Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün197
DünənDünən1299
Bu həftəBu həftə8441
Bu ayBu ay46179
Bu günə qədərBu günə qədər7473513

Bizi Paylaşın

Video Xəbərlər

Təqvim

Mədəniyyət

Marneulidə Kazanda keçiriləcək Türkvision yarışması üçün Gürcüstan təmsilçisi seçilib

altMarneulidə Türk Musiqi Birliyi (TMB) televiziyası və Marneuli Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə ilə 19-21 noyabr tarixində Kazanda keçiriləcək Türkvision yarışması üçün Gürcüstan təmsilçisi seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün seçim turunun yekununda Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstan barış və vətəndaş bərabərliyi dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Zaur Darğallı çıxış edərək sentyabr ayının 25-26-27-də Marneuli, Dmanisi, Rustavi, Qardabanidən olan gənc istedadlar arasında müsabiqədə qalib gələn gənclərə yekun turunda uğurlar arzulayıblar. Sonra münsiflər heyətinin rəhbərliyi ilə Nəriman Nərimanov adına Mədəniyyət Evində təmsilçi seçimi üçün yekun konserti baş tutub. Sonda yekun turunda 10 nəfər gənc istedad arasından 20 yaşlı gənc müğənni Aysel Məmmədova Kazanda yarımfinal və final yarışmasında iştirak etmək üçün Gürcüstan təmsilçisi seçilib.

Yarışma qalibi Aysel Məmmədova jurnalistlərə açıqlamasında bu qələbəyə hələ də inanmadığını, amma onunla seçim turunda yarışan gənc müğənni həmkarları arasından onu seçdikləri üçün münsiflər heyətinə təşəkkür edib, Kazanda keçiriləcək Türkvisiyon yarışmasında qələbə əldə etmək üçün ciddi çalışacağını bildirib.
Münsiflər heyətinin Azərbaycandan olan üzvü, bəstəkar-prodüsser İsa Məlikov jurnalistlərə açıqlamasında yekun turunda güclü səsli iştirakçılar olduğunu bildirib və müsabiqənin Türkdilli xalqlarının arasında böyük əhəmiyyət kəsb etdiyini və azərbaycanlı gənc müğənni qızın Gürcüstanı təmsil etməsinin sevindirici olduğunu qeyd edib.

Qeyd edək ki, Kazanda keçiriləcək Türkvision yarışmasında 24 türkdilli ölkə iştirak edəcək. Gürcüstan Türkvision yarışmasında keçən il də iştirak edib və yarışmada Gürcüstanı Marneuli sakini Eynar Balakişiyev təmsil edib.

IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub

altAzərbaycan paytaxtında oktyabrın 2-3-də keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.

Bəyannamədə qeyd olunur:

"Biz, 2014-cü il 2-3 oktyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən toplaşmış siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayaraq;

ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın və effektiv tərəfdaşlığın bu sahədə daim artan əhəmiyyətini nəzərə alaraq;

Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni və onun 2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial və gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;

istehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar məhdudiyyətlərlə üzləşdiyinə və qarşısıalınmaz qlobal ekoloji problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;

müasir biliklərə, insan potensialına və ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışaraq;

qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli elmi əsaslara söykənən və humanitar etikanın prinsiplərini nəzərə alan intellektual, mədəni, sosial insan potensialının səfərbər edilməsi və planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması yolu ilə təmin olunmasını etiraf edərək;

XXI əsrin çağırışlarına müasir elmi və ənənəvi biliklərin yalnız informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal və milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;

ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf sahəsində vəzifələrin həyata keçirilməsi və planlamada iştirakın genişləndirilməsində vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin xüsusi rolunu vurğulayaraq;

siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə çağıraraq;

resursların məhdudluğu şəraitində onların davamlı inkişaf və humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə tutduğunu dərk edərək;

- Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru
- Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri
- İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu
- Davamlı inkişaf və ekoloji sivilizasiya
- Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında
- Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər
- Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları
- Humanizm postmodern dövrün başlıca dəyəri kimi
problemlərini geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək, beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin müasir çağırışlara və təhdidlərə effektiv cavab olduğunu, indiki və gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;

Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;

son illər ərzində Azərbaycan Respublikasında, eləcə də bir sıra ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi oluruq;

istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist istehlak cəmiyyətinə çevrilməsi və eyni dərəcədə ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi vurğulayırıq;

ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların və biotexnologiyaların tətbiqinin, eləcə də ərzaq və dərman təhlükəsizliyinin təmin olunması üçün müasir və ənənəvi texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük potensialının gerçəkləşdirilməsinin və həyat keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;

fənlərarası da daxil olmaqla ən yeni bilik və bacarıqların fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar meyarı olduğunu etiraf edirik;

humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin məlumatlılığın yüksəldilməsi və inkişafın humanitarlaşdırılması proseslərində iştirakının genişləndirilməsi yolu ilə getdikcə artan rolunu nəzərə çarpdırırıq;

humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq və milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması və müasir qlobal, lokal çağırışların həllinə yönəlmiş müntəzəm forum, konfrans, müzakirə və dəyirmi masalar təşkil etməyə çağırırıq;

bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk;

bu Bəyannamənin qəbul edilməsini və humanitar inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib sayırıq".

Leyla Əliyeva konfransda iştirak etdi - Moskvada

alt

Moskvada "Swissotel" konfrans zalında Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransının açılışı olub.

Dalgatv-nin  AzərTAc-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərinin azərbaycanlı tələbələri və digər şəxslər iştirak edirlər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, IDEA kampaniyasına və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb.

Konfransın rəsmi hissəsindən sonra forum "Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar", "Azərbaycan bu gün", "Azərbaycan səhiyyəsi islahatlar yolunda" və "Bakı-2015" seksiyalarında öz işini davam etdirəcək.

Türkiyə bu il də “Eurovision“dan imtina etdi

alt

Türkiyə bu il də "Eurovision"a qatılmayacaq.

Bu barədə TRT kanalının direktoru İbrahim Şahin danışıb.

Qeyd edək ki, Türkiyə 2013-ci ildə müsiqi yarışmasının qaydalarına etiraz edərək Malmödə keçirilən yarışmaya qatılmamışdı.

İbrahim Şahin "Eurovision"un əvəzində Asiya Sakit Yayım Birliyinin keçirdiyi musiqi yarışmasına "Manga" qrupu ilə qatılacağını söyləyib.

"Avropa Yayım Birliyinin başçısı bizə gələrək kameralar qarşısında üzr istədi, ancaq üzr həmişə yetərli olmur. Bizim razılaşmadığımız məqamlarla bağlı ciddi düzəliş olmasa, 2015-ci ilin "Eurovision" yarışmasına qatılmayacağıq".

Leyla Əliyeva “Əli və Nino” filmi çəkir

alt

Britaniyanın "PeaPie Films" kino şirkəti Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsərini ekranlaşdıracaq.

Dalgatv buro 247.az-a istinadən xəbər verir ki, müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin çəkilişləri gələn il Azərbaycanda başlayacaq.

Ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandıracaq. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Qeyd edək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır

“Eurovision-2015” in keçiriləcəyi şəhər müəyyənləşib

alt“Eurovision-2015” mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, Avstriyanın ORF İctimai Yayım Şirkəti uzun müzakirələrdən sonra yarışmanın Vyanada keçirilməsinə qərar verib. Yayım şirkətindən bildiriblər ki, yarışmanı keçirməyə iddialı şəhərlər arasında Qrats, İnsbruk şəhərləri də olub. Şirkətin direktoru qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.

“Eurovision- 2014“dəki uğursuzluğun səbəbi- RƏYLƏR

alt

"Eurovision- 2014" mahnı müsabiqəsində Avstriya təmsilçisi Konçita Vürst 290 bal toplayaraq qalib oldu.

Azərbaycan bu il 22-ci yerə layiq görüldü. Ermənistan isə 14-cü yerdə qərarlaşdı. Əvvəlki illərə nisbətdə bu il Azərbaycanın göstərdiyi nəticə heç də ürəkaçan deyil. Nə üçün əvvəlki yarışmalarda Azərbaycan ilk onluqda yer alırdı, ancaq bu il aşağı nəticə göstərdi? Məsələ ilə bağlı Aktual.az ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənib.

