Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün635
DünənDünən4736
Bu həftəBu həftə5371
Bu ayBu ay34834
Bu günə qədərBu günə qədər8523726

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcü professor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması haqqında bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
 

”Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə doğru yolu hər iki dövlətin ərazi bütövlüyü və suverenliyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə alaraq, sülh yolu ilə həllidir. Eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsinin vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram. 

Müasir dövrdə nəticəsi iki xalqın bir birinə təsəvvürü yalnız müharibə kontekstində formalaşması olan münaqişənin mövcudluğundan təəssüflənirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəkləyirəm. Yuxarıda göstərilən səbəblərə görə, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Qazaxıstan prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. 

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur.

Parisdə Azərbaycan prezidentinə dəstək aksiyası keçirilib

Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə Parisin Joffre meydanında – Sülh divarının yaxınlığında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib.

Aksiyada “Paris Azərbaycan Evi”nin rəhbəri və Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari Fətəliyeva, Adela Naibova, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin  üzvləri Jérome Beguin, Fransa Senatının üzvləri Natali Quli, Andre Reyhart, diaspor fəalı Rza Zeyniyev və digəriləri çıxış edərək prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.

Mitinq iştirakçıları prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.

Aksiyada, həmçinin, beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb olunub. Mitinqdə  iştirak edənlər bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.

Aksiyada həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.

Əllərində Azərbaycan və Fransa bayraqları tutan mitinq iştirakçıları “Cənab Prezident biz sizi dəstəkləyirik!”, “Ermənistan işğaldan və terrordan əl çək", "Biz torpaqlarımızı hökmən azad edəcəyik!", "Xocalıya ədalət", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Terrora və soyqırımına yox deyirik!" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Aksiyanın sonunda mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan həqiqətlərini əks etdirən broşurlar paylanılıb. 

Aksiya “Paris Azərbaycan Evi”nin təşkilatçılığı, eləcə də Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Le Mans, Le Val, Anji şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşkilati dəstəyi ilə baş tutub. 

Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Martın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Dalga tv -yə verilən məlumatda bildirilir ki, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

 

Azərbaycan prezidentinin Parisdə rəsmi qarşılanma mərasimi olub

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövləti başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Azərbaycan prezidenti Fransa Senatının sədri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

APA-nın xəbərinə görə, Senatın binasının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb.

Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

Jerar Larşe Azərbaycan prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlayıb.

Jerar Larşe 2014-cü ildə Senatda Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlayıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlət başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.

Rusiya prezidenti yanında İP-nin üzvü: “Qarabağda müharibə başlasa, Rusiya, Gürcüstan və Türkiyə də cəlb olunacaq”

"Azərbaycan və Ermənistan böyük silah potensialına, aviasiya və artilleriyaya malikdir".

APA-nın məlumatına görə, bunu Bakıda "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Sülhməramlılıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları” mövzusunda paneldə Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Birliyinin, prezident yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko deyib. 

M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satırlar və bununla da balansı qoruduqlarını iddia edirlər: “Ermənistan və Azərbaycan arasında müharibə başlasa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. İslam həmrəyliyi, cihad çağırışları, digər tərəfdən, xristian həmrəyliyi çağırışları səslənəcək. Münaqişənin proqnozlaşdırılmayan nəticələri ola bilər. Radikal addım, müharibə terrorizmin inkişafına şərait yaradar. Bu gün biz Suriyada, İraqda bunu görürük”.

A. Şevçenko deyib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: “Bu gün Azərbaycana özünü qardaş sayan Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiya və İran isə “şər oxları” kimi təqdim olunur. Bəs kim yaxşıdır?! Bu gün konyuktura dəyişir. Faciəli müharibə nəticələri görmək istəməyənlər bunu anlamalıdırlar. Biz müharibə ritorikasından sülh ritorikasına keçməliyik. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil”.

Erməni əsilli tədqiqatçı: "Dağlıq Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır"

"Dağlıq Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır".

APA-nın məlumatına görə, bunu "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda Bakıda keçirilən konfransda iştirak edən Ukraynadan olan tədqiqatçı, erməni əsilli Artur Ağacanov bildirib.

