Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün431
DünənDünən4736
Bu həftəBu həftə5167
Bu ayBu ay34630
Bu günə qədərBu günə qədər8523522

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.

APA-nın "haberler.com"-a istinadən verdiyi məlumata görə, Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib.

Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.

Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır.

Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.

Fransalı senator: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”

Milli Məclisdə Fransa Senatının dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan tərəfdən deputatlar Cavanşir Feyziyev, Səməd Seyidov, Fransa tərəfdən isə Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar, qrupun üzvü Natalie Qule və digərləri iştirak ediblər.


C. Feyziyev qonaqları salamlayaraq iki ölkə arasında münasibətlərin inkişafından, Dağlıq Qarabağ münaqişəsindən danışıb. A. Reyşar isə bildirib ki, Fransa Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişə olduğunu başa düşür: “Bizim, burada əyləşən şəxslərin hər birinin, artıq bu barədə yetərincə məlumatı var. Biz Azərbaycanı yaxından tanıyan insanlar kimi Azərbaycan haqq işinə dəstək verəcəyik. Azərbaycanın torpaqları işğal olunub. Yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur olsun, bu torpaqlar geri qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa etməlidir. Ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddə olduğunu göstərir. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

Görüş mətbuata qapalı davam edib. 

Azərbaycan prezidenti “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşüb

alt

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib.

Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Şəhid hərbçi Tovuzda torpağa tapşırılıb

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

APA-nın qərb bürosunun verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Həmsədr: "Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir"

"Beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var".

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.

Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair təkliflərin olduğunu nəzərə çatdırıb.
 

Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.

 

Türkiyənin xarici işlər naziri Hollandiyaya buraxılmayıb

Türkiyə ilə Hollandiya arasında qalmaqala səbəb olan hadisə baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alınıb. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

Hoqland: "Ermənistan rəhbərliyinin siyasi iradəsini gələn həftə sınaqdan keçirəcəyik"

"Biz Ermənistan rəhbərliyinin siyasi iradəsini gələn həftə sınaqdan keçirəcəyik".

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun sözlərinə görə, hər iki münaqişə tərəfi hərbi ritorikadan istifadə edir.


Dilomatın qənaətinə görə, bu kimi bəyanatlar daxili ictimaiyyətə yönəl

Rusiyalı həmsədr: “Vyana və Sankt-Peterburq razılaşmaları icra olunmalıdır”

“Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Diplomat bildirib ki, həmsədrlər Bakıda Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları müzakirə ediblər. O, təmas xəttindəki son durumun müzakirə olunduğunu da söyləyib

Fransalı həmsədr: “Tərəflərin irəli getməyə istəyi var”

“Danışıqlar prosesi durğun nöqtədən tərpənib”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti deyib. O bildirib ki, çərşənbə axşamı Azərbaycan prezidenti Parisdə fransalı həmkarı ilə görüşəcək.


Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək: “Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir”.

Azərbaycan prezidenti həmsədrləri qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut edib”

Azərbaycan prezidenti İlham ƏliyevDonald Tusku yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ötən ay Avropa İttifaqı və Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara başlanılması məqsədilə sizin dəvətiniz əsasında Brüsselə səfərimi, eləcə də səfər zamanı sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini məmnuniyyətlə xatırlayıram. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyinizə görə sizə bir daha təşəkkür edirəm.

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut edib.

İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Hörmətli cənab prezident, sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul və şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

Saytda Axtarış

Son xəbərlər