Politoloq Qabil Hüseynli hesab edir ki, müsabiqə ilə bağlı əhalinin məlumatlandırılması istiqamətində birbaşa məsul olan İctimai Televiziya üzərinə düşən vəzifəni yerinə yetirmədi: “Bu prosesləri diqqətlə izləyən bir şəxs olaraq, mən müsabiqə ilə bağlı informasiyaları İTV-dən yox, xarici mətbuatdan əldə etmək məcburiyyətində qalırdım. Bütün bunlar onu göstərir ki, İTV səviyyəsində bu məsələ cox bacarıqsız və qeyri-peşəkar qurulmuşdu. Digər tərəfdən, qeyd edim ki, Azərbaycana qarşı bir xristian qısqanclığı var idi. Bizim qələbə qazanmamağımız üçün əllərindən gələni etdilər. Qeyri-peşəkar qurulan təbliğat işi də buna şərait yaratdı. Məlum məsələdir ki, əvvəlki illərdə bu istiqamətdə çox yüksək işlər görülürdü, təşkilatı işlər lazimi səviyyədə aparılırdı. Bu il isə əvvəlki illərdə aparılan təbliğat işinə arxayın olub heç bir addım atılmadı. Bu səbəbdən də, hətta, ermənilərdən də aşağı yer qazandıq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da eyni fikirləri səsləndirdi: “Təşkilati işlərdə qüsurlar var idi. Cəmiyyətdə, ümumiyyətlə, yarışma barədə informasiya yox idi. Əvvəlki yarışmalarda insanlar həvəslə gözləyirdi müsabiqənin keçirilməsini. Ancaq bu il, demək olar ki, cəmiyyət xəbərsiz idi “Eurovision-2014”-dən. Bunun da başlıca səbəbi təbliğatın düzgün aparılmaması və ciddi qüsurlara yol verilməsidir”.

Ekspert Ələsgər Məmmədli deyir ki, müsabiqə bitəndən sonra yarışmanın keçirilməsindən xəbərdar olub: “Mən özüm müsabiqə bitəndən sonra bilmişəm ki, artıq “Eurovision-2014” keçirilib. Bunun da başlıca səbəbi İctimai Televiziyanın bu il üzərinə düşən məsuliyyəti, əvvəlki illərə nisbətdə, çox aşağı səviyyədə yerinə yetirməsidir. Nəticə də özünü göstərdi. İstər ölkə daxilində, istərsə də ölkə xairicində yüksək səviyyədə təbliğat işi aparılmırdı. Təşkilati işlərin qurulmasında və təbliğatda ciddi nöqsanlara yol verildiyi üçün məhz nəticə də göründüyü kimi oldu”.

“Avroviziya 2014” mahnı yarışmasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova isə Aktual.az-a açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirdi.

Bakıda möhtəşəm Gül bayramı keçirilib

alt

Bu gün Bakıda mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Gül bayramı keçirilir. AzNews.az xəbər verir ki, Gül bayramının açılışını səhər saatlarında ölkə başçısı İlham Əliyev edib. Prezident bu bayramına ailə üzvləri ilə qatılıb.

Bundan sonra şəhər əhalisi üçün açıq elan edilən parka milyonlarla insan axışıb.

Onların arasında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, siyasətçilər, millət vəkilləri, ayrı-ayrı rayonların icra başçıları, sənət adamları, eləcə də turistlər də olub.

Bayramın təşkili ilə bağlı paytaxta 6 milyon gül gətirilib. Ötən ildən fərqli olaraq bu il güllərin çoxu dibçəklərdə sərgilənir.

Gül bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş keçirib. Bəhram Gurun heykəli qarşısından başlayan yürüş Azadlıq meydanına kimi davam edib. Bakı Qarnizonu qoşunlarının iştirakı ilə keçirilən nizami yürüş-gəzinti şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə təşkil olunub.

Bakı Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, Gül bayramı bir neçə gün davam edəcək.

alt

“Eurovision-2014“un qalibi “saqallı qadın“ oldu - FOTOLAR

alt

Danimarkanın Kopenhagen şəhərində “B and V” arenada təşkil olunan mahnı müsabiqədə açılış performansından sonra səhnəyə ilk olaraq 59-cu “Eurovision” mahnı müsabiqəsinin final şousunda adı birinci olan ukraynalı müğənni Mariya Yeremçuk çıxıb.

Onun ardınca isə Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Monteneqro, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Niderland, San Marino, Birləşmiş Krallığın yarışmadakı təmsilçiləri performanslarını təqdim ediblər.

Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdirilib.

59-cu dəfə təşkil olunan yarışmanın sonunda sms-səsvermə və proffesional juri seçimi nəticəsində "Eurovision 2014"ün qalibi 290 xal toplayan Avstriyanın transseksual iştirakçısı Konçita Vürst oldu.

İkinci pillənin sahibi 238 xalla Niderland təmsilçisi İlse Delange, üçüncü pillənin sahibi isə 218 xalla İsveç təmsilçisi Sanna Nielsen oldu. Təmsilçimiz Dilarə Kazımova müsabiqəni 22-ci pillədə başa vurdu.

Azərbaycan 8 xalını Macarıstana, 10 alını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.

Azərbaycana səs verən ölkələr arasında bunlar olub:

San Marino – 12 xal

Rusiya- 10 xal

Gürcüstan – 7 xal

Belarus- 3 xal

Ukrayna – 1 xal

Xatırladaq ki, Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.

Ukrayna böhranı Eurovision səhnəsində - BBC - nin Şərhi

alt

qazandıqdan sonra, mətbuatın diqqəti bu iki ölkənin üzərində cəmləşib.

Siyasətçilərdən və jurnalistlərdən tutmuş musiqi ekspertlərinədək - əksəriyyət bu qənaətdədir ki, hazırda Ukraynada davam edən siyasi böhran Danimarkada keçirilən mahnı yarışmasının nəticələrinə şəksiz təsir göstərəcək.

“Ukrayna Rusiyaya qarşı. Lakin bu dəfə döyüş meydanı pop səhnəsidir” – Britaniyada çıxan “The Independent” qəzeti yazır.

Məqalədə deyilir ki, Eurovision mahnı yarışı həmişə geosiyasətin təsiri altında olub, lakin bu dəfə Moskva və Kiyev öz çıxışlarından maksimum təbliğat mənfəəti götürməyə çalışacaq.

Rusiya bu dəfə özünün daha mülayim simasını göstərməyə çalışıb və yarışa 17 yaşlı ekizləri – Tolmaçova bacılarını göndərib. Bununla belə, artıq yeniyetmələr arasında Eurovision yarışının qalibi olmuş bacıları çərşənbə axşamı keçirilən yarımfinal çıxışında 10 minlik Danimarka auditoriyası küyə basıb.

Putinin mahnı yaradıcılığı?

"The Independent" yazır ki, bəziləri Rusiyanın yarış üçün seçdiyi “Shine” (Parıltı) mahnısının sözlərində prezident Putinin əlini görürlər. Mahnıda “bütün dünya bir az sevgi göstərsin” sözlərinin ardınca Ukraynaya işarə etdiyi düşünülən “uçurumun ucunda, cinayətin yanında, addım-addım xətti keç” misraları gəlir.

Lakin təhlilçilər bunu da bildirirlər ki, Tolmaçova bacılarının yarımfinalda küyə basılması heç də təkcə Rusiyanın Ukraynadakı aqressiv hərəkətləri ilə bağlı deyil.
Belə ki, Rusiya nümayəndələrinin çıxışı zamanı onların arxasında Rusiyada qəbul edilmiş antigey qanunlarına etiraz olaraq homoseksualların göy qurşağı rənglərini əks etdirən bayraqları dalğalandırılıb.

Mətbuat yazır ki, Rusiyanın homofob qanunları onun Eurovision yarışındakı nümayəndələrinin nəticələrinə birbaşa təsir göstərə bilər.

Rusiyada çıxan ingilisdilli “Moscow Times” qəzeti yazır ki, Rusiya Krımı ilhaq etdikdən və Ukraynanın şərqindəki qarışıqlığa müdaxiləsindən sonra ona qarşı beynəlxalq ictimaiyyətin rəyi mənfiyə doğru dəyişib. Üstəlik də antigey qanunlarının qəbulu Moskvanın imicinə kölgə salıb.

“Eurovision camaatının arasında çox sayda gey var...”

