Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün522
DünənDünən4736
Bu həftəBu həftə5259
Bu ayBu ay34722
Bu günə qədərBu günə qədər8523613

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Apreldə cəbhədə vəziyyət gərginləşə bilər…

"Hazırda Ermənistanda seçki qabağı proseslər getdiyi üçün hər an qarşı tərəfin təxribatlarını gözləyirik. İndiki hakimiyyət uduzduğunu görən kimi cəbhədə təxribatlara əl atacaq".

Bu sözləri hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan təxribatlara layiqli cavab vermək üçün laziımi tədbirlər görüb: "Hazırda Ermənistanda seçki ərəfəsidir. Buna cəmiyyət iki tərəfə parçalanıb. Müxalif tərəfinin nümayəndələri keçmiş məmurlardır. Həmin şəxslərin hər biri müəyyən vəzifələrdə olublar. Onlar artıq müxalif olaraq bir çox şeyi başa düşürlər. Hətta indiki hakimiyyəti Azərbaycanla konstruktiv olmağa çağırırlar. Çünki Ermənistan iqtisadi vəziyyətlərdən kənarda qalıb. Hər kəs onlardan vaz keçib. Həmçinin Rusiyadan alınan silahlar elə-belə verilmir. Müəyyən şərtlər qoyulur.

Sarkisyanın komandası da seçkilərdə heç vaxt bu qədər zəif olmamışdı. Nəticələr bunu göstərir, cəmiyyət də onların istefasını tələb edir. İndiki hakimiyyət uduzduğunu görsə, təxribata əl atacaq. Əsas da Qarabağ məsələsini ortaya atacaq. Bununla da daha geniş miqyaslı təxribat edib, cəmiyyətin fikrini problemlərdən yayındıraraq Qarabağ məsələsinə yönəltməyə çalışacaqlar. Biz bunu gözləyirik.

Müdafiə Nazirliyi və bizlər erməni tərəfdən hər bir təxribatı gözləyirik".

Polkovnik, Ali baş komandan İlham Əliyevin baş verə biləcək hər hansı təxribatların qarşısının alınması üçün tapşırıqlar verdiyini xatırladıb: "Ali baş komandan, prezident İlham Əliyev son zamanlar cəbhə bölgəsində olduğu zaman müəyyən tapşırıqlar verib. O tapşırıqları yerinə yetirmək üçün də müdafiə naziri və rəhbərliyi yerlərdə olaraq lazımi tədbirlər görürlər. Bunların hamısı istənilən zaman Ermənistandan hər hansı təxribatı gözlədiyimiz üçündür. O təxribatların qarşısını almaq üçün də lazım olar səylər və tədbirlər görülür".

Hərbi ekspert cəbhədə vəziyyətin ara-sıra gərginləşməsi məsələsidən də danışıb: "Hazırda biz müharibə şəraitindəyik. Yəni atəşkəs var, amma bu demək deyil ki, müharibə bitib. Atəşkəs də müharibənin bir vəziyyətidir. Ona görə də bizim silahlı qüvvələrimiz və cəbhə xəttində yerləşən bölmələrimiz döyüş tapşırığını yerinə yetirirlər. Bu tapşırıq əldə olunan mövqeləri əldə saxlamaqdır".

Gürcüstanda Meydan Tv jurnalistinin davranışı hər iki ölkə gənclərinin qəzəbinə səbəb olub.- VIDEO

Bu barədə Şərif İdrisoğlu ilə əlaqə saxladıq.

- MEYDAN TV- jurnalisti Gürcüstandakı  kilsələrin birində çəkiliş zamanı dini dəyərləri təhqir edib. Bu səbəbdən yaranan münaqişə xoşagəlməz hala çevrilib, etirazlar yüksəlməyə başlayıb. Düşünürəm ki,   bu cür təxribatlar Gürcüstan və Azərbaycan dostluğuna zərər verməməlidir. Amma bu cür davranışların qarşısı alınmalı, müvafiq orqanlara məlumat verilməlidir.  İnanırıq ki, bu problem də həllini qısa müddətdə tapacaq.

Çıxış edənlər qeyd edib ki, Gürcüstan və Azərbaycan dostluğuna zərər vermək heçkəsin həddi və haqqı deyil. Azərbaycan və Gürcüstanın tarix boyu dostluq və qardaşlıq əməkdaşlığını davam etdirib və etdirəcək. Buna qarşı gələnlər öz layiqli cavablarını alacaqlar. Bu gün Azərbaycanın Gürcüstana verdiyi dəstək göz qabağındadır. Bunu pozmağa heçkəsin gücü çata bilməz.

