Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2146
DünənDünən4879
Bu həftəBu həftə21325
Bu ayBu ay16498
Bu günə qədərBu günə qədər8505390

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Devid Kemeron: “Aİ həddindən artıq müdaxilə edir”

Böyük Britaniyanın baş naziri Devid Kemeron Avropa İttifaqının yürütdüyü siyasətdən narazılığını ifadə edib.

Euronewsun məlumatına görə Mançesterdə hakim Mühafizəkarlar partiyasının illik konfransında çıxış edən baş nazir adıçəkilən təşkilatın həddindən artıq böyük olduğunu bəyan edib. Biz artıq Avropa İttifaqının probleminin nədən ibarət olduğunu bilirik. O, həddindən artıq böyükdür və həddindən artıq müdaxilə edir, deyə Devid Kemeron bildirib. Hökumət başçısı Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün şərtləri ilə bağlı danışıqlarda ölkəsinin mövqeyini qətiyyətlə müdafiə edəcəyini bəyan edib.

Ərdoğandan Rusiyaya sərt MESAJLAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yaponiyaya səfər etməzdən qabaq jurnalistlərə açıqlamalar verib.

"Dalğa TV" Türkiyə KİV-nə istİnadən xəbər verir ki, Ərdoğan Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasına sərt reaksiya verib:
Vəziyyət aydındır: Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulması deməkdir. Qeyd etməliyəm ki, Rusiyanın bu məsələ ilə bağlı izahatı inandırıcı deyil .

Ərdoğan Türkiyənin Rusiyadan qaz alan əsas ölkə olduğnuu vurğulayaraq, münasibətlərin pisləşəcəyi halda Rusiyadan qaz alışı barədə qərara yenidən baxa biləcəklərini deyib:

Biz Rusiyadan qaz alan əsas ölkəyik. Türkiyəni itirmək Rusiya üçün ciddi zərbə olacaq. Ehtiyac olarsa, biz qazı başqa yerlərdən də ala bilərik .

Rəcəb Tayyip Ərdoğan Rusiya şirkətləri tərəfindən inşa olunacaq Akkaya Atom Elektrik Stansiyasının da başqa ölkələr tərəfindən inşa olunmasına baxa biləcəklərini vurğulayıb.

Sentybarın 30-dan başlayaraq Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.

Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayır

Azərbaycanda öz bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin keçiriləcəyi vaxt açıqlanıb. 

 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Eldar İsmayılov sədrlik edəcək. 

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.

Ukraynada Azərbaycan diaspor liderlərini erməni diaspor fəallarının öldürdüyü məlum olub

Qatillərdən Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıb

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi, bir müddət əvvəl itkin düşmüş, sonradan isə öldürüldüyü məlum olan digər diaspor fəalı Təbriz Ələkbərovun ermənilər tərəfindən qətlə yetirildiyi məlum olub.

"Dalğa TV"nin məlumatına görə, həmin şəxslər milis tərəfindən saxlanılıb. Saxlanılanlar digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun da işgəncə ilə öldürülməsində şübhəli bilinirlər.

V. Nuruşovun qardaşı, vilayət Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov APA-ya bildirib ki, Xerson milisi tərəfindən saxlanılan ermənilər Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Sergey Razmikoviç, digəri isə Ukrayna vətəndaşı Montiyan Xaçik Stepanoviçdir.

V. Nuruşovun sözlərinə görə, Xerson milisindən hadisə ilə bağlı erməni millətindən olan daha bir neçə şəxsin axtarışının davam etidiyni bildiriblər: "Milisdən dedilər ki, tutulan ermənilər İlham Tağıyevi sifarişlə öldürdüklərini etiraf etsələr də, sifarişçinin adını hələlik istintaqa açıqlamayıblar. Qardaşımı öldürdüklərini isə boyunlarına alıblar. Guya qətl mübahisə zəminində baş verib. Amma yalan deyirlər, izi azdırmaq istəyirlər. Çünki Xersonda hamıya məlumdur ki, qardaşımla istefada olan general, erməni iş adamı Luqasyan arasında etnik zəmində ədavət olub və həmin şəxs qardaşımı hədələyib. Tutulan bu ermənilər də həmin erməni iş adamına bağlıdırlar. Bu bağlılığı istintaq zamanı özləri də gizlətməyiblər”.

İ. Nuruşov onu da əlavə edib ki, tutulan ermənilərin Ukraynada erməni diasporunun fəallarından olduqları bildirilir.

Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb.

Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxmışdı. Az sonra onun da meyiti tapılıb.

Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub

Təqiblərə görə Azərbaycana qaçmış Vaan Martirosyanın anasını İrəvanda maşın vurub

"Dalğa TV"nin "news.am" saytına istinadən verdiyi xəbərə görə, Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub.

Bud sümüyünün sınığı ilə "Erebuni" xəstəxanasına yerləşdirilən qadın hazırda palatadadır.

Müayinədən sonra əməliyyata ehtiyac olub-olmadığı məlum olacaq.

Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

 

BMT-də rüşvət - həbs olunan var

BMT Baş Assambleyasının sabiq sədri və Antiqua və Barbuda dövlətinin BMT-dəki sabiq daimi nümayəndəsi Con Aşe ABŞ-da həbs olunub.

ABŞ Aşenin çinli əmlak şirkətlərindən 2011-2014-cü illərdə ümumilikdə 1,3 milyon dollar rüşvət aldığını aşkara çıxarıb.
Korrupsiya qalmaqalı ilə bağlı çinli iş adamı, Dominikan Respublikasının BMT-dəki keçmiş daimi nümayəndəsi Fransis Lorenzo başda olmaqla daha 5 nəfər saxlanılıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi keçiriləcək

Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Eternity-2015" Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, tədbirlərdə

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Prezident İlham Əliyev: "Ölkəmiz böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir"

Prezidenti İlham Əliyev Azərbaycan Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb.

"Dalğa TV"-nin AzərTAc-a istinadən məlumatına görə, prezidentin məktubunda deyilir:
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda sizi salamlayır və işinizdə uğurlar arzulayıram.
1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit edib. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olub.
Konstitusiyanın qüvvədə olduğu 20 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilib.
Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilib.
Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir.
Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Hörmətli konfrans iştirakçıları!
Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayır, xalqımızı Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibətilə təbrik edirəm.

Gürcüstan prezidenti Moskva ilə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümid edir

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Moskva ilə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümidvar olduğunu bildirib.

 

"Dalğa TV" -nin RİA Novostiyə istinadən verdiyi xəbərə g örə, bunu Georgi Marqvelaşvili Vaşinqtonun Vudro Vilson Mərkəzində çıxışı zamanı bildirib.

Rusiya-Gürcüstan münasibətləri qarşılıqlı maraqlar üzərində qurulmalıdır, konkret insanlar üçün müsbət nəticələrə səbəb olacaq qərarlar qəbul olunmalıdır , deyə Marqvelaşvili bildirib.

O rəsmi Tiflisin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bir çox sanksiyaları dəstəklədiyini etiraf edib, lakin Rusiya ilə gələcəkdə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümid etdiyini bildirib.

Elmar Məmmədyarov BMT tribunasından müharibə anonsu verdi

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir.

Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Azərbaycan XİN-dən Modern.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, ötən yetmiş il ərzində Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi qətiyyətli şəkildə təsis edilib. Birləşmiş Millətlər Təşkilatının sürətlə dəyişən beynəlxalq mühitə sabit uyğunlaşma vasitəsilə cavab vermək imkanı diqqətəlayiqdir. Bu, bizə Təşkilatın üzləşdiyi problemlərin öhdəsindən gələcəyinə dair əminlik verir.

Azərbaycan terrorizm, şiddətli ekstremizm və separatçılığın bütün forma və təzahürlərini qınayır. Dövlətlərarası münasibətləri ehtiva edən silahlı münaqişələr və ya siyasi böhranlar zamanı beynəlxalq hüquq və hüquqi nizama, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyi kimi fundamental normalarla uyğun gəlməyən həll yolu qəbuledilməzdir.

Cari hadisələri nəzərə alaraq, Yaxın Şərq və Afrikadakı silahlı münaqişələrdən qaynaqlanan qaçqın böhranı ilə bağlı dərin narahatlığımızı ifadə etmək istərdim. Biz eyni dərəcədə dini dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə əlaqələndirmək cəhdləri kimi hallardan da narahatıq.

Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanaraq BMT-nin fəaliyyətlərinə konkret töhfələr verməkdədir. Mənim ölkəm 15 ildən artıq müddət ərzində BMT-nin mandatı əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Biz hazırda Azərbaycanda təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı əməliyyatlarına dəstək verməkdə maraqlıyıq.

Minilliyin İnkişaf Məqsədləri (MİM) bütün dünyada inkişafın təşviqində mühüm rol oynayır. Bu baxımdan, Davamlı İnkişaf Məqsədlərinin sülh, rifah və inkişafa nail olunma üzrə qlobal səylərdə effektiv alət olacağına əminik.

Azərbaycan ötən illər ərzində bir çox MİM hədəfləri, xüsusilə kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə nəzərəçarpacaq nailiyyətlər əldə etmişdir. Davamlı inkişaf məqsədlərini nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda özünün milli davamlı inkişaf strategiyasını işləyib hazırlamaqdadır. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə Cənub-Cənub Mükafatına layiq görülmüşdür.

Regionun bir çox ölkələrinin üzləşdiyi qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 2015-ci ilin birinci yarısında 5,7%-lik iqtisadi artım nümayiş etdirmişdir ki, qeyri-neft sektorundakı artım 9,2%-ə bərabər olmuşdur.

Azərbaycan dünya bazarında enerji infrastrukturu layihələri üzrə mühüm iştirakçıya çevrilmişdir. Bu sıraya Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirəcək TAP və TANAP layihələrinin inşası və Cənub Qaz Dəhlizi daxildir.

Azərbaycan eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars kimi strateji nəqliyyat infrastrukturu şəbəkəsinin təşəbbüskarıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Portu qədim İpək Yolunun canlandırılması ilə Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan yaradacaqdır.

Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını inkişafın aparıcı qüvvəsi hesab edir və BMT çərçivəsində Avrasiyanın dənizə çıxışı olmayan ölkələri, o cümlədən Əfqanıstan və Mərkəzi Asiya üçün əlçatan və etibarlı genişzolaqlı qoşulma imkanını təmin etmək üçün işlənib hazırlanmış Trans-Avrasiya İnformasiya Magistralının (TASIM) təşəbbüskarı olmuşdur.

Azərbaycan insan məsələləri ölçüsündə insanlar arasında dözümlülüyü, multikulturalizmin və anlaşmanı təşviq etməyi davam etdirir. Biz 50 ölkədən olan 6000 idmançının iştirakı ilə Avropa qitəsinin tarixində İlk Avropa Oyunlarının bu il Bakı şəhərində keçirilməsindən və Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyindən şərəf hissi keçiririk. Biz Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakı şəhərində 7-ci Ümumdünya Forumunu keçirməyi planlaşdırır və bu tədbirin praktiki nəticələrinə ümid edirik.

Dünən Ermənistan prezidenti ümumi müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd edib. Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır.

Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etmişdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq etmiş və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirmişlər.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit etmişdir. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi hüququnun ifadə olunmasına imkan vermir.

26 sentyabr 2015-ci il tarixində Ermənistan Prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat vermişdir. Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir.

Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyildir. Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir.

Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcəkdir.

Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər.

Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Azərbaycan BMT üzv dövlətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və onun suverenliyi və ərazi bütövlüyünə aid olan məsələlər üzrə dəfələrlə göstərdiyi prinsipial mövqeyi yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə etmək istiqamətində qətiyyətli mövqeyinə, eləcə də, onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik.

​Prezident İlham Əliyev Sankt-Peterburqun qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dalğa TV-nin xəbərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev qubernator Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin Sankt-Peterburq şəhəri ilə gələcək əməkdaşlığın möhkəmləndirilməsi və bütövlükdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Dövlət başçıları, nazirlər və digər səviyyələrdə qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu cür müsbət əlaqələr fonunda regional əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu deyib. Bu günlərdə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumuna toxunan dövlət başçısı bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayaraq Forumun regionların əməkdaşlığı ilə yanaşı, iqtisadi layihələrin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Rusiyanın Sankt-Peterburq şəhəri arasında əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko doğulduğu və onun üçün doğma olan Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının ölkəsində böyük maraqla izlənildiyini deyən qubernator şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirə hazırlığın yüksək səviyyədə və keyfiyyətlə həyata keçirilməsinin mümkün olduğunu deyib. Sankt-Peterburq şəhəri ilə əməkdaşlıq məsələsinə toxunan Georgi Poltavçenko bu əməkdaşlığın ənənəvi olaraq həmişə səmimi münasibətlərə əsaslandığını qeyd edib. Özündən əvvəlki qubernator Valentina Matviyenkonun bu əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Georgi Poltavçenko əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. O, Sankt-Peterburq şəhərinin Azərbaycan ilə iqtisadi, ticarət və digər sahələrlə yanaşı, gəmiqayırma sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-də Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Səfər oktyabrın 7-dək davam edəcək.

Saytda Axtarış

Son xəbərlər