Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün293
DünənDünən4736
Bu həftəBu həftə5029
Bu ayBu ay34492
Bu günə qədərBu günə qədər8523384

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.

Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.

 

Nazir: “Azərbaycan Almaniya və Aİ-nin Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır”

Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarına ünvanladığı məktubda diplomatik münasibətlərin qurulduğu andan ölkələrimiz arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini və müxtəlif sahələri əhatə etdiyini bildirib.

Hazırda Azərbaycanın Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edən nazir ikitərəfli əlaqələrin inkişafında böyük potensialın mövcudluğunu vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinin təkcə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmadığını və daha dərin köklərə malik olduğunu qeyd edən E. Məmmədyarov 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu bildirib, Azərbaycanda almanlara məxsus tarixi-mədəni irsin mövcudluğunun ölkələrimiz arasındakı münasibətlərin mühüm simvoluna çevrildiyini vurğulayıb.

Almaniya xarici işlər naziri Siqmar Qabriel isə E. Məmmədyarova göndərdiyi məktubda 200 il əvvəl şvab almanlar tərəfindən Azərbaycan ərazisində əsası qoyulmuş Helenendorf kimi yaşayış məntəqələrinin iki ölkənin birgə mədəniyyət irsi olduğunu qeyd edib. Almaniyalı nazir Azərbaycanın ölkəsinin enerji təminatının şaxələndirilməsi sahəsində strateji tərəfdaşı olduğunu bildirib, ölkəsinin Azərbaycanın müasirləşmə səylərində, iqtisadiyyatın şaxələndirilməsində və demokratik inkişafında bundan sonra da etibarlı tərəfdaşı olmaqda davam edəcəyini diqqətə çatdırıb.

İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan S. Qabriel Almaniya-Azərbaycan iqtisadi forumunun buna bariz nümunə olduğunu qeyd edib.

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.

M. Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M. Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib: "Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Prezident Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.

Prezident: “Son vaxtlar Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna daha çox maraq göstərir”

Azərbaycan prezidenti İlham ƏliyevBöyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Saymon Makdonaldın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirib, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğulayıb.

Dövlət başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini deyib və bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini, gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirib.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald isə Azərbaycana ilk dəfə səfər etdiyini, Bakının müasir bir şəhərə çevrildiyini, yeni memarlıq nümunələrinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək, səfəri çərçivəsində dünyaca məşhur olan Heydər Əliyev Mərkəzi ilə tanış olacağını da bildirib. S. Makdonald Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb.

Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışılıb, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hökumətin 2016-cı il üzrə hesabatı Milli Məclisə daxil olub

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatı Milli Məclisdə daxil olub.

Parlamentdən APA-ya verilən məlumata görə, hesabat yaxın günlərdə deputatlara paylanacaq.

Hesabatı martın 17-də keçiriləcək plenar iclasda baş nazir Artur Rəsizadə təqdim edəcək. 

Azərbaycan prezidenti: “Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”

“İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir”

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani arasında geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Prezident İlham Əliyev deyib ki, son bir neçə il ərzində bu əlaqələr yüksək zirvəyə qalxıb: “Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır: “Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: “Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu.  əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri nəticəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu əlaqələrimiz üçün möhkəm baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda prezident Həsən Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”.

Dövlət başçısı deyib ki. Azərbaycan və İran energetika sahəsində əməkdaşlıq istiqamətində böyük uğurlar əldə edilib: “İki ölkə  elektrik enerjisi sistemlərini birləşdirib və mübadilə aparır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin iştirakçısıdır və sərmayədarıdır.  Bu gün görüşdə Xəzər dənizində  müştərək neft-qaz əməliyyatlarının aparılması üçün geniş fikir mübadiləsi apardıq”.

Prezident İlham Əliyev Azərbaycan-İran müştərək iqtisadi komissiyasının fəaliyyətini yüksək qiymətləndirib: “İran və Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə böyük töhfədir.  Nəzərə çatdırım ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Biz çalışırıq ki, İslam aləmində birliyi və həmrəyliyi möhkəmləndirək. Biz öz milli, mənəvi və dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək”.

Dövlət başçısı bildirib ki, Azərbaycan iki ölkə arasında əlaqələrə yüksək qiymət verir.

Azərbaycan-İran sənədləri imzalanıb

Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə,  “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzalayıblar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzalayıblar.

İran prezidenti: “Ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq”

Bu gün geniştərkibli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani mətbuat konfransı keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, mətbuat konfransında  prezident H. Ruhani deyib ki, ötən 3 il ərzində  iki ölkənin əlaqələri həm siyasi və həm də mədəniyyət sahəsində  çox inkişaf edib.

H. Ruhani bildirib ki, iki ölkə arasında iqtisadi  əlaqələrin artması  hər iki ölkə rəhbərliyinin münasibətlərin daha da genişlənməsi ilə bağlı iradəsinin göstəricisidir: “İki ölkə arasında tranzit sahəsində də əməkdaşlıq yaxşı səviyyədə qurulub və Şimal-Cənub Nəqliyyat Dəhlizi bu əlaqələrin qurulmasında böyük rol oynayır”.

H.Ruhani əlavə edib ki, Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisində İranla əməkdaşlıq edir və bu əməkdaşlığın regionda dəmir yolunun inkişafında böyük rolu var: “İki ölkə neft sahəsində də əməkdaşlıq edir. İran neft mübadiləsi (swop) sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Yəni İran nefti Xəzər dənizində təhvil alsın və  İranın cənubunda dünya bazarına çıxarsın”.

İran prezidenti qeyd edib ki, iki ölkə arasında  avtomobil istehsalı sahəsində də əməkdaşlıq inkişaf edib: “Biz görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması,  Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün  davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər”.

H.Ruhani deyib ki, görüşdə İran, Azərbaycan və Rusiya, eləcə də Azərbaycan, İran və Türkiyə və Azərbaycan, İran və Gürcüstan üçtərəfli görüşləri haqqında danışıqlar aparılıb: “Görüşdə həmçinin regionda baş verən proseslər müzakirə olundu. İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq. Münaqişələr müzakirə və siyasi yollarla öz həllini tapmalıdır”

Cocuq Mərcanlıda 1 ay ərzində aparılan təmizləmə əməliyyatının nəticələri açıqlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 2 evə baxış keçirili, 105 ədəd qəlpə aşkar edilib.

Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 200 kv.m ərazi yoxlanılıb.

Qeyd edək ki, 30 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 122 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Nəticədə 10 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (1 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (4 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. 841 422 kv.m ərazi (392 480 kv.m əl ilə, 207 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Azərbaycan prezidentinin şərəfinə rəsmi nahar verilib

Bu gün İran prezidenti Həsən Ruhaninin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Azərbaycan prezidenti İranın Ali Rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və İranın Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Saytda Axtarış

Son xəbərlər