 Qeyd edək kii, Meydan Tv əməkdaşının Gürcüstanda çəkiliş zamanı kilsədə xristian dini dəyərlərini təhqir etməsi ölkə gənclərinin  qəzəbinə səbəb olmuşdur. Kilsə qarşısında baş verən aksiyada qeyd olunub ki, kimliyindən asılı olmayaraq heçkəs Azərbaycan Gürcüstan dostluğuna zərər gətirə biləcək davranış nümayiş etdirə bilməz. Bunun qarşısı alınmalı, bu cür negativliklər yığışdırılmalıdır. - VIDEO BURADA

Cəbhədə son vəziyyət! Ermənilər hücuma keçdi - "ORDUMUZ..."

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Müdafiə Nazirliyindən Sonxeber. az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası Sülh Platformasına qoşulub

Gürcüstan-Azərbaycan Tələbələr Birliyinin sədri (GATA) Samirə İsmayılova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Sülh insanlar arasında olan əmin-amanlıq və qardaşlıqdır. Bunlar həyatımızın ən vacib meyarlarıdır. Buna  görə də mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Mən sülh təşəbbüslərini dəstəkləyirəm və bu təşəbbüslərin mövcud  münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya (11 mart) və Yerevana (27 mart) səfərlərinin nəticələrinə dair bəyanat yayıblar.

Dalga tv Report-a istinadən xəbər verir ki, bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu deyilir.

Danışıqlar zamanı həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin missiyasına dəstəyin davam etdirilməsinin və bu missiyanın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər həmçinin atəşkəs rejiminə hörmət edilməsinin etimad ab-havasının yaradılması və danışıqların davam etdirilməsi üçün olduqca vacib olduğunu qeyd ediblər. Bəyanatda həmsədrlərin ATƏT-in Minsk qrupunun üzvlərini indiki vəziyyət barədə məlumatlandırmaq üçün Vyanaya səfər edəcəyi bildirilir.

Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən Dalga tv-yə verilən məlumata görə, Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.

Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.

Elmar Məmmədyarov Azərbaycanın Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Reks U. Tillerson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artırılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.

Dövlət katibi Azərbaycanın 9/11 hadisələrindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.

Reks U. Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçısı: Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir

“Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır”.

Dalga tv -nin məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır:

“Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

Dövlət başçısı qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb: “Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”. 

İlham Əliyev: Biz nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır

“Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir”.

Dalga tv-nin məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir: “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Biz bu nümunəni göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.

Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahə üzrə strateji yol xəritələri tərtib olunub, dərc edilib. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var və biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”.

Əbülfəs Qarayev İrana etiraz məktubu göndərib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.

Dalga tv APA-ya istinadən xəbər verir ki, nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: “Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam”.

Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olan Dağlıq Qarabağ ərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib.

Səfir Paula Leal da Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Paula Leal da Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfir xanım Paula Leal da Silva Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susanın, Baş nazir Antonio Kostanın ən xoş arzularını və dərin ehtiramlarını dövlətimizin başçısına çatdırdı.

O, ölkəmizə ilk dəfə səfər etdiyini, paytaxtımızın inkişafının onda çox böyük təəssürat yaratdığını vurğuladı. Xanım Paula Leal da Silva ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində çox maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın da Portuqaliya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılmasının, iqtisadi fəaliyyətin səviyyəsinin və biznes əlaqələrinin artırılmasının vacibliyini bildirdi.

Görüşdə ölkələrimiz arasında turizm sektorunda əməkdaşlıq üçün yaxşı imkanların olduğu qeyd edildi, bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Marselo Rebelo de Susanın və Baş nazir Antonio Kostanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Danimarkanın Azərbaycandakı səfiri: “Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilə imzalanacaq

“Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu bu gün etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruri olduğunu söyləyib. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən dövlət başçısı bildirib ki, daha çox biznes əlaqələrinə malik olmaq vacibdir.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan S. Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini. Səfir hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirib. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın 

Cəbhədən ən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Bu barədə Dalga tv-yə Müdafiə Nazirliyindən bildirilib. 

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Şuraabad, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər