Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün408
DünənDünən4736
Bu həftəBu həftə5144
Bu ayBu ay34607
Bu günə qədərBu günə qədər8523499

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ərdoğan: “Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yardılmasını müzakirə etdik”

Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib. 

Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üzrə hərtərəfli müzakirələr tezliklə başlamalıdır”

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.

Prezident: “Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığının yaxşı perspektivləri var”

Azərbaycan prezidenti İlham ƏliyevSəudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanına rəsmi səfərini, göstərilən qonaqpərvərliyi və aparılan söhbətləri məmnunluqla xatırlayan prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkələrimizin bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı səviyyədə olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan prezident İlham Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə edib. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Bu sahədə yaxşı perspektivlərin olduğunu bildirən dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın ölkəmizə səfəri çərçivəsində bütün bu və digər məsələlərin müzakirə olunacağına əminliyini ifadə edib.

Dövlət naziri Tamer Al-Sabha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu deyib. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib, iki ölkənin rəsmiləri arasında qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə təkan verəcəyini deyib.

NAMA ötən ay 1048 hərbi sursat, 34 mina aşkar edərək zərərsizləşdirib

2017-cı ilin fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya  verilən məlumata görə, 1048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 131 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, CəbrayılFüzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

         

Ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Prezident Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlət başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparılıb.

Cocuq Mərcanlıda xeyli hərbi sursat və tank əleyhinə minalar tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursatlar tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, bu gün ərzində kənddə 6 evə baxış keçirilib,

Baxış zamanı 944 ədəd qəlpə, 7 ədəd partlamamış hərbi sursat (2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) və 5 ədəd  TM-62P3 minasının gücləndiricisi) və 3 ədəd tank əleyhinə mina  (TM-57) aşkar edilib.

Nəticə etibarilə 62 648 kv.m ərazi (5 148 kv.m əllə, 16 500 kv.m mexaniki üsulla, 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

Zakir Həsənov Britaniya Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 9-da Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, ildən-ilə bu kursda iştirak edən zabitlərimizin sayı artır və bu, çox önəmlidir.

Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı məlumat verən Müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

2016-cı ilin sentyabr ayında general-polkovnik Z.Həsənovun Londonda keçirdiyi  səmərəli görüşləri xatırladan N.Qurr qeyd edib ki, həmin səfərdən sonra ölkələrimiz arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Bundan əlavə, görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri,  regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mehriban Əliyeva: “Əsas məqsəd Bakı və Sumqayıtda 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soyadaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib.

M. Əliyeva prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva buna baxmayaraq, hələ də bir çox məcburi köçkün ailələrinin qəzalı və yararsız binalarda yaşadığını, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürlətləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyacın olduğunu deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayıb, bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd edib. Onu da bildirib ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

Sonra baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış ediblər.

Müşavirəyə yekun vuran M. Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışıb. O, uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır: “Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir” deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verib. Azərbaycanın birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimyyətlərinə təkliflər hazırlamağı tapşırıb. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edib.

Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət  və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədridir.  Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, deyə S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib. 

Azərbaycan, Rusiya və İran dəmir yolunda yükdaşımalara dair memorandum imzalayıb

Azərbaycan, Rusiya və İranın müvafiq qurumları martın 7-də Moskvada dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıqla bağlı memorandum imzalayıb.

APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

Üçtərəfli görüşdə 2017-ci ilə dəmir yolunda yükdaşımalarla bağlı ümumi tarifə də baxılıb. 

Məmmədyarov: "Ermənistan siyasi iradə göstərib, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır"

Rusiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsi

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əsas aspektlər üzrə razılığa gələ bilmədiyini söylədi. Razılıq əldə edilməyən əsas məsələlər hansılardır?

- Ermənistanla danışıqlar prosesində açıq qalan məsələlər var. Dünən Rusiya xarici işlər naziri ilə geniş müzakirələr apardıq. Bəzi fikirlər səsləndirilib. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bundan sonra biz məsələlərə yenidən qayıdacağıq. Bəzi məsələlər var ki, biz bu barədə razılığa gələ bilmirik. Bu məsələlər bundan əvvəl də açıq qalan məsələlərdir. Heç bir yeni məsələ yoxdur.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nazirlər və ya prezidentlər səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılırmı?

