Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3718
DünənDünən5123
Bu həftəBu həftə3718
Bu ayBu ay33181
Bu günə qədərBu günə qədər8522073

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

XİN: Dağlıq Qarabağda qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barədə iddialar gülüncdür

"Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə  zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum” keçirilir. Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil".

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfinin bu qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barəsində iddiası gülüncdür.

"Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz “referendumu” müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib.

Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub. Bu öz fəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyildir.

Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır", - deyə H. Hacıyev qeyd edib.    

 

Rusiya və Türkiyə S-400 satışı barədə danışıqlar aparırlar

"Rusiya və Türkiyə S-400 zenit-raket kompleksinin satışı barədə danışıqlar aparırlar".

Dalga Tv  Trend-ə istinadən xəbər verir ki, bunu "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov deyib.

O bildirib ki, hazırda maliyyələşdirmə məsələləri üzərində iş gedir.

Türkiyə, Ukrayna və Gürcüstan Dağlıq Qarabağdakı referendumu qanunsuz adlandırıblar

ATƏT-in Daimi Şurasının fevralın 16-da keçirilən iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz referendum keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.

XİN-dən APA-ya verilən məlumata görə, Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın təxribatçı niyyətinə cəlb edib, bunun Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının, əksinə, vəziyyəti gərginləşdirmək, işğal siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və qeyri-dayanıqlı status-kvonu davam etdirmək siyasətinin göstəricisi olduğunu bildirib. Bu kimi cəhdlərin münaqişənin substantiv danışıqlar yolu ilə həlli cəhdlərinə zərbə vurduğu vurğulanıb.

Daimi Nümayəndəlik keçirilməsi planlaşdırılan referendumun Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusu olduğunu, Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən qanunsuz güc tətbiqinin davam etdiyi və işğal altındakı ərazilərdə aparılmış mənfur etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin digər ciddi pozuntuları şəraitində təşkil olunduğunu və beləliklə də, hər hansı hüquqi nəticə doğura bilməyəcəyini bəyan edib.

Azərbaycan tərəfi bir daha beynəlxalq ictimaiyyəti qanunsuz referendumu pisləməyə və onun nəticələrini tanımamağa, eləcə də Ermənistana işğalçı siyasətinə son qoyması üçün siyasi və diplomatik təzyiq göstərməyə çağırıb.

Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək referendumun qanunsuz və qeyri-legitim olduğunu, onun adı çəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək keçirilməsi nəzərdə tutulan referendumun nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və bu referendum Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.

Kreml Gürcüstan və Rusiya arasında viza rejiminin ləğv edilməsinin şərtlərini açıqlayıb

Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə yalnız diplomatik münasibətlər bərpa olunduqdan və bölgədə təhlükəsizlik səviyyəsi artıqdan sonra danışmaq mümkün olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Rusiya və Gürcüstan münasibətlərinə gəlincə, bizim nümayəndələriniz Karasin və Abaşidze bu yaxında növbəti dəfə görüşüblər... biz münasibətlərin normallaşmasından məmnunuq, əmtəə dövriyyəsi artmaqdadır... aviadaşımanın coğrafiyası genişlənməkdədir”, - deyə Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.

Lavrovun sözlərinə görə, Rusiya və Gürcüstan arasında viza siyasəti əhəmiyyətli dərəcədə liberallaşdırılıb və hazırda Gürcüstan vətəndaşları problemsiz Rusiyaya səfər edə bilir.

“Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır”, - deyə rusiyalı nazir qeyd edib.

Nazir qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, “hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə, viza rejiminin daha da yüngülləşdirilməsi barədə danışmaq mümkün olacaq”.

“Lakin diplomatik münasibətlərin olmadığı şəraitdə bu cür əməkdaşlığı bərpa etmək çətindir”, - deyə Lavrov qeyd edib.

Canelidze: “Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir”

"Azərbaycan və Gürcüstan 25 ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir".

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var:

"Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək".

M. Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: "Əməkdaşlığımız Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik".

Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə bildirib ki, görüşün bu ilin ilk yarısı ərzində keçirilməsi nəzərdə tutulur

Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstan xarici işlər naziri Mixail Canelidze arasında görüş başlayıb.

APA-nın məlumatına görə, təkbətək keçirilən görüş sonra geniş formatda davam etdiriləcək.

Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər.

Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 13-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə APA-ya Gürcüstan xarici işlər nazirlikdən bildiriblər. 
 

 

M. Canelidze prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək. Görüşlər zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunacaq. 

Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib

Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb.

APA-nın xəbərinə görə, keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.

Beləliklə, Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaq.

Gürcüstan baş naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.
alt
APA-nın "Georgia Online" saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri, ikitərəfli münasibətlərin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

G. Kvirikaşvili Azərbaycan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə ölkəsi ilə Azərbaycan arasında ənənəvi əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söyləyib.

Gürcüstan baş naziri Avropa Şurasının baş katibi ilə görüşüb

Avropa Şurasının (AŞ) baş katibi Tyorborn Yaqland Tiflisdə Gürcüstan baş naziri Giorqi Kvirikaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə AŞ-Gürcüstan əməkdaşlığı, işğal olunmuş ərazilərdə vəziyyət, AŞ-nın münaqişə bölgələrində etimad prosesində iştirakı kimi məsələlər müzakirə olunub.

Söhbət zamanı konstitusiya dəyişiklikləri, məhkəmə islahatları, habelə işğal olunmuş ərazilərdə insan hüquqları sahəsindəki vəziyyətin monitorinqinin əhəmiyyətinə diqqət yetirilib.

AŞ baş katibi Gürcüstanda aparılan islahatları müsbət qiymətləndirib. G. Kvirikaşvili isə Avropa Şurası baş katibinin "Gürcüstanda münaqişə" hesabat-məruzəsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Gürcüstan baş nazirinin nümayəndəsi: “Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik”

"Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər".

APA-nın "İzvestiya" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
"Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır", - deyə o bildirib.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Z. Abaşidzenin bəyanatını alqışlayıb və bildirib ki, bu məsələdə müsbət dəyişikliklər Tiflisdən asılıdır: "Bəlli olduğu kimi 2008-ci ildə diplomatik münasibətləri dayandıran Rusiya olmayıb. Tərəfimizdən onların bərpası üçün heç bir maneə olmayıb və yoxdur".

Qeyd edək ki, gələn ayın sonunda Rusiya ilə Gürcüstan nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə iqtisadi-ticarət əlaqələri, kommunikasiya və humanitar məsələlər müzakirə ediləcək.

Saytda Axtarış

Son xəbərlər