyorluq təklif edirik və gələcək inkişaf layihələrinə hazırdır".

V Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam etdirir

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Forum rəsmi hissədən sonra işini “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam etdirir.

Dalga tv  xəbər verir ki, iclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğuladı.

İclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.

Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək"

"Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevV Qlobal Bakı Forumunun açılışında bildirib.

Dövlət başçısı deyib ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur: "Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır".

Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır, Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".

Gürcüstan prezidenti: “Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”

”Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.
 
APA-nın məlumatına görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: “Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.
 

G. Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.

Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda Qafqaz Müsəlmanları İdarəsiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir.

O qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda sabitlik mövcuddur: "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət başçısının siyasi iradəsi böyük önəm daşıyır. Torpaqlarımızın 20 faizinin işğalı bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması vacibdir".

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını digərlərindən fərqləndirən cəhət fərqli mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy olmaq düşüncəsini mənimsəməklə yanaşı, sülhün bərqərar olması naminə bu ideyaların təbliğini bəşəriyyət qarşısında məsuliyyət missiyası kimi qəbul etməsidir: "Tarixi təcrübə göstərir ki, hər bir xalq, dövlət dünya coğrafiyasında müəyyən arealda öz milli-mənəvi dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və ya digər formada iştirak edir. Belə bir təfəkkür və əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb arasında mədəni, həm də coğrafi baxımından körpü rolunu oynaması, eləcə də dədə-babalardan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir. Multikultural çoxmədənilik bir neçə fərqli mədəniyyətlərin bir arada yaşadığını müəyyən edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz dostluq və əməkdaşlıq mümkün deyil. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial mədəni inkişaf təcrübəsini bilmək və bunu yaradıcı şəkildə istifadə etmək qloballaşma şəraitində Azərbaycanın rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir".

S. Novruzov qeyd edib ki, digər xalqların mədəniyyətini bilmədən onlara hörmət etmək, qarşılıqlı anlaşma mümkün deyil: "Lakin təəssüf ki, bəzi Qərb dövlətləri multikultural idarəetmə mürəkkəb vəzifə olduğu üçün ondan imtina edib. Bu dəyərlər olmadıqda, ölkədə sülhü bərqərar etmək mümkün deyil. Buna misal olaraq Azərbaycanın inkişafıdır ki, müxtəlif xalqların nümayəndələri ölkəmizin mədəniyyətinə inteqrasiya olmaqla harmonik inkişafda iştirak edirlər. Bu dəyərlərin olmaması dünyada artan islamofobiyaya, milli-dini münaqişələrə gətirib çıxarır. Bu baxımdan əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm modeli, sınanmış və optimal variant kimi qarşımıza çıxır. Bu model bütün dünyada üstün bir modeldir".

S. Novruzov qeyd edib ki, ölkəmizin multikultural dəyərləri hüquqi sənədlərdə də öz əksini tapır: "Bu dəyərlər Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq Konstitusiyamızın bir sıra maddələrində yer alır. Azərbaycan cəmiyyətinin böyük hissəsi haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, ərazimizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarına xüsusi önəm verilir".

Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə qeyd edib ki, Azərbaycanda dini tolerantlıq bir ənənədir: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində bu tolerantlıq ənənələri xalqımız tərəfindən davam etdirilir”.

Çıxış edən digər icma rəhbərləri və iştirakçılar İslam ölkələrində mövcud problemlərdən, onların həlli yollarından danışaraq dini tolerantlığın Azərbaycan modelini nümunə göstəriblər.

Putin: "Sarkisyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdıq"

"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib.

Serj Sarkisyan isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, eləcə də digər həmsədr ölkələrə təşəkkürünü bildirib: "Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi qeyd olundu. Eyni zamanda Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Biz münaqişənin həllində hədə və güc yolunun tətbiqinin qəbul edilməzəliyi, bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik".

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.

Dalga tv xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi barədə tapşırıq verib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.

Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.

Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

Saytda Axtarış

Son xəbərlər