Dalga Televiziyasi NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün508
DünənDünən3331
Bu həftəBu həftə9940
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466539

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağırıb .

"Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmək çox vacibdir. Gürcüstan sərhədlərinin dünya tərəfindən tanıdıldığı suveren dövlətdir. Onun öz gələcəyini, təhlükəsizliyin təmin olunması üçün tədbirləri müəyyən etmək hüququ var", deyə NATO-nun baş katibi qeyd edib.

Onun sözlərinə görə, Rusiya indiyədək Gürcüstanın sərhədlərini pozmaqda davam edir. "NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağırır", deyə baş katib bildirib.

"NATO Uelsdəki sammit zamanı Gürcüstana böyük yardım paketinin ayıracağını vəd etmişdi və biz sözümüzə əməl edirik", deyə baş katib bildirib və Gürcüstanın da öz öhdəliklərinə əməl edərək islahatlar layihəsini davam etdiyini bildirib. Yens Stoltenberq Gürcüstan-NATO əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləməkdə davam edəcəyini bildirib.

Saytda Axtarış

Son xəbərlər