Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün44
DünənDünən1775
Bu həftəBu həftə5514
Bu ayBu ay54210
Bu günə qədərBu günə qədər7481544

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Qax teatrı Gürcüstana qastrola yola düşüb

alt

Qax Dövlət Kukla Teatrı mayın 3-dən 9-dək Gürcüstanın Marneuli rayonunda qastrolda olacaq.

Bu barədə AZƏRTAC-a teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, qastrol səfəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun həyata keçirilir.

Səfər zamanı teatrın yaradıcı kollektivi Marneuli şəhərində və rayonun kəndlərində soydaşlarımıza Hilal Həsənovun əsəri əsasında hazırlanmış “Üç keçi balası və canavar” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Tamaşada əsas rolları teatrın aktyorları Zaur Paşazadə, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova ifa edəcək.

Gürcüstandan qayıtdıqdan sonra isə Qax teatrı mayın 12-dən 15-dək Balakən rayonunda qastrol səfərində olacaq.

Hazırda teatrda, eyni zamanda, Əli Səmədlinin “Artıq tamah baş yarar” tamaşası üzərində məşqlərə başlanılıb. Tamaşa iyunda balacalara təqdim olunacaq.

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

altTürkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək.


“Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.

Türkiyədə Qənirə Paşayevanın kitablarının təqdimatı keçirilib

alt

İstanbulda, Edition(Baku Plaza) otelində millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”) və “Aşk Başka” adlı kitablarının təqdimatı və imzalanması olub. Modern.az xəbər verir ki, Türkiyənin ünlü simalarının tanınmış sənətçilər Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış mediya rəhbərləri və televiziyaçılar Abbac Güclü, Güneri Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı, Mustafa Kara, Nurcan Sabur, Nurettin Soydan, Selim Bakal, böyük şair Cemal Safi, şairə Ayşə Birgül Yılmaz, böyük alim və tasavvuf araşdırmaçısı Cemalnur Sargut, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uygunlaşdıran yazar İmdat Afşar çıxış edib. Ondan sonra təqdimatın keçirilməsinin təşkilatçısı Palmali şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu öz fikirlərini söyləyib. “Aşk Başka” kitabının öz söz yazarı və kitabın hazırlanmasına rəhbərlik etmiş ustad şair Cemal Safi çıxış edib və Qənirə xanımla, kitabla bağlı öz düşüncələrini bölüşüb və sonda Qənirə xanıma həsr etdiyi şeirini oxuyub. Məhz “Aşk Başka” kitabı üçün Qənirə xanıma hədiyyə etdiyi və ilk dəfə oxuculara təqdim ediləcək “Miracımız Qarabağdır” şeirini oxumağı isə Qənirə Paşayevanın özündən xahiş edib.

Sonra Qənirə Paşayevanın “Allah, seven kalplerdedir” kitabının ön söz yazarı və Qənirə xanımın dostu Cemalnur Sargut çıxış edərək həm kitab həm də Qənirə xanımla dostluqlarının tarixindən danışıb. Türkiyənin ən məhşur jurnalsitlərindən olan Abbas Güclü isə bildirib ki, Qənirə xanımın kitablarından əldə ediləcək bütün gəliri ata-anasız və ya ağır ailə vəziyyəti üzündən ali təhsil ala bilməyən qızların, özəlliklə hüquq təhsili almaq istəyən Azərbaycan və Türkiyədən olan qızlara bağışlaması önəmli addımdır və örnək bir addımdır. Bunun üçün millət vəkilinə təşəkkür edən Abbas Güclü kitabla, Qənirə xanımla dostluqları barədə fikirlərini də bölüşüb.

Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın çıxışından sonra tədbirin yekununda millət vəkili Qənirə Paşayeva çıxış edib.Bu cür gözəl tədbirin təşkili üçün Palmali ailəsinə,tədbirdə iştirak edən bütün dostlara və medya mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva 40 yaşımı bu kitablarla və sizinlə birlikdə qeyd etmək mənim üçün çox böyük sevinc və qürurdur deyən Qənirə Paşayeva ona hər zaman dəstək olan insanlara, həyatında böyük rol oynamış şəxsiyyətlərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara təşəkkür edib. Bizim ailəmiz zəngin deyildi amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından, Azərbaycanın Ümumumilli lideri Heydər Əliyevin həyatında oynadığı böyük roldan, Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın o da daxil olmaqla gənc qadınların ölkənin həyatındakı rolunu daha da artırmaq üçün böyük dəstəyindən danışaraq mən Allahdan heç zaman özüm üçün çox şey istəmədim hər zaman sadəcə mənə xeyrli bildiyini ver deyə dua etdim.

Amma 40 yaşımın tamam olduğu bu gün ondan bir çox şey istəyirəm. “Allahdan mənə bundan sonra ailəmə layiq övlad, müəllimlərimə layiq öyrənci, dostlarıma layiq dost, Vətənimə, millətimə, torpağımıza layiq övlad ola bilmək üçün daha çox güc versin. Və ən əsası şəhid dostlarımın yanına üzü ağ gedə bilməyi nəsib etsin. Torpaqlarımızı işğaldan azad edən gün onların qəbirləri üzərinə o gözəl torpaqlarımızdan gətirib səpəcəyimə söz vermişdim. Allahdan ən çox bunu arzulayıram. Bir gün belə bir tədbiri Şuşada keçirə bilməyimizi arzulayıram”.

Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda bütün qadınları 8 Mart Qadınlar bayramı münaisbəti ilə də təbrik edərək, qızları daha çox oxutmalı, onların toplumda rolunu daha da artırmalı, qadına şiddətə qarşı daha çox mübarizə aparmalıyıq deyib. Kitabları haqqında danışan Qənirə Paşayeva bu kitablar özünə yolçuluğa çıxan bir insanın kitabıdır və əgər oxucuların az da olsa xoşuna gələrcə mənim üçün böyük mutluluq olur deyib. Kitabdan əldə olunacaq bütün gəlirin Azərbaycandan və Türkiyədən olan qızların ali təhsil ala bilməsinə dəstək üçün bağışlandığını deyən Qənirə Paşayeva bir neçə qızımızın xəyallarını gerçəkləşdirməyə dəstək ola bilməkdən gözəl nə ola bilər deyib və həmin qızları gələcəkdə qadın haqları sahəsində fəal şəxslər kimi görmək istədiyini də deyib.

Tədibrdə Qənirə Paşayevanın yazılarından parçalar da səsləndirilib. Tədbirin sonunda Türkiyə Baralor Birliyinin üzvü vəkil Saide Ekmen təşkilat adından millət vəkili Qənirə Paşayeya plaket təqdim edib və bildirib ki, onun adına Tema Vaqfına 5 ağaç əkilərək bağışlanıb. Qənirə Paşayeva kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.

Heydər Əliyev Mərkəzində Gürcüstanın xalq artisti Vaxtanq Kikabidzenin konserti keçirilib

altDekabrın 20-də Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti keçirilib. Heydər Əliyev Mərkəzindən APA-ya verilən xəbərə görə, konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı bakılı tamaşaçılar qarşısında çıxışdan qürür duyduğunu bildirib.

Vaxtanq Kikabidze yaradıcılığının müxtəlif illərinin mahnılarını izləyicilərə onların tarixçələrini danışaraq təqdim edib. Şux zarafatlar, məzəli söhbətlərlə zalda şən ovqat yaradan ifaçının çıxışları alqışlarla qarşılanıb.

V. Kikabidzenin Bakı tamaşaçılarına təqdim etdiyi repertuarda onun məşhur “Mənim illərim - mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da olub. Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfə çıxış etdiyini vurğulayan sənətkar bu ilin yanvarında həmin səhnədə təqdim olunan “Vera məhəlləsinin musiqiləri” müziklinin əsas mahnısını yenidən ifa edib.

Canlı əfsanə səhnəni tanınmış gürcü müğənnisi Liza Baqrationi ilə bölüşüb. İlk dəfə Bakıda olan ifaçı buradakı gözəlliyə və xeyirxahlığa valeh olduğunu bildirib. O, tamaşaçılara iki mahnı təqdim edib.

Konsertin sonunda tamaşaçı alqışları ilə bir neçə dəfə səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, bakılıları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, sevgi və səadət arzulayib.

V.Kikabidze konsertdən öncə jurnalistlərə müsahibə verib və Bakını çox sevdiyini bildirib: “Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram-onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burada mənim çoxlu dostlarım var və tez-tez bir-birimizə qonaq gedirik”.

İlk dəfə Bakıya 40-50 il əvvəl gəldiyini söyləyən sənətkar son illər bu şəhərin çox gözəl və möhtəşəm olduğunu bildirib: “Mən unikal Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfədir çıxış edirəm və tamaşaçılara isti qəbul, sevgi və hörmətə görə minnətdarlığımı bildirirəm. Bu heyrətamiz bina məni yalnız memarlığı ilə deyil, həm də artistin uğurlu çıxışı üçün vacib əhəmiyyət daşıyan xoş aurası ilə valeh edib”.

Kəlağayı Tiflisdə nümayiş olundu

altGürcüstanın paytaxtında Beynəlxalq Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə “Qış sərgisi” adlı xeyriyyə yarmarkası keçirilib.

ANS TV-nin məlumatına görə, Tiflisdə fəaliyyət göstərən 23 xarici ölkənin diplomatik nümayəndəliklərinin qatıldığı yarmarkada iştirakçılar ölkələrini milli yeməkləri, məhsulları, eləcə də sənətkarlıq nümunələrilə tanıtmağa çalışıblar. Azərbaycanın bu ölkədəki səfirliyi də xeyriyyə məqsədilə yanaşı xarici vətəndaşların ölkəmizin mədəniyyəti, tarixi və mətbəxilə tanış ola bilmələri üçün ayrıca guşə yaradıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin ataşesi Samirə Ağayeva sərgidə UNESCO-nun bu yaxınlarda siyahıya saldığı Azərbaycan kəlağayılarını da burda nümayiş etdiririk: “Digər suvenirlərimiz vardır, həmçinin yeyinti məhsulları, Azərbaycan çayı, Azərbaycan şərabları, konyakları satışa çıxarılmışdır. Onu deyə bilərəm ki, stendimizə çox böyük maraq var”.

Bu maraq Azərbaycan mətbəxindən Şah plov və dolmanın, müxtəlif təlamların, soyuq qəlyanaltıların satışının təşkil olunduğu masada da hiss olunurdu.

Qonaq Tamuna Qurçaninin sözlərinə görə, Azərbaycan mətbəxini çox sevir: “İlk dəfə Bakıda dadmışam plovu. Bilmirdim ki, sizin mətbəxdə bu qədər çeşid var. Sərgiyə daxil olanda əvvəl bir şey yemək barədə düşünmürdüm. Amma plovu görəndən sonra mütləq yeyəcəm dedim”.

Yarmarkada iştirak edən ölkələr arasında milli geyimləri, adət-ənənələrilə türkdilli ölkələrin özünə daha çox diqqət çəkdiyini aydın görmək olurdu.

Türkiyəli iştirakçılar da öz ölkələrini bir sıra sənət nümunələrilə təmsil edirlər. Bunların arasında qonaqların ən çox diqqətini çəkən isə türklərin dili ilə desək yazı sənətidir.

Hər il təşkil olunan “Qış sərgisi”ndə müxtəlif ölkələrin diplomatlarını, Gürcüstan hakimiyyətinin rəsmilərini və iş adamlarını da görmək mümkündür. Məhsulların satışından əldə edilən vəsait isə xeyriyyə məqsədilə istifadə olunur.

Tbilisidə "Maydan" ssenarisi

altGürcüstan torpaqlarının Rusiyaya birləşdirilməsinə hakimiyyətin göz yummasına etiraz edən gürcülər kütləvi aksiya keçiriblər. Minlərlə aksiyaçı parlament qarşısına Abxaziyanın anneksiyasına etiraz olaraq toplaşmışdı.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, ötən həftə hökumətin istefalar dalğası ilə üzləşən Gürcüstan hakimiyyəti bu gün rusiyapərəst siyasətinə görə qınaq obyekti olub.

Tiflisin mərkəzi prospektlərindən olan Rustavellidə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb. Hazırda iştirakçılar mitinqin keçiriləcəyi köhnə parlament binasının qarşısına doğru hərəkət edirlər.

Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının keçirdiyi mitinqdə 10 minə yaxın insan iştirak edirdi. Etirazçılar Abxaziya və Cənubi Asetiya ərazilərinin Rusiyaya tam birləşdirilməsinə qarşı çıxırlar. Onlar Gürcüstan hakimiyyətini bu məsələyə göz yummaqda ittiham edirlər.

