Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün309
DünənDünən1595
Bu həftəBu həftə6111
Bu ayBu ay50810
Bu günə qədərBu günə qədər7421284

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Məşhur aktyor xəstəliyə qalib gəldi

alt

75 yaşlı aktyorun mətbuat xidməti xəbər verib ki, iki dəfə “Oskar”mükafatı sahibi olan Dastin Xoffman illərdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən tamamı ilə sağalıb.

Xəstəlik ilkin stadiyada aşkarlanıb və uğurlu tibbi əməliyyat nəticəsində qarşısı alınıb. Aktyor özünü yaxşı hiss edir.

Keçən il aktyor “Kvartet” filmini çəkərək rejissor kimi də oz debutuna imza atıb.

Dastin Hoffman “Kramer Kramerə qarşı” və “Yağmur adamı” filmlərindəki rollarına görə iki dəfə Oskar mükafatı sahibi olub.

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan gecəsi təşkil edilmişdir. Moskva hökumətinin dəstəyi ilə Rusiya Müftilər Şurası tərəfindən Poklonnaya qoradakı məscidin yanında qurulmuş "Ramazan çadırı"nda Azərbaycanın dini-mədəni abidələrinin fotosərgisi açılmışdır.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil olunmuş gecənin qonaqlarına "Baku", "AMOR", "İRS-Naslediye" jurnalları və Heydər Əliyev Fondunun bir sıra nəşrləri təqdim edilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Moskvada akkreditə edilmiş bir sıra başqa diplomatik missiyaların əməkdaşlarının, Azərbaycan icmasının və gənclərin nümayəndələrinin, dindarların, müxtəlif millətlərdən olan qonaqların toplaşdığı tədbirin əvvəlində "İxlas" fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın xeyri barədə söhbət açmışdır. A.Məmmədov qeyd etmişdir ki, Ramazan müsəlmanların diqqətini bir daha Allaha xoş gedən xeyirxah əməllərə cəlb edir. Sonra qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın orijinal ideyası əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş "Azərbaycanda tolerantlıq" adlı sənədli filmə tamaşa etmişlər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarxın nümayiş etdirilməsi də böyük marağa səbəb olmuşdur. Müqəddəs Qurani-Kərimdən surələr, iftardan əvvəl vacib olan axşam duası oxunmuş, sonra həmvətənlərimiz və Moskva müsəlmanları 600 nəfərlik bayram süfrəsi arxasında oruclarını açaraq Azərbaycan milli yeməklərini dadmışlar.Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə son beş ildə Azərbaycan Rusiya Müftilər Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir.

Tədbirdə çıxış edən qonaqlar və dindarlar Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya bayram ərəfəsində Azərbaycan gecəsinin bu cür yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür etmişlər.

Holivud ulduzundan Kıvanc Tatlıtuğa şok təklif

alt

Holivud ulduzu Rasl Krou həm rejissorluğunu edib, həm də baş rolunda oynayacağı “The Water Diviner” filmi üçün çəkiliş məkanı axtarmağa başlayıb. Məşhur aktyor filmin çəkilişlərini həyata keçirmək üçün uyğun məkanlar tapmaq məqsədilə bir neçə gündür ki, Türkiyəni qarış-qarış gəzir. 

Rasl əvvəlcə Ədirnə və Kapadokyaya baş çəkib. “Tvitter” sosial şəbəkəsində 1 milyondan çox təqibçisi olan aktyor Türkiyədə yaxşı vaxt keçirdiyini və bir çox aktyorla tanışdığını yazıb. “Bir həftədə 22 Türk filmi izlədim”- deyən oskar laureatı aktyor Türkiyənin məşhur şoumeni Cem Yılmazın “Yahşi Batı” filmini tərifləyib:

“Yahşi Batı”nı izləmisiz mi? Cem Yılmaz məni güldürdü. Çox axmaq və komik idi” 

Təqibçiləri ilə “Tvitter”də söhbət edən və Türkiyə səyahətindən danışan Krou bir təqibçisindən gələn “Kıvanç Tatlıtuğla tanış olmusuz?” sualına, “bəli, yaxşı adamdı, yaxşı aktyordu”-yazaraq cavab verib. 

Qeyd edək ki, məşhur aktyorun K.Tatlıtuğa öz filmində rol təklif etdiyi bildirilib. Kıvancın nə cavab verdiyi isə məlum deyil. 

Elşad Xose: “Olub-keçənləri unutmağa çalışıram“

alt

Uzun müddətdir ki, gündəmdən uzaqlaşan reper Elşad Xose istirahət edir.

O, açıqlamasında son günlərdə mediada keçmiş həyat yoldaşı rəqqasə Oksananın onunla bağlı paylaşdıqlarına cavab verib:

“Son vaxtlar internetdən tamamilə uzaqlaşmışam. “Facebook”da da oturmuram. Onla bağlı heç bir məlumatı oxumuram, ümumiyyətlə xəbər portallarını izləmirəm. Yalnız istirahət edib, olub-keçənləri unutmağa çalışıram. Yenicə özümə gəlmişəm. Oksananın sosial şəbəkədə paylaşdıqlarından xəbərsizəm”.

Reper “Yenidən barışıq ola bilərmi” sualına isə belə cavab verib:

“Zaman nə göstərər deyə bilmərəm. Bu mövzularla bağlı çox şey danışmaq istəmirəm”.

Prezidentin adından Şəfiqə Axundovaya ehsan verilir - FOTO

alt

Bu gün iftardan əvvəl prezident İlham Əliyevin adından iki gün öncə vəfat etmiş Azərbaycanın görkəmli bəstəkarı, Şərqin ilk opera yazan xanım bəstəkarı Şəfiqə Axundovaya ehsan verilir. 

Bu barədə məlumatı əməkdar artist Aybəniz Haşımova "Facebook" sosial şəbəkəsində verib. 

"Salam,əziz dostlar. Xatırlatmaq istəyirəm. Bu gün iftardan öncə, saat 19:00-da cənab preizdent İlham Əliyev tərəfindən mərhum Şəfiqə Axundovaya ehsan veriləcək. İftar süfrəsinə hamı dəvətlidir.
Allah rəhmət eləsin!"

alt

Cenifer Lopez telefon biznesinə başlayır

alt


Cenifer Lopez mobil telefonların satışı ilə məşul olan mağaza açıb. Nyu-Yorkda fəaliyyət göstərən mağazanın açılış mərasimi barədə məlumatı “Just Jared” yayıb.

Məlumata görə, mərasimdə Cenifer Lopez klassik stildəki geyimi ilə diqqət çəkib. 

Bir müddət əvvəl keçmiş SSRİ məkanında müxtəlif mərasimlərdə iştirakdan 10 milyon dollar qazanan 43 yaşlı müğənninin ticarətə atılmasının səbəbləri bilinmir. 

Beyons türk bayrağı qarşısında diz çökdü - Foto

alt

Məşhur müğənni Beyons Kanada konsertindən əvvəl qrim otağındakı görüntüləri yayılıb. 

Hamını təəccübləndirən isə müğənninin Türk bayrağının qarşısında diz çöküb, dua etməsi olub. 

Hər konsertdən öncə dua edən müğənninin bu dəfə niyə qrim otağında türk bayrağı asdığı bilinmir. 

Qeyd edək ki, sənətçi türk bayrağı qarşısında dua edərkən çəkilmiş fotoşəkilini öz bloqunda paylaşıb.

alt

Tarkan Azərbaycanın 1 milyon dollarından imtina etdi

alt

Türkiyənin meqastarı Tarkan Ramazan bayramında Azərbaycanda konsert vermək üçün 1 milyon dollardan imtina edib. 

Türkiyə mətbuatının məlumatına görə, ölkənin ən çox qazanan sənətçisi olan Tarkanın bu təklifdən imtina etməsinə səbəb bayramı anası ilə birlikdə keçirmək istəməsidir. Antalyadaki otellərdən və Azerbaycandan bayramın birinci və ikinci günü sahnəyə çıxması üçün təklif alan Tarkan təklifləri rədd edib. 

Xarici ölkələrdə hər konserti üçün 500 min dollar alan Tarkan bayram günləri də səhnəyə çıxmaq üçün bu qədər tələb edir. Hazırda İngiltərədə yeni evində olan Tarkan bayramı anası Nəşə xanımla birlikdə keçirmək üçün Türkiyəyə dönəcək. 

Şəfiqə Axundova vəfat etdi

alt

Azərbaycanın tanınmış bəstəkarı Şəfiqə Axundova vəfat edib. Bu barədə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat yayıb:

"Əziz dostlar, Şərqin ilk opera bəstəkarı, sevimli nəğmələrini bizə bəxş edəni Şəfiqə Axundova bu dəqiqələrdə dünyasını dəyişdi. Allah rəhmət etsin. Xalqımızın başı sağolsun".

Alim Qasımov Mərakeşə gedir

alt


Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov səfərə hazırlaşır.

Bu barədə sənətkar özü məlumat verib. 

Xanəndə bu dəfə Mərakeşə üz tutacaq. A.Qasımovun sözlərinə görə, o, Mərakeşə qızı, əməkdar artist Fərqanə Qasımova və onları müşaiyət edən ansambl ilə gedəcək: “Səfər avqustun 2-də reallaşacaq. Biz orada bir neçə konsert proqramı ilə çıxış edəcəyik. Konsertin repertuarı Azərbaycan muğamları və xalq mahnılarından ibarətdir”.

Oktyabrda “Qisas almadan ölmə” filminin təqdimatı olacaq

alt

Oktyabrda “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan kinorejissor Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı olacaq.

Bu bardə kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, filmin post-prodakşn işləri İsrail film şirkətində aparılıb.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının açıqlaması sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

Gürcüstan səhnəsində “Şeyx Sənan”

alt

Akademik Milli Dram Teatrı beynəlxalq layihələrə imza atıb. Teatr bu dəfə Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlıq edəcək.

Sözügedən teatrdan bildirilən məlumata görə, iki ölkənin birgə əməkdaşlığı nəticəsində Hüseyn Cavidin “Şeyx Sənan” əsəri səhnələşdiriləcək. Gürcü dilinə tərcümə olunan əsər yeni teatr mövsümündə təqdim olunacaq. Həm də iki ölkədə-Bakıda və Tbilisidə…

Saytda Axtarış

Son xəbərlər