Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1316
DünənDünən5027
Bu həftəBu həftə30483
Bu ayBu ay25656
Bu günə qədərBu günə qədər8514548

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü başladı

Görüş Qəbələdə keçirilir.

Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz arasında üçtərəfli görüş başlayıb.

"Dalğa TV" xəbər verir ki, görüşdə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Üçtərəfli görüşdən sonra müdafiə nazirləri mətbuat konfransı keçirəcəklər.
Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

Oxu.Az xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Putin: 9 may Azərbaycan tarixində şanlı gündür

Rusiya prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

"Dalğa TV"nin məlumatına görə, təbrik məktubunda deyilir:

"Sizi Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür. Bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq. İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız".

Rəsmi Yerevan Qarabağ münaqişəsinin həlli üçün zəruri addımları açıqlayıb

Ermənistan XİN rəhbəri bəyanatla çıxış edib.

Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımların atılmasının zəruri olduğunu açıqlayıb.

"Dalğa TV"-nin RİA Novosti-yə istinadən məlumatına görə, nazirin sözlərinə əsasən, hazırda mümkün görüşlər regionda yeni zorakılıq hallarının qarşısının alınmasına yönəlməlidir.

"Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmçlərinin yaradılmasına yönəldilməlidir", - Nalbandyan belə deyib.

Rəsmi Moskva ABŞ və Gürcüstanın birgə təlimlərini təxribat adlandırıb

""Noble Partner 2016" regionda hərbi-siyasi vəziyyəti şüurlu şəkildə laxlatmağa yönəlib".

Rəsmi Moskva 11-26 may tarixlərində Gürcüstanda keçiriləcək "Noble Partner 2016" hərbi təlimlərini təxribat kimi qiymətləndirib.

"Dalğa TV"nin APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"NATO hərbçilərinin müntəzəm olaraq Gürcüstan ərazisində peyda olması Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyəti şüurlu şəkildə laxlatmağa yönələn təxribatdır", məlumatda vurğulanıb.

Qeyd edək ki, "Noble Partner" hərbi təlimləri Gürcüstanda ikinci dəfə keçirilir. Gürcüstan müdafiə nazirliyinin məlumatına əsasən, təlimlərdə 500 Gürcüstan, 650 ABŞ və 150 Böyük Britaniya hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın C-130 tipli hərbi təyyarələri cəlb olunacaq.

Müdafiə Nazirliyi: Torpaqlarımız erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

"Ordumuzun qüdrəti ilə ərazi bütö;vlüyümüz bərpa olunacaq".

Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə Azərbaycan Müdafiə Nazirliyi cavab verib.

Müdafiə Nazirliyindən  verilən məlumata gö;rə, S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tö;külməklə azad olunacaq.

Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həll yolu işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır:

"Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütö;vlüyümüz və suverenliyimiz bərpa olunacaq".

Fransa və Gürcüstan prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Fransa prezidenti Fransua Olland bu gün gürcü həmkarı Georgi Marqvelaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti, ikitərəfli münasibətlərə dair məsələləri və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilir.

Məlumata görə, danışıqlar Gürcüstan prezidentinin Parisə rəsmi səfəri çərçivəsində baş tutub.

Fransa və Gürcüstan arasında iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi danışıqların əsas mövzularından biri olduğu bildirilir: "Tərəflər həmçinin beynəlxalq gündəmdə olan məsələləri, xüsusən, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər".

Yelisey Sarayının açıqlamasında qeyd olunur ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Tərəflər 2014-cü ilin iyununda imzalanmış Assosiasiya sazişi çərçivəsin

Kvirikaşvili: “1500-dən çox Ahıska türkü və 479 azərbaycanlı repatriasiya hüququndan yararlanıb”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ahıska türklərinin problemlərinə də toxunub.

"Dalğa TV"nin xəbərinə görə, baş nazir bildirib ki, Gürcüstan Ahıska türkləri ilə bağlı Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: "Biz Gürcüstan SSR-dən zorla sürgünə göndərilmiş şəxslərin repatriasiyası haqqında qanun qəbul etmişik və artıq 1500-dən çox məcburi köçkünə bu status şamil edilib. Bundan əlavə, 479 azərbaycanlı repatriasiya statusundan yararlanıb və Gürcüstan vətəndaşlığı ala biləcək. Bu, davam edən bir prosesdir. Gürcüstan hökuməti 2010-cu ildə repatriasiya edilmiş şəxslər üçün Gürcüstan vətəndaşlığının qəbul edilməsinə imkan verəcək prosesi asanlaşdırmağı nəzərdə tutan qanun qəbul edib və bizim repatriasiya üzrə xüsusi strategiyamız var, bu da bütün vətəndaşların bərabərliyi üzərində qurulub. 40-cı illərdə deportasiya edilmiş şəxslərə Gürcüstan vətəndaşlığının verilməsi məsələsi isə hazırda aidiyyəti olan orqanlar tərəfindən araşdırılır və hesab edirəm ki, yaxın zamanlarda bu haqda müsbət bir qərar qəbul olunacaq".

BMT baş katibi Tiflisə səfər edəcək

BMT baş katibi Pan Qi Mun 23-24 aprel tarixlərində Gürcüstana rəsmi səfər edəcək. "Dalğa TV"nin "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

"BMT baş katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəvəti ilə 23-24 aprel tarixlərində Tiflisə səfər edəcək. Pan Qi Mun Tiflisdən Ermənistana, daha Azərbaycana səfərini davam etdirəcək", deyə məlumatda bildirilir.

Gürcüstan XİN-i BMT baş katibinin 1994-cü ildən sonra ilk dəfə Tiflisə səfər edəcəyini bildirib. Səfər çərçivəsində ölkənin rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, 1994-cü ilin noyabrın 1-də BMT baş katibi Butros Butros Qali Tiflisə rəsmi səfər edib.

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

"Türkiyə bütün hallarda Azərbaycanın yanındadır".

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, görüşdə İlham Əliyev deyib ki, zirvə toplantısında iştirakçıların sayının çox olması Türkiyənin dünyadakı yeri və təsirinin yüksək olduğunu göstərir.

Əhməd Davudoğlu son günlər Dağlıq Qarabağda təmas xəttində şəhid olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

"Türkiyə bütün hallarda Azərbaycanın yanındadır", - deyə Ə.Davudoğlu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev dəstəyinə görə Türkiyəyə təşəkkürünü bildirib.

Saakaşvili Poroşenkoya ultimatum verdi

"Biz gözləməkdən yorulmuşuq".

Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkodan “təcili və əsaslı islahatlara” başlamasını tələb edib.

"Dalğa TV" xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

“Biz gözləməkdən və boş vədlər eşitməkdən yorulmuşuq. Hələlik ki, köhnə korrupsiyaya uğramış sistem addımbaaddım revanş götürür”, - o vurğulayıb.

Əsasən Saakaşvili “xalq etimadına əsaslanan, müqavilələr olmadan, ukraynalıların etibar edə biləcəkləri hökuməti formalaşdırmaq lazımdır” deyə bəyan edib.

Qubernator, həmçinin Odessa vilayətinin baş prokuroru Nikolay Stoyanovun işdən çıxarılmasını tələb edib, o, prokuroru “separatçı və oliqarxların quyruq qulu” adlandırıb.

Eləcə də Odessanın meri Genadi Truxanova qarşı da cinayət işinin açılmasını tələb edib, şəhər rəhbərini də separatçı adlandıran Saakaşvili Truxanovun ofşor müəssisələr sahibi olduğunu və Rusiya vətəndaşlığının olduğunu bəyan edib.

Bundan başqa, qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Fiksal Xidmətinin rəhbərlərinin də tutduqları vəzifədən azad edilmələrini tələb edib. Onun fikrincə, onlar “Ukrayna xalqının mənfəəti üçün işləmirlər, aşkar quldurluqla məşğul olurlar”.

“Biz daha gözləmək niyyətində deyilik, biz bu sistemi ya bu hakimiyyət ilə, ya da onsuz dəyişəcəyik!”, - Saakaşvili sözünü yekunlaşdırıb.

Saakaşvili: Bir kərə yüksələn bayraq, bir daha enməz

Gürcüstanın keçmiş prezidenti Azərbaycanı dəstəkləyib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən Azərbaycana dəstək gəldi.

"Dalğa TV"nin məlumatına görə, M.Saakaşvili 2012-ci ildə Azərbaycan Milli Məclisində çıxışını öz Facebook səhifəsində yerləşdirməklə Azərbaycana dəstək nümayiş etdirib.

O, çıxışında Azərbaycan dilində “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyə Azərbaycanı dəstəkləyib.

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Kvirikaşvili hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın əvvəllərində Azərbaycana səfər edəcək.

"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

"Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq", - deyə səfir vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər