Dalga Televiziyasi Tiflisdə “Münaqişələrin perspektivləri” mövzusunda elmi konfrans keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2318
DünənDünən3048
Bu həftəBu həftə8419
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465018

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə “Münaqişələrin perspektivləri” mövzusunda elmi konfrans keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin nəzdindəki Qafqazşünaslıq İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə “Münaqişələrin perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri universitetin prorektoru Mixail Tsxenkeli açaraq mövzunun aktuallığı barədə fikirlərini bildirib. Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze, Qafqazşünaslıq İnstitutunun rəhbəri Tsira Baramidze, professor Liya Axaladze, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov və başqaları çıxış edərək Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli yolları haqqında fikirlərini ifadə ediblər.

Səfir D. Həsənov çıxışında Gürcüstanda Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini və artıq Xocalı soyqırımını bütün dünyanın bilməsinin vacibliyini vurğulayıb. Milli Məclisin üzvü, Xocalı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədov Azərbaycan və Gürcüstanın XX əsrin sonunda və XXI əsrin əvvəllərində beynəlxalq güclərin, bir sıra ölkələrin təzyiqi, təhriki ilə separatizmin və ədalətsizliyin qurbanı olduğunu bildirib.

Professor Sardion Zedelaşvili Qarabağ münaqişəsinin həllinin sülh və qarşılıqlı anlaşma şəraitində mümkün olduğunu vurğulayıb: “Rusiyaya Azərbaycanda sabitlik əl vermir. Xocalı soyqırımı Rusiyanın törətdiyi soyqırımıdır. BMT və Avropa İttifaqı bu bölgədə heç bir iş görə bilməyəcək. Hələlik danışıqların perspektivi görünmür”.

Konfrans çıxışlarla davam edib. 

Saytda Axtarış

Son xəbərlər