Dalga Televiziyasi Gürcüstan baş nazirinin nümayəndəsi: “Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2052
DünənDünən3048
Bu həftəBu həftə8153
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464752

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan baş nazirinin nümayəndəsi: “Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər".

APA-nın "İzvestiya" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
"Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır", - deyə o bildirib.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Z. Abaşidzenin bəyanatını alqışlayıb və bildirib ki, bu məsələdə müsbət dəyişikliklər Tiflisdən asılıdır: "Bəlli olduğu kimi 2008-ci ildə diplomatik münasibətləri dayandıran Rusiya olmayıb. Tərəfimizdən onların bərpası üçün heç bir maneə olmayıb və yoxdur".

Qeyd edək ki, gələn ayın sonunda Rusiya ilə Gürcüstan nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə iqtisadi-ticarət əlaqələri, kommunikasiya və humanitar məsələlər müzakirə ediləcək.

Saytda Axtarış

Son xəbərlər