Mitinqdə Gürcüstanla yanaşı Ukrayna, Avropa Birliyi və ABŞ bayraqları dalğalanırdı. “Rusiya dayan!”, “Putin dayan!” yazılarının olduğu plakatlar da diqqət çəkirdi.

Təşkilatçılar belə mitinqlərin davamlı olacağını bəyan ediblər.

Ötən gün isə parlament iclasıni baykot edən Vahid Milli Hərəkat Partiyasının deputatları spiker David Usupaşvilinin çıxışını dinləmədən zalı tərk ediblər. Buna səbəb isə iclasın əvvəlcədən deyildiyi kimi prezident Georgi Marqvelaşvili ilə debat şəklində keçməməsi olub.

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada tədbir keçirilib (FOTO)

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin Propedevtikası Klinikasında Şəkərli diabetlə mübarizə günü təşkil edib.

ANSPRESS-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, BMDTU-nun Endokrinologiya kafedrasının müdiri, professor Valentin Fadeyev tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya diabetlə mübarizə günü bu xəstəliklə əlaqədar müəyyən mövzuya həsr olunur. 2014-2016-cı illərdə Ümumdünya diabetlə mübarizə gününün mövzusu “Sağlam həyat tərzi və şəkərli diabet”dir.

Tədbirin təşkilatçılarından biri, RAGB-nin Nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev iştirakçılara uşaqlarda diabet problemindən danışıb və qeyd edib ki, dünyada “gənclərin diabeti” adlandırılan 1-ci tip şəkərli diabet xəstələrinin sayı artır. O həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayıb.

BMDTU-nun tələbələri olan RAGB nümayəndələri Uşaq endikrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə oyun formasında balaca pasiyentlərə şəkərli diabet zamanı özünənəzarətin vacib olduğunu izah ediblər. Sonra uşaqlar öz yeni dostları ilə birlikdə müxtəlif müsabiqələrdə və oyunlarda həvəslə iştirak ediblər.

Tədbirin sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə məişət texnikası, uşaqlara isə hədiyyələr təqdim ediblər.

Klinikanın rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə Diabetlə mübarizə günü tədbirinin təşkilində və keçirilməsində fəal iştirak edənlərə minnətdarlığını bildirib.

Leyla Əliyeva Parklar Konqresinin açılışında oldu

altHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib.
Heydər Əliyev Fondundan AzNews.az-a daxil olan məlumata görə, ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cı konqresdir. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli şəkildə idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşülməsinə həsr olunub. Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında ölkəmizin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctmai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.

Tbilisidə bizim “Qızıl göz”

altGürcüstanın paytaxtı Tbilisi dünyaya öz kameraları ilə baxan kino və teleoperatorların festivalı keçirilib. Bir sira ölkələrin qatıldığı festivala iştirak edən ANS televiziyası Azərbaycanı təmsil edir.

Sayca 4-cü olan “Qızıl göz” Beynəlxalq Kino və Teleoperatorlar Festivalı çərçivəsində ilk dəfə olaraq peşəkar televiziya avadanlıqlarının beynəlxalq sərgisi də təşkil olunub. Sərgidə texnoloji avadanlıqlar istehsal edən bir sıra dünyaca məşhur şirkətlər təmsil olunur.

“Bizim məqsədimiz budur ki, sərgi hər il keçirilsin və ildən ilə daha da böyüsün. Həmçinin, Azərbaycan, Gürcüstan və digər ölkələrdən olan televiziya mütəxəssislərinin, operatorların bura gələrək yeni texnologiyalarla tanış olmaq imkanı olsun”, – deyə təşkilatçı Levan Qaçadze qeyd edib.

Nümayiş etdirilən bir-birindən fərqli müasir avadanlıqlarla televiziya sahəsində çalışanların böyük marağına səbəb olan festivalda Azərbaaycanı ANS televiziyasının baş operatoru Azər Qarayev təmsil edir. Onun sözlərinə görə, bu cür sərgilərin keçirilməsi yeniliklərdən xəbərdar olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

“Təəssürat odur ki, yeni texnikalar, avadanlıqlar var. Məsələn, yeni kameralar və imkanı geniş olan obyektivlər var”, – deyə ANS TV-nin baş operatoru Azər Qarayev qeyd edib.

