Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün299
DünənDünən1595
Bu həftəBu həftə6101
Bu ayBu ay50800
Bu günə qədərBu günə qədər7421274

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Leyla Əliyeva məscidin açılışında

alt

Bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Qeyd edək ki, məscid 1893-cü ildən fəaliyyət göstərsə də, burda indiyədək əsaslı təmir işləri aparılmayıb. Yenidənqurma işləri ötən ilin fevralında başlanıb, hazırda məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi mümkündür. Burda 180 nəfərlik mərasim zalı yaradılıb, minarə tikilib, mədrəsə yaradılıb. 

 

Tiflisdə azərbaycanlı və gürcü gənclər forum keçirilib

Gürcüstan Gənclər və İdman Nazirliyində gürcü və azərbaycanlı gənclərin forumu keçirilib.

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə departamentinin rəisi Vaxtanq Asanidze, Marneuli Gənclər Mərkəzi idarə heyətinin üzvü Zaur Darğallı çıxış ediblər.

Tədbirdə nazirliyin gənclərlə bağlı hazırladığı 12 layihənin təqdimatı keçirilib. Gənclər və idman naziri Levan Kipiani gürcü və azərbaycanlı gənclərin görüşünü təşkil etdiyinə görə baş nazirin köməkçisi Savalan Mirzəyevə minnətdarlığını bildirib və forumun vacib olduğunu vurğulayıb: “Bizə çox şərəfdir ki, iki xalqın, iki ölkənin gəncləri bir araya gəliblər. Hər iki ölkə gənclərinin görüşü bizi qürurlandırır. Biz gələcəkdə hər iki ölkənin Gənclər və İdman Nazirliyi ilə birgə bir çox maraqlı layihələr həyata keçirəcəyik. Biz eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı layihələrə də start verəcəyik. Gürcüstan və Azərbaycan arasında illərdən bəri inkişaf edib möhkəmlənən tarixi dostluğumuz daha da inkişaf edəcək. Fürsətdən istifadə edib Azərbaycan gəncliyinin Yeni ilini təbrik edir, onlara sağlamlıq və xoşbəxtlik arzulayıram”.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında Gürcüstan və Azərbaycan strateji dostluğunun vacib və əhəmiyyətli olduğunu bildirib: “Azərbaycan və Gürcüstan sovet rejimindən çıxıb və bu strateji dostluq bizim üçün vacibdir. Biz ölkələrimizin inkişaf perspektivlərindən səmərəli istifadə etməliyik. Bizə eyni zamanda sovet dönəmindən konfliktlər miras qalıb və bu da mənfi haldır. Ümidvaram ki, gələcək nəsil bu  problemlərin həllində iştirak edəcək. Müasir gənclik azaddır və onlar öz ölkələrinin inkişafına töhfələr verirlər. Gürcüstanda milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası üçün çox işlər görülür. Biz eyni zamanda Xəzər və Qara Dəniz hövzəsinin resurslarından Avropaya və Avroatlantik məkana inteqrasiya üçün istifadə edəcəyik”.

Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev hər iki ölkə gənclərinin bir araya gəlməsini Azərbaycan və Gürcüstanda demokratiyanın inkişafının göstəricisi kimi qiymətləndirib: “Gürcüstanda hakimiyyət şəffafdır və bu tədbirdə iştirak edən nazirlərimiz bütün suallara cavab verməyə hazırdır. Gürcüstan hakimiyyəti milli azlıqların ölkənin tamhüquqlu vətəndaşı olması üçün hər şeyi edir. Etnik azlıqlar bilməlidir ki, Gürcüstanda demokratiya qurulur və bu demokratiyanın qurulmasında bizim də əməyimiz var”.

S.Mirzəyev 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə azərbaycanlıları təbrik edib.

 

alt

Sonda gənclər M.F.Axundzadənin ev muzeyində olub və Gürcüstan paytaxtının bir çox tarixi yerlərinə baxıblar.

İlham Əliyev “Dədə Qorqud” filminə pul ayırdı - 1 milyon

alt

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin


Prezident İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb.
 Sərəncamda Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində “Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynadığı bildirilir. “Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud” ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə “Dədə Qorqud” boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmişdir”.

Sərəncamda bildirilir ki, “Dədə Qorqud” dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin.

“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılıb.

Mayda İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

alt

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın «Mehr» xəbər agentliyinin qonağı olub və bir sıra sualları cavablandırıb.


