Dalga Televiziyasi Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1489
DünənDünən3048
Bu həftəBu həftə7590
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464189

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.

M. Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M. Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib: "Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Saytda Axtarış

Son xəbərlər