- Rusiya tərəfinin təşəbbüsü ilə nazirlər səviyyəsində üçlü görüş keçiriləcək. Belə bir fikir var. Bu görüşlərin nəticəsinin olması üçün Ermənistanda seçkilərin keçirilməsini gözləmək lazımdır. Bu, danışıqların siyasiləşdirilməməsi üçün vacibdir.

- Təmas xəttində fevral ayının sonunda baş verən gərginliklə bağlı nə deyə bilərsiniz?

- Cəbhə bölgəsində baş verən gərginliklər onu göstərir ki, bu münaqişə həll olunmalıdır, danışıqlar prosesində mütləq irəliləyiş əldə edilməlidir. Məntiqli və son zamanlar dəbdə olan substantiv danışıqlar keçirilməlidir. Rusiya tərəfi də bunu anlayır. Rəsmi Moskva danışıqların aparılmasını istəyir. Lakin burada söhbət Yerevanın siyasi iradəsindən gedir. Ermənistan tərəfi siyasi iradə göstərib, qoşunları Azərbaycan ərazilərindən çıxarmalıdır.

- Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Ümumilikdə iki ölkə arasında münasibətlərin hazırkı mərhələsini necə qiymətləndirərdiniz?

- Azərbaycan və Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər daim inkişaf edir. Bizim münasibətlər qarşılıqlı sərfəli əməkdaşlıqdır. Rusiya və Azərbaycanın əməkdaşlığı hər iki ölkəyə sərfəlidir.

Məmmədyarov: “Hökumət biznesin yenidən təşkili və özəlləşdirmə üzrə böyük islahatlar həyata keçirir”

“İyirmi faiz işğal olunmuş ərazi, bir milyondan çox qaçqın və məcburi köçkün - bütün bunlar ciddi sosial yükdür. Buna görə də Azərbaycan iqtisadiyyatını intensiv şəkildə inkişaf etdirir. İqtisadiyyatın inkişafı bu əsrin əvvəlində bizim ölkəmiz üçün lokomotiv rolunu oynadı. İlk növbədə buna enerji sektoru, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi zəmin yaratdı. Bu layihə Bakı və regionların iqtisadiyyatının inkişafına ciddi töhfə verdi”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib. Nazir dünya bazarına neftin qiymətinin düşməsinə toxunub: “Hazırda neftin qiymətinin düşməsi ilə biz elə bir vəziyyətlə üzləşmişik ki, iqtisadiyyatın diversifikasiya edilməsi çox vacibdir. Qiymətin üç dəfə düşməsi Azərbaycan büdcəsinə ciddi təsir edib və hətta ÜDM bir qədər azalıb. Hazırkı dövlət büdcəsində biz neftin qiymətini 40 dollardan hesablamışıq. Azərbaycan neftinin qiyməti hazırda 55 dollardır. Ona görə də, stabillik mümkündür”.

E. Məmmədyarov qeyd edib ki, hökumət biznesin yenidən təşkili və özəlləşdirmə üzrə böyük islahatlar həyata keçirir: “Azərbaycanda investisiyanın bir neçə istiqamətləri var, biz bu istiqamətləri çox vacib hesab edirik. İlk növbədə bu, nəqliyyatla bağlıdır. Biz Şimal-Cənub və Qərb-Şərq nəqliyyatlarından danışırıq. Lakin bunların hansının daha prioritet olması hələlik məlum deyil. Hazırda Azərbaycanın yerləşdiyi coğrafi mövqeni nəzərə alaraq hər iki variantın maraqlı və cəlbedici olduğunu söyləmək olar. Bu bazar günü Azərbaycan prezidenti İlham Əliyev Tehranda səfərdə olub. Ötən il Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində Şimal-Cənub nəqliyyat dəhlizi üzrə bəyannamə qəbul edilib. Hər 3 ölkə bu istiqamətdə böyük “ev tapşırığı” yerinə yetirib. İran tərəfi 150 km-lik dəmir yolu xətti tikməlidir. Azərbaycan hətta bu layihəyə investisiya qoymağa hazırdır. Orada bir qədər gömrük və sərhəd xidməti məsələsində bəzi problemlər var. Bu nəqliyyat xəttinin yaxın 2-3 ildə yaxşı şəkildə işləməsi də mümkündür”.

Saytda Axtarış

Son xəbərlər