APA-nın məlumatına görə, C.Axundov bildirib ki, UNESCO tərəfindən Azərbaycan adına qeyri-maddi mədəni irsi siyahısına salınmış tar bir növ azərbaycanlı sənətkarların böyük dəyişiklik etdiyi musiqi alətidir: «Azərbaycanlı tarzən və bəstəkar Sadıqcan (Mirzə Sadıq) uzun müddət tar musiqi aləti üzərində iş və islahatlar aparıb. Belə ki, Qarabağ bölgəsinin Şuşa şəhərində yaşamış bu sənətkar simlərin sayını 5-dən 11-dək artırıb. Biz də bu musiqi alətini UNESCO-da qeydiyyatdan keçirmişik».

Onun sözlərinə görə, İranın çox zəngin mədəniyyəti var: «Bu ölkə minlərlə əsərini UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydiyyatdan keçirə bilər. Məsələn, İran Kirman, İsfahan, Nain və Kaşanın xalçatoxuma metodlarını, İsfahanın şəhərsalma sistemlərini, İsfahan, Yəzd, Bəm və s. şəhərlərin memarlıq üslublarını UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydə aldıra bilər».

C.Axundov həmçinin deyib ki, Azərbaycanın İranda 4 ildir səfiri işləyir: «Bu müddət ərzində İranda Azərbaycan, Azərbaycanda İran mədəniyyət həftələrini keçirmişik. Gələn ilin may ayının ortalarında da İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək».

Eyni zamanda səfir İran telekanallarının Azərbaycan kinoları və seriallarına biganəliyindən də danışıb: «Azərbaycan telekanallarında rejissoru Kamal Təbrizi olduğu «Şəhriyar» seriyalı yayımlanır. Yəni, biz İran seriyallarını yayımlasaq da, ancaq burada Azərbaycan kinoları və seriyallarına nə üçün laqeyd yanaşıldığı tənqid olunmalıdır. Biz ortaq mədəniyyətə malik olduğumuzdan onu gücləndirməliyik».

Tbilisidəki Azərbaycan mədəniyyət muzeyinin direktoru ilin mədəniyyət işçisi adına layiq görülüb

alt “Əsrin ziyalıları” ictimai-siyasi birliyi Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanı ilin mədəniyyət işçisi adına layiq görüb.“Əsrin ziyalıları” ictimai-siyasi birliyinin üzvü Qüdrət Kazımova mükafatı təqdim edib. O qeyd edib ki, Leyla Əliyeva qısa vaxt ərzində muzeydə yaradılmış səliqə-sahmana, yüksək təşkilati işlərə və Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə barəsində müxtəlif maraqlı sənədlərin toplanmasında xidmətlərinə görə bu ada layiq görülüb.Tədbirdə iştirak edən Xəzər Universitetinin professoru Əli Hüseynov, alim Vaxtanq Toradze, fəlsəfə elmləri doktoru Raisa Robakidze və başqaları birliyin çox layiqli seçim etdiyini vurğulayıblar.

Sonda Leyla Əliyeva əməyinə verilən qiymətə görə minnətdarlıq edib, muzeyin Azərbaycan və gürcü xalqlarının dostluq mərkəzinə çevrilməsi, Gürcüstanda böyük mütəfəkkir M.F.Axundzadənin adının əbədiyaşar olması üçün bundan sonra da var gücünü sərf edəcəyini bildirib.

 

Tbilisidə seminar keçirilir

alt

Gürcüstan paytaxtında “Mərkəzi Asiya və Qafqaz regionunda bioloji təhlükəsizliyin sabitliyi” mövzusunda seminar başlayıb.

Böyük Britaniyanın Bioloji Təhlükəsizlik Assosiasiyasının Beynəlxalq Federasiyasının dəstəyi ilə keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Ermənistandan gələn nümayəndə heyətləri iştirak edir. Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Faiq Ramazanov təmsil edir.

Seminarın birinci günü bir çox məsələlər müzakirə edilib və əldə edilən təcrübələr barədə fikir mübadiləsi aparılıb. Tədbirdə QHT-lərin bioloji təhlükəsizlik sahəsində rolunun artırılması, laboratoriya xidmətinin yaxşılaşdırılması, dövlətin siyasətində bioloji təhlükəsizlik məsələlərinə önəm verilməsi, əhali arasında bioloji təhlükəsizlik barədə təbliğat aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Faiq Ramazanov jurnalistlərə açıqlamasında seminarda Kür çayının Gürcüstan hissəsinin çirklənməsi məsələsini qaldırdığını bildirib: “Çaya axıdılan çirkab sular xəstəliklərə səbəb olur”. F.Ramazanov Ermənistandan Azərbaycana axan çayların da çirkləndiyini, bu sulara insan həyatı üçün təhlükəli olan kimyəvi tullantılar töküldüyünü də bildirib.

Böyük Britaniyanın Bioloji Təhlükəsizlik Assosiasiyasının Beynəlxalq Federasiyasının vitse-prezidenti, Tiflis Aqrar Universitetinin professoru Leila Bakamidze Kür çayına axıdılan çirkab suların axıdılmasına münasibət bildirib: “Tədbirin əhəmiyyəti böyükdür. Kür çayına çirkab suların axıdılması məsələsi keçən il Qazaxıstanda keçirilən tədbirdə də qaldırılıb. Bu gün də Azərbaycan nümayəndəsi bu vacib məsələni qaldırdı. Ona görə də biz çalışacağıq ki, bizə qonşu olan Azərbaycana Kür çayı vasitəsilə axıdılan çirkab tullantılarının qarşısını alaq”.

Tədbir 4 gün davam edəcək.

Bakıda "Qorxma, mən səninləyəm. 1919" bədii filminin təqdimatı keçirilib

altBu gün Heydər Əliyev Sarayında "Qorxma, mən səninləyəm. 1919" bədii filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.

Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

"Qorxma, mən səninləyəm. 1919" filmində Polad Bülbüloğlu, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də yerli aktyorlardan Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov çəkilib.

Filmin yaradıcı heyətində Rusiya tərəfini təmsil edən bir qrup aktyor təqdimat mərasimində iştirak edib. Rejissor Yuli Qusman film haqqında fikirlərini bölüşüb: “Filmin birinci hissəsinin çəkilişindən 32 il ötür. Çəkilişlər 6 regionda olub. Hər yerdə bizi mehriban qarşıladılar. Bu film iki ölkənin dostluğunu tərənnüm edir. Filmdə siz bir çox tanış simalar görəcəksiniz”.

Filmin bəstəkarı, baş rollardan birinin ifaçısı Polad Bülbüloğlu isə bildirib ki, yeni ekran əsərinə diqqət böyükdür: “Bu filmə həm Azərbaycanda həm də Rusiyada maraq böyükdür. Məqalələr yazılır, insanlar maraqlanır, təqdimat günün gözləyirdilər. İstərdik ki, budəfəki film də uğur qazansın, məşhur olsun”.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim edib.

Qeyd edək ki, film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsal olunub.

Heydər Əliyev Mərkəzində ABŞ-ın “Kosmosa səyahət” sərgisinin dünya premyerası keçiriləcəkdir

altNoyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı olacaqdır.
Mərkəzdən AzərTAc-a verilən məlumata görə, fəzanın fəth tarixini - insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən bu sərgi Heydər Əliyev Mərkəzində 3500 kvadratmetr sahədə təşkil ediləcəkdir. Sərgidə yüzədək eksponat nümayiş olunacaqdır. Bunların sırasında kosmik stansiyalar, kosmosa gedib gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. vardır.
Burada uşaqdan böyüyədək hər bir ziyarətçinin kosmosa qiyabi səyahət imkanı olacaqdır. Sərgidəki 6 fərqli simulyator vasitəsilə izləyicilər özlərini qısa müddətdə də olsa “fəza”da kosmonavt kimi hiss edə biləcəklər.
İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olacaqdır. Ziyarətçilər burada Azərbaycanın ilk süni peykinə dair məlumatlar, maketlər barədə informasiya əldə edə biləcəklər.

