Dalga Televiziyasi Bakıda möhtəşəm Gül bayramı keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1014
DünənDünən2716
Bu həftəBu həftə6452
Bu ayBu ay3730
Bu günə qədərBu günə qədər7491947

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda möhtəşəm Gül bayramı keçirilib

alt

Bu gün Bakıda mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Gül bayramı keçirilir. AzNews.az xəbər verir ki, Gül bayramının açılışını səhər saatlarında ölkə başçısı İlham Əliyev edib. Prezident bu bayramına ailə üzvləri ilə qatılıb.

Bundan sonra şəhər əhalisi üçün açıq elan edilən parka milyonlarla insan axışıb.

Onların arasında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, siyasətçilər, millət vəkilləri, ayrı-ayrı rayonların icra başçıları, sənət adamları, eləcə də turistlər də olub.

Bayramın təşkili ilə bağlı paytaxta 6 milyon gül gətirilib. Ötən ildən fərqli olaraq bu il güllərin çoxu dibçəklərdə sərgilənir.

Gül bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş keçirib. Bəhram Gurun heykəli qarşısından başlayan yürüş Azadlıq meydanına kimi davam edib. Bakı Qarnizonu qoşunlarının iştirakı ilə keçirilən nizami yürüş-gəzinti şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə təşkil olunub.

Bakı Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, Gül bayramı bir neçə gün davam edəcək.

alt

Saytda Axtarış

Son xəbərlər