Dalga Televiziyasi Oktyabrda “Qisas almadan ölmə” filminin təqdimatı olacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1657
DünənDünən1348
Bu həftəBu həftə5352
Bu ayBu ay54048
Bu günə qədərBu günə qədər7481382

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Oktyabrda “Qisas almadan ölmə” filminin təqdimatı olacaq

alt

Oktyabrda “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan kinorejissor Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı olacaq.

Bu bardə kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, filmin post-prodakşn işləri İsrail film şirkətində aparılıb.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının açıqlaması sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

Saytda Axtarış

Son xəbərlər