Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1142
DünənDünən5027
Bu həftəBu həftə30309
Bu ayBu ay25482
Bu günə qədərBu günə qədər8514374

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Lavrov bu gün Azərbaycana gəlir

Qarabağdakı vəziyyət müzakirə olunacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, S.Lavrov aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə iştirak edəcək.

"Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir. Bakıda Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü də planlaşdırılır. Görüşdə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq", - deyə M.Zaxarova qeyd edib.

Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü olub

Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə edilib.

Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərliyinə çağırış edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Ermənistan və Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ ətrafında yaranmış gərgin vəziyyətin sülh yolu ilə həll edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

"Dalğa TV"nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Marqvelaşvili Tiflisdə keçirilən NATO Həftəsi çərçivəsindəki Xalq Diplomatiyası Forumunda çıxışı zamanı bildirib.

"Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə maksimum diplomatik səylər göstərəcəklər", - deyə o əlavə edib.

Tbilisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Gürcüstanın müdafiə naziri Zakir Həsənova zəng etdi

Aprelin 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə Oxu.Az-a Azərbaycan MN-dən bildiriblər.

Məlumata görə, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Çavuşoğlu: Osmanlı türkü qardaşını heç vaxt darda qoymaz

"Biz hər zaman qardaş Azərbaycanın yanındayıq".

Ermənistan daima Azərbaycana qarşı təxribatlar törədir. Baxmayaraq ki, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində fəaliyyət göstərir.

"Dalga TV" Rosbalta istinadən xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

"Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək istəsə, bir həftəyə münaqişə həllini tapar. Münaqişəni həll etmədikləri üçün belə hadisələr baş verir”, - Mövlud Çavuşoğlu vurğulayıb.

O, Türkiyənin hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Antalya aeroportunda suallara cavab verəkən o, Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Azərbaycan ərazilərini işğal etməkdə ittiham edib. Onun sözlərinə görə, dünya ictimaiyyəti buna göz yumur.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi qısa bir zamanda dinc yolla həll edilməli, Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir.

“Türkiyəyə gəldikdə, əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq. Necə deyərlər: Osmanlı türkü özü yıxılanda belə, qardaşını darda qoymur”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib.

İlham Əliyev: Böyük qələbə qazandıq

"Bütün Azərbaycan xalqını təbrik edirəm".

Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, təmas xəttində yerləşən mövqelərimizə hücum olub, yaxınlıqdakı yaşayış məntəqələri atəşə tutulub:

“Bu silahlı təxribat nəticəsində itkilərimiz olub, hərbçilərimiz və mülki şəxslərimiz həlak olub”.

Prezident həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib:

“Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın bu cür təxribatlara əl atması ilk dəfə deyil:

“Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu. Düşmənə layiqli cavab verilib, düşmən yerinə oturdulub”.

Prezident bildirib ki, bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür:

“Bu təxribat ordumuz tərəfindən layiqincə cavablandırıldı”.

Dövlət başçısı deyib ki, düşmənə böyük zərbələr vurulub, düşmən böyük itkilər verib:

“Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq.

Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir, Azərbaycan övladları öz doğma torpaqlarını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaq”.

İlham Əliyev Ağ Evdə - Fotolar

Prezident İlham Əliyev Ağ Evdə dövlət və hökumət başçılarının şərəfinə verilən naharda iştirak edib.

"Dalğa TV" xəbər verir ki, Ağ Evdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın adından nahar verilib.

Prezident İlham Əliyev naharda iştirak edib.

Əliyevlə Kerri Qarabağı müzakirə etdilər - Foto, Video

Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər.

"Dalğa TV"nin ans press-ə istinadən məlumatına görə, Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır - 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.

Prezident ABŞ-da yəhudilərlə görüşdü

Prezident İlham Əliyev ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi ilə görüşüb

"Dalğa TV" xəbər verir ki, Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.

Belə görüşlərin artıq ənənə halı aldığının, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığının qeyd olunduğu söhbət zamanı bildirilib ki, bu görüşlər gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ölkəmizin uğurlarının getdikcə artdığını, Azərbaycana səfərləri zamanı bunun şahidi olduqlarını, Bakının gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. Belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verirlər.

Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

İlham Əliyev ABŞ-ın ictimai xadimləri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri – "Armitage International" şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı. ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu vurğulandı. ölkələrimiz arasında münasibətlərin güclü təməl üzərində qurulduğu, hazırda əlaqələrin yeni mərhələyə daxil olduğu qeyd edildi. Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da bütün sahələrdə genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı.

lham Əliyev ABŞ-da daha bir görüş keçirdi

Prezident İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Nyu-Hempşir ştatının sabiq qubernatoru, ABŞ-ın sabiq Prezidenti Corc Buşun aparatının rəhbəri Con Sununu ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin indiki vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Obama Kastro ilə görüşdü – FOTO

Danışıqlardan sonra mətbuat konfransının olacağı gözlənilir.

Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro və ABŞ prezidenti Barak Obama arasında Havanada İnqilab sarayında görüş başlayıb.

"Dalğa TV"nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, dövlət himnlərinin oxunmasından sonra liderlər fəxri qarovulun qarşısından keçiblər.

Danışıqlardan sonra mətbuat konfransının olacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl B. Obama Kubanın Milli Qəhrəmanı Xose Martinin abidəsi önünə gül dəstəsi qoyub, Marti muzeyini ziyarət edib, fəxri qonaqlar üçün kitaba ürək sözlərini yazıb.

Saytda Axtarış

Son xəbərlər