Tanınmış brendlərin məhsullarının nümayiş olunduğu stendlərin qarşısında hər kəsin bu avadanlıqların imkanları ilə tanış olmaq üçün can atdığını görmək olur. 3 gün davam edəcək festivalın növbəti ildə daha geniş miqyasda keçiriləcəyi deyilir.

Leyla Əliyeva beynəlxalq forumda

altOktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu işə başlayıb. Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən 1 000-dən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda diskussiyalar dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri ətrafında aparılacaq.

ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarının böyük nümayəndə heyəti iştirak ediblər.

Forum çərçivəsində çar II Aleksandrın dövründə Rusiya xarici siyasət idarəsinin başçısı, Rusiya imperiyasının sonuncu kansleri (1867-ci ildən) olmuş Aleksandr Mixayloviç Qorçakovun abidəsinin, “Dünya MDBMİ-çilərin gözü ilə” art-sərgisinin açılışı və “Rusiya və müasir dünya: inkişaf trayektoriyası” mövzusunda plenar sessiya keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. Azərbaycan MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.

Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Allahverdi Hümbətovun xatirəsi yad olunub

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Allahverdi Hümbətovun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov tədbirdə Allahverdi Hümbətovun həyat və fəaliyyətindən söhbət açıb, ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş hərc-mərclik dövründə onun xalqın müdafiəsinə qalxdığını və ölkədə ayrı-seçkilik toxumu səpməyə, azərbaycanlıları doğma yurdlarından didərgin salmağa cəhd göstərənlərə qarşı haqq səsini ucaltdığını bildirib.

Qeyd edilib ki, Allahverdi Hümbətov gördüyü xeyirxah işlərlə yaddaşlarda əbədiləşib.

Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev Allahverdi Hümbətovun dövlət, xalq qarşısındakı böyük xidmətlərini vurğulayıb, onun ömür yolunun gənclərə örnək olduğunu qeyd edib.O vurğulayıb ki, Allahverdi Hümbətov 2004-2008-ci illərdə Gürcüstan Parlamentində burada yaşayan soydaşlarımızı ləyaqətlə təmsil edib.

Gürcüstanın sabiq birinci katibi Cumber Patiaşvili Allahverdi Hümbətovun həmişə xalqına başucalığı gətirdiyini, yüksək vətəndaşlıq nümunəsi göstərdiyini bildirib.

Diqqətə çatdırılıb ki, Allahverdi Hümbətov yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. O, dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülüb.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, onun müavini Kamandar İsmayılov ,Marneuli rayonunun Sadaxlı kəndindəki 1 nömrəli məktəbin direktoru İlham Xəlilov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları təcrübəli təsərrüfatçı, vətənpərvər, qayğıkeş ailə başçısı Allahverdi Hümbətovun xatirəsinin daim əziz tutulacağını qeyd ediblər.

Allahverdi Hümbətova həsr olunmuş “Dostluq Körpüsü ” kitabının ,eləcə də, AZTV-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlunun ssenari müəllifi olduğu gürcü və Azərbaycan dilində “Liderin məsuliyyəti ” filminin təqdimatı olub.

Sonda Natiq Hümbətov Allahverdi Hümbətovun xatirəsini əziz tutanlara ailə üzvləri adından minnətdarlığını bildirib.

Tbilisi səhnəsində "İlahi oyun" tamaşası oynanılıb

altSentyabrın 3-də Tiflisdəki Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində Azərbaycanın Akademik Milli Dram Teatrının kollektivi “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Azərbaycanın Əməkdar artistləri Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış ediblər. "İlahi oyun" əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əsər Dədə Qorqud dastanında verilən qədim danışıq dili ilə nümayiş etdirilib.

Tamaşa sentyabrın 20-də başlanan VI Tiflis Beynəlxalq Teatr Festivalı çərçivəsində göstərilib. Əməkdar artist Vidadi Həsənov APA-ya açıqlamasında "İlahi oyun" tamaşasının bir il bundan əvvəl hazırlandığını və bu əsərin premyerasının ilk dəfə min nəfərlik Konya festivalında keçirildiyini bildirib: "Bu gün oynadığımız tamaşa ilk dəfə olaraq Tiflis səhnəsində oynanılır. Çox məmnunam ki, tamaşaçılar aktyorlarımızın peşəkarlığını dəfələrlə alqışladılar. Bu, bizim əməyimizə verilən ən yüksək qiymətdir."

Saytda Axtarış

Son xəbərlər