Ukrayna müğənnisi keçmiş prezident Yanukoviçin Regionlar Partiyasının tərəfdarıdır
“Time” jurnalının keçmiş əməkdaşı və Eurovision azarkeşlərinin Wiwibloggs internet saytının redaktoru William Lee Adams bu qənaətdədir ki, Rusiyanın nəticələrinə onun homoseksuallara dair qanunvericiliyi təsir edəcək.

"Eurovision camaatının arasında geylər geniş təmsil olunublar", - deyir jurnalist.
“Moscow Times” yazır ki, keçmiş sovet respublikalarından bu yarışda öz milli nümayəndələrinə səs vermək ixtiyarı olmayan tamaşaçılar adətən qonşularını dəstəkləyirlər. Bu mənada hər il Rusiyanı dəstəkləyən Ukrayna tamaşaçısı bu il özünü başqa cür apara bilər.

Qəzet yazır ki, siyasi hadisələr Belarus və Azərbaycan kimi ölkələrin çıxışını, çox güman təsirləndirməyəcək.

Qərb tamaşaçısı Ukraynanı dəstəkləyəcək

Lakin Rusiyaya gəlincə, Qərb tamaşaçısı tamamilə fərqli düşünə bilər.
“Qərb Rusiyanın mahnısına səs verməkdə tərəddüd keçirəcək, çünki çoxları bu mahnını Putin siyasətinin qəbulu kimi görəcəklər” – deyib Adams.

O əlavə edir ki, məhz bunlara görə Rusiya bu il iki məsum simalı yeniyetmə qızı yarışa göndərib. Moskvada düşünüblər ki, onları ən azı küyə tutmayacaqlar, lakin Rusiyanın fəndi işə keçməyib.

Maraqlıdır ki, Tolmaçova bacıları mediaya danışmaqdan imtina edirlər.
Onlardan fərqli olaraq Ukrayna nümayəndəsi, 21 yaşlı Yaremçuk mətbuatın suallarına cavab verib. Keçmiş prezident Yanukoviçin Regionlar Partiyasının tərəfdarı olan müğənni deyib ki, Ukraynanın bu siyasi böhrandan müstəqil və güclü dövlət kimi çıxacağına inanır.

Krım necə səs verəcək?

Britaniya mətbuatı yazır ki, Ukraynada baş verən böhranla bağlı Qərb tamaşaçısının hüsn-rəğbəti Kiyevə tərəf əyiləcək.

Başqa bir texniki problem də ondan ibarətdir ki, indi özünü Rusiya ərazisi hesab edən Krımın sakinləri yeni vətənlərinin nümayəndəsinə səs verə bilməyəcəklər. Hərçənd Qərb Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayıb və ora hələ də Ukraynanın teleməkanı sayılır.

Bununla belə, mərcqoşma firmalarının məlumatına görə builki yarışda nə Rusiya, nə də Ukrayna böyük uğur qazana bilməyəcək.

İlkin mərcqoşma nəticələri tamaşaçıların İsveç, Macarıstan, Azərbaycan və Ermənistan nümayəndələrinə daha rəğbətli olduqlarını göstərib.

BBC

Azərbaycan “Eurovision-2014”də finala vəsiqə qazanıb

altDanimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib.

16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi Aram MP3, daha sonra Latviyanın “Arzemnieki” qrupu, Estoniya müğənnisi Tanja, İsveçdən Sanne Nielsen, İslandiyadan “Pollapönk” qrupu, Albaniyadan Hersi Matmuja, Rusiyadan “Tolmaçova bacıları”, Azərbaycan təmsilçisi Dilarə Kazımova, ukraynalı Mariya Yeremçuk, Belçikadan Aksel Hirsoks, moldovalı Kristina Skarlat, San Marinodan Valentina Monetta, portuqaliyalı Suzi, Niderlanddan “Kommon Linnets” qrupu, Monteneqronun Sergey Çetkoviç, Macarıstandan Andras Kallay Saunders öz ifalarını təqdim ediblər.

Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.

Bunlar Azərbaycan, Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiyadır.

Müsabiqənin birinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Müsabiqənin II yarımfinal mərhələsi mayın 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.

Saytda Axtarış

Son xəbərlər