Dövlət Bayrağı Günü Gəncədə də təntənə ilə qeyd edilmişdir

altDövlət Bayrağı Günü Gəncədə də təntənə ilə qeyd edilmişdir. Səhər tezdən Bayraq Meydanına toplaşan şəhər sakinləri burada dalğalanan, müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissləri ilə seyr etmişlər.
AzərTAc xəbər verir ki, Dövlət himni səsləndirildikdən sonra meydan əsgərlərə və məktəblilərə verilmişdir. Hərbçilər Azərbaycan bayrağını çiyinlərində meydandan keçirdikdən sonra məktəblilər marş sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısına çıxmışlar.
Sonra bayram tədbiri Bayraq Meydanında davam etdirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdır. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanmışdır. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan E.Vəliyev qeyd etmişdir ki, dünyada ən hündür bayraq dirəyi məhz Azərbaycanda, Bakıda ucaldılmış, bayraq muzeyi yaradılmışdır.
Sonra şəhərin musiqi kollektivləri Vətənə, müstəqilliyə həsr olunmuş xüsusi proqramla tədbir iştirakçıları qarşısında çıxış etmişlər.

İsraildə əslən Azərbaycandan olan rəssamların sərgisi böyük müvəffəqiyyətlə keçirilmişdir

İsraildə əslən Azərbaycandan olan israilli rəssamların Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı ilə keçirilmiş sərgisi başa çatmışdır.
“Azİz” Assosiasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, rəssamların Afula şəhərinin Mədəniyyət Sarayında təşkil edilmiş sərgisi Azərbaycanın müstəqilliyinə həsr olunmuş və İsraildə Azərbaycan Günləri çərçivəsində keçirilmişdir. Sərgini ilk görənlər Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş təntənəli konsertin iştirakçıları olmuşlar.
İstedadlı rəssamların sevgi dolu işləri ifadəliliyi və gözəlliyi ilə sənət xiridarlarının diqqətini cəlb etmişdir.
Sərgidəki bütün əsərləri xüsusi Şərq hərarəti və hazırda İsrail vətəndaşı olan, doğulduqları torpağa, Azərbaycan torpağına bağlılıqlarını itirməyən insanların bakılılara xas olan bənzərsiz səmimiyyəti birləşdirmişdir. İsrailin şimalında məskunlaşmış Boris Salkoviçin işlərində təsvir olunan İçərişəhərin dar küçələri, eləcə də onun “Narlar” və “Qız qalası” əsərləri çoxsaylı tamaşaçıların diqqətini cəlb etmişdir. Rəssam Larisa Şaturanın “Lalələr”i təkrarsız təsirə malik zərifliyi ilə tamaşaçıları cəlb etmişdir. Rəssam Ninel Şaxovanın “Yasəmənlər” və nikbin bahar romantizmi ilə dolu digər işləri əsrarəngiz ahəng yaratmışdır.

Tbilisidə fəaliyyət göstərən “Ceyran” folklor-rəqs ansamblının üzvü Almaniyada keçiriləcək festivala dəvət alıb

altGürcüstanda fəaliyyət göstərən gənc azərbaycanlı oğlan və qızların üzv olduğu “Ceyran” folklor-rəqs ansamblının rəqqasəsi Naira Paşayeva Gürcü-Alman Klassik Musiqi Assosiasiyasının dəvəti ilə Almaniyaya dəvət alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Mədəniyyət Və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə muzeyin nəzdində fəaliyyət göstərən musiqi studiyasının üzvü və “Ceyran” folklor-qəqs ansamblının rəqqasəsi Naira Paşayeva Almaniyaya yola düşüb. İfaçı noyabrın 1-4-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək “Qızıl Klaviş” festivalında iştirak edəcək.

ARDNŞ-ın maliyyə dəstəyi ilə Almaniyaya yola düşən gənc rəqqasə APA-ya açıqlamasında Almaniyada keçiriləcək festivalda Azərbaycanın qədim rəqslərini nümayiş etdirəcəyini bildirib: “Çox sevinirəm ki, Almaniyada Gürcüstanı və Azərbaycanı təmsil edirəm. Bu tədbirdə “Sarı gəlin” və “Turacı” adlı Azərbaycan xalqının qədim rəqslərini ifa edəcəyəm. Bunun üçün ciddi hazırlaşmışam”.

Nobel mükafatı laureatı ATU-da olub

altBu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək III Bakı Beynəlxalq Humanitar Forumu haqqında fikirlərini bildirib.

Forumda tibb elmi sahəsinə aid önəmli sessiyanın keçirildiyini bildirən rektor toplantıda molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri barədə faydalı müzakirələrin aparıldığını söyləyib.

Ada Yonat isə Azərbaycanda bu cür təhsil ocaqlarının mövcudluğuna sevindiyini bildirib. Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Sonda Ada Yonata ATU-nun fəxri diplomu təqdim olunub.

Saytda Axtarış

Son xəbərlər