Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1482
DünənDünən1348
Bu həftəBu həftə5177
Bu ayBu ay53873
Bu günə qədərBu günə qədər7481207

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Beynəlxalq forumun Bəyannaməsi qəbul olundu

alt

Oktyabrın 31-dən noyabrən 1-dək Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak ediblər.

İki gün davam edən Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edilib: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakıda UNESCO-nun treninq-seminarı keçiriləcək

altUNESCO-nun Dünya İrs Mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın təşkilatçılığı ilə oktyabrın 29-dan 31-dək Bakıda Dünya İrs Mərkəzinin Periodik Hesabatlar üzrə Mərkəzinin, Cənubi və Şərqi Avropa ölkələri əlaqələndirici şəxslərinin və Azərbaycan üzrə UNESCO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin treninq-seminarı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, treninq-seminarın keçirilməsində əsas məqsəd ərazisində dünya irsi abidəsi olan Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələri üzrə dövrü hesabatın hazırlanması, o cümlədən Mərkəz tərəfindən təqdim edilmiş Sorğunun mərkəzin rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir.

Təbdir çərçivəsində qonaqların UNESCO-nun Dünya İrs Siyahısına daxil olunmuş abidələrə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq və Qobustan Milli Tarix-Bədii qoruqlarına səfərləri təşkil olunacaq.

Koroğlu Türk Dünyasını birlәşdirәn ortaq körpülәrdәn biridir Türkiyәnin Bolu şәhәrindә beynәlxalq Koroğlu festivalı keçirilir

altOktyabrın 27-dә Türkiyәnin Bolu şәhәrindә beynәlxalq Koroğlu festivalı başlamışdır. Festivalda Türk dünyasının çeşidli ölkәlәrