Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1971
DünənDünən4879
Bu həftəBu həftə21150
Bu ayBu ay16323
Bu günə qədərBu günə qədər8505215

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mehriban Əliyeva başsağlığı verdi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa prezidenti və xalqına başsağlığı verib.

AzNews.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransanın prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Generalın adamı özünü asdı - “MTN işi”

İki gün əvvəl Abşeron rayon Fatmayı kəndində intihar hadisəsi baş verib.

"Dalğa TV" aznews.az-a istinadən xəbər verir ki, Mehman Nadirov adlı şəxs özünü yaşadığı həyətdəki ağacdan asıb. Əsasən ev və torpaq alğı-satqısıyla məşğul olan M.Nadirovun ölüm səbəbləri barədə dəqiq məlumat olmasa da, bir neçə maraqlı versiya var.

Yaxın çevrəsindən bildirilir ki, onun canına qəsd etməsi aldığı mənzilləri sata bilmədiyindən külli miqdarda borca düşməsiylə bağlı olub.

Başqa bir versiyaya görə isə o, son günlər gündəmi zəbt edən MTN-dəki hadisələrlə bağlı intihar edib. Belə ki, məlumata görə, mərhumun Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovla yaxın münasibətləri var imiş. Bildirilir ki, Çovdarovun Abşerondakı bütün istixanalarına məhz o nəzarət edirmiş. Çovdarovun istintaqa cəlb edildiyi və ona yaxın şəxslərin həbs olunduğu barədə məlumatlar yayılandan sonra M.Nadirov təşvişə düşüb. Belə bir vaxtda onun intihara əl atması da çox güman ki, həmin məsələlərlə bağlı olub.

Xəbərlə bağlı AzNews.az-ın əməkdaşı Abşeron rayon Prokurorluğu və Abşeron Polis Şöbəsi ilə saxlayıb. Prokurorluqdan Mehman Nadirovun intihar etmə səbəbinin araşdırıldığı bildirilib: “Fatmeyi kəndində yaşayan Mehman Nadirov noyabrın 10-dan 11-ə keçən gecə intihar edib. Belə ki, Fatmeyi kəndində ev alğı-satqısı ilə məşğul olan Mehman Sadıqov yaşadığı ünvanda özünü asıb. Hazırda onun hansı səbəbdən özünü asması məsələsi araşdırılır. Ölüm faktı ilə bağlı artıq istintaq başlanılıb. Araşdırmalar yekunlaşdıqdan sonra ölüm səbəbi bilinəcək”.

Abşeron rayon Polis Şöbəsindən də Mehman Nadirovun hansı səbəbdən intihar etməsiylə bağlı məlumat verilməyib. Şöbədən ölüm səbəbinin araşdırıldığı və istintaqın hələ yekunlaşmadığı deyilib.

Saakaşvili vətəndaşlıqdan çıxarılır

Gürcüstanın Ədliyyə Nazirliyi eks prezident, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin ölkə vətəndaşlığından məhrum edilməsi barədə prezident Giorgi Marqveleşviliyə müraciət edib.

"Dalğa TV"nin məlumatına görə, Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış dekabrın ilk günlərində prezidentə təqdim ediləcək.

Bu barədə jurnalistlərə Gürcüstanın ədliyyə naziri Teya Çulukiani xəbər verib. Onun sözlərinə görə, Mixail Saakaşviliyə bu haqda məktub bir neçə gün öncə Odessada təqdim edilib. Çulukiani Gürcüstan vətəndaşının başqa ölkə vətəndaşı olduğu halda, vətəndaşlıqdan çıxarıldığını qeyd edib. Nazir Ukrayna pasportu alan Saakaşvilinin bu qanunla vətəndaşlıqdan məhrum olunacağını bildirib.

"Gürcü qanunvericiliyinə görə, bu andan etibarən onun öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərar qəbul edərək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik", – deyə Çulukiani bildirib.

1967-ci il dekabrın 21-də anadan olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktranturanı bitirib.

Sabiq dövlət rəhbəri siyasi fəaliyyətə 1995-ci ildə başlayıb. 2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub. 2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl "məxməri inqilabı" həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib.

Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail Saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb.

2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf edərək, müxalifətə keçdiyini elan edir.

İvanişvilin hakimiyyətə gəlişindən sonra demokrat Saakaşvilinin dövrü başa çatır. 2013- cu il oktyabrın ayında keçirilən seçkilərdən sonra Saakaşvili Gürcüstanı tərk etməli olur. Hazırda Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatorudur.

Əli Abbasov niyə vəzifəsindən azad edildi? - Dövlətə xəyanət

"Dalğa TV" xəbər verir ki, "azadinform"un əldə etdiyi məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib.

Məlumatda bildirilir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmayıb, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.

İlkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları"; da yaxından iştirak etmiş, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.

Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var.

Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.

Əldə etdiyimiz məlumata görə, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb.

Prezident daha bir naziri vəzifəsindən azad etdi - RƏSMİ

Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraqqərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Böyük Britaniya Azərbaycanı səfər etməyin təhlükəli olduğu ölkələr siyahısına daxil edib

Böyük Britaniya hökuməti səfər etməyin tamamilə təhlükəli və qismən təhlükəli olduğu ölkələrin siyahısını açıqlayıb.

"Dalğa TV" məlumatına görə, Azərbaycan "qismən təhlükəli" ölkələrin sırasına daxil edilib. Bu barədə Xarici Əlaqələr Ofisinin "Statista" portalı ilə birlikdə hazırladığı hesabatda deyilir. Hesabatda 18 dövlət səfər etməyin tamamilə təhlükəli olduğu, 45 dövlət isə səfər etməyin qismən təhlükəli olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna və İsrailin adı səfər etməyin qismən təhlükəli olduğu ölkələr sırasındadır. Səfər etməyin tamamilə təhlükəli olduğu ölkələr əsasən Afrika ölkələridir. Bu siyahıya Asiyadan Fələstin, Əfqanıstan, İraq, Yəmən də daxil edilib.

“Saakaşvili-Marqvelaşvili telefon söhbətinin yazısı tezliklə yayılacaq”

"Saakaşvili-Marqvelaşvili telefon söhbətinin audio yazıları tezliklə dərc olunacaq", - bu başlıqla məqaləni "Praymtaim" qəzeti yayır.

"Dalğa TV" xəbər verir ki, məqalənin müəllifinin yazdığına əsasən, pərdə arxası olaraq məlumat yayılır ki, tezliklə "Ukrayna vikiliksində" Qiorqi Marqvelaşvili və Mixeil Saakaşvilinin gizli telefon yazılarının yükləndirilməsi baş verəcək.

Məlumata əsasən telefon söhbəti keçmiş yüksək vəzifəlilərin əhv edilməsi və gözlənilən vətəndaş qarşıdurması haqqında olub. Saakaşvili-Marqvelaşvilinin gizli telefon yazılarının sayta yerləşdirilməsini "Mövqe" təşkilatının sədri Quram Adamaşvili də istisna etmir. Onun dediyinə əsasən belə söhbətlər haqqında məlumat ona da məlumdur.

"Saytda Qiorqi Marqvelaşvili və Mixeil Saakaşvilinin söhbətinin yazılarının da yüklənməsini istisna etmirəm. Belə ki, bunun haqqında bizim də müəyyən məlumatlarımız var. Prezidentin son dövrdəki bəyanatları da aydın şəkildə göstərir ki, "Milli Hərəkat" lideri və Saakaşvili arasında müəyyən sövdələşmə və kohabitasiya var.
Bu məlumatı mən də eşitmişəm. Lakin təsdiq edə bilmərəm ki, bu həqiqətən də düzgün məlumatdır. Ancaq heç təccüblənməyəcəyik və belə bir yazıların mövcudluğu məntiqlidir də", - bildirib Adamaşvili.

Əhməd Davudoğlu Azərbaycana səfər edəcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

"Dalğa TV"nin "Bugün" qəzetinə istinadən verdiyi məlumata görə, seçkilərdə qələbə qazanan Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İcra Şurasının bu gün seçki sonrası ilk iclası keçiriləcək. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə olduğu kimi, Əhməd Davudoğlu partiyasının ən çox səs aldığı vilayətlərə təşəkkür səfəri edəcək. Sonra o, ilk xarici səfərini bir günlük Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca Azərbaycana və İraqa gerçəkləşdirəcək.

Gürcüstanın xarici işlər naziri: "Azərbaycan prezidentinin səfərinin nəticələrini yüksək qiymətləndirirəm“

"Bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir"

"Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycanın dövlət başçısının Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm".

"Dalğa TV"nin verdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük rəsmi səfəri mehriban dostluq şəraitində keçib: "Görüşlərdə strateji tərəfdaşlığımızın daha da genişləndirilməsi məsələləri, münasibətlərimizin inkişafı ilə bağlı konkret təkliflər müzakirə olunub. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir".

Nazir onu da qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Lakin o, görüşün konkret vaxtını açıqlamayıb.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır - Prezident İlham Əliyev

“Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər”. Modern.az saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edərkən bildirib.

Prezident daha sonra vurğulayıb ki, biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.

MTN-in daha bir yüksək rütbəli əməkdaşı saxlandı

Milli Təhlükəsizlik Nazirliyinin daha bir məsul əməkdaşı saxlanılıb.

"Dalğa TV" Trend-ə istinadən xəbər verir ki, MTN-nin Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov daxil olan şikayətlər əsasında Baş Prokurorluq tərəfindən saxlanılıb.

Hazırda araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıq qısa zamanda aradan qaldırılıb

Ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

Saytda Axtarış

Son xəbərlər