Dalga Televiziyasi Giorgi Kvirikaşvili: “NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2244
DünənDünən3048
Bu həftəBu həftə8345
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464944

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Giorgi Kvirikaşvili: “NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Gürcüstan parlamentində deputatlar qarşısında çıxış edən Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq, Rusiya ilə münasibətlərin normallaşdırılması siyasəti, Gürcüstanın avroatlantik məkana inteqrasiya məsələləri Gürcüstanın yeni hökumətinin əsas prioriteti olaraq qalır.

Baş nazir deputatlar qarşısında çıxışında Avropa İttifaqı standartlarına cəhdin Gürcüstanın əsas prioriteti olduğunu bildirib: “Əlbəttə, həm Aİ və NATO-ya inteqrasiya və alyansa üzv olmaq bizim dövlətimizin dönməz məqsədidir. Bu istiqamətdə bizim çoxlu fikirlərimiz var və biz onlardan axıradək istifadə etməyi planlaşdırırıq,” baş nazir Kvirikaşvili qeyd edib.

G. Kvirikaşvili Gürcüstanın qonşu ölkələrlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsinin davam edəcəyini vurğulayıb: "Bizim Azərbaycanla münasibətlərimiz çox mühüm strateji xarakter daşıyır, həmçinin Türkiyə ilə strateji əlaqələrimiz, Ermənistanla isə ənənəvi mehriban qonşuluq münasibətlərimiz var”.

Çıxışında Rusiya mövzusuna toxunan G.Kvirikaşvili gələcək hökumətin Rusiya ilə münasibətlərdə praqmatik siyasəti davam etdirəcəyini deyib. O, eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşması prosesində Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələləri üzrə kompromisin olmayacağını qeyd edib. Baş nazir, həmçinin Gürcüstan dövləti olaraq bütün beynəlxalq platformalarda Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliyinin tanınmaması siyasəti istiqamətində işlərini davam etdirəcəyini bildirib.

Saytda Axtarış

Son xəbərlər