A. Ağacanov deyib ki, əsas məsələ münaqişənin həllinə inanmaqdır: "Mən erməniyəm, Bakıda anadan olmuşam, təmiz qarabağlıyam. Qarabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməyə ehtiyat edirlər. Lakin öz aralarında münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu da o qədər önəmli amil deyil. Bu, mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlarımız var".

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Siyasi araşdırmalar, analitik təhlil sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu xatırladaraq bildirib ki, torpaqların işğaldan azad edilməsinin vaxtı çatıb: “Erməni xalqı müdrik xalqdır. İnternetdə yayılan informasiyalardan da görürük ki, artıq onlar rasional mövqe ortaya qoymağa başlayıblar. Bu gün bu tədbirdə erməni fəalları iştirak edirlər. Mən onlara xüsusi təşəkkür edirəm”.

Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə biləcəyini vurğulayıb.

Xocalı soyqırımına toxunan erməni publisist və ictimai xadim Vahe Avetyan qeyd edib ki, soyqırım faktı bir xalq üçün çox rüsvayçı bir faktdır: "Mən 2016-cı ildə Bakıda olarkən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Bir çox erməni ictimai xadim və sadə insanlar məni dəstəkləyir. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları 25 il əvvəl yaşadıqları konslagerlərdən azad etmək lazımdır. Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər. 20 ildən çox davam edən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik.  Mənim gəlişimin məqsədi odur ki, Ermənistan prezidenti Serj Sarkisyanın yaratdığı qatil erməni stereotipi yox olsun. Mən tarixçi deyiləm, yazıçıyam. Xalqların düşmənçiliyini bir kənara qoyub, yeni bir səhifə açmaq lazımdır”.

Tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan erməni əsilli Ukrayna vətəndaşı Artur Ağacanov əsrlər boyu Dağlıq Qarabağ torpağının müxtəlif müharibə və münaqişələr meydanı olaraq qaldığını söyləyib: “Qarabağ həm də qədim Qafqaz Albaniyasının bir hissəsi olub. Bu qədim dövlətin özünün xüsusi mədəniyyəti, tarixi, memarlığı, xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsi olub. Lakin hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir. Artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən olan erməni köçkünləri (hay xalqının nümayəndələri) qədim Qarabağ torpaqlarını özününküləşdirir. Bu dövrdə Eçmiadzin kilsəsinin dəstəyi ilə qədim Alman Avtokefal Kilsəsi ləğv edilib. Gandzasar, Amaras (Ağ oğlan) və Alban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiadzin erməni kilsəsinin əlinə keçdi. Bu xalqların bir hissəsi - qıpçaq türkləri, udin, aysor, tat, kürd və digərləri erməni qriqorianlığını qəbul ediblər. Lakin onların erməni xalqına və Eçmiadzinə heç bir aidiyyəti yox idi. Bu xalqlar zor gücünə erməniləşdirilib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyatı üçün təhlükə ilə üzləşib. Lakin biz həqiqəti deməkdən çəkinməməli və mübarizə aparmalıyıq. Alban Avtokefal Kilsəsinin bərpa edilməsi yolunda mübarizəyə öz töhfəmizi verməyə hazırıq. Biz Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə biz bu məqsədlə Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”.

Azərbaycan Abxaziyada keçirilmiş qondarma seçkiləri tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Dalga tv- yə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır:

“Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir”.

Əli Laricani: “Azərbaycan və Ermənistan müharibəyə yol verməməlidir”

“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”. 

Bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.

Ə. Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur: “Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.

Ə. Laricani qeyd edib ki,  İran həm Azərbaycan, həm də Ermənistanla  yaxşı münasibətlərə malikdir: “Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.

İran parlamentinin sədri Suriya məsələsinə toxunaraq ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üçün bölgəyə hərbi qüvvə göndərməsindən danışıb: “Ümid edirik ki, onlar keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar. Necə ki, 6 trilyon dollar ziyan görüblər və 5 min əsgərləri həlak olub. Bu baxımdan keçmişdə etdikləri səhvləri  təkrar etməməlidirlər. Trampın rəqiblərindən biri demişdi ki, biz İŞİD-in yaradılması üçün lazım olan xərci çəkdik. İndi də zəhmət çəksin, onu məhv etsin. Ümid edirik ki, ABŞ-ın yeni prezidenti ağıllı davranacaq”.

Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.

Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib. 

Seçkilər bu ilin payızında keçiriləcək.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.

O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.

Saytda Axtarış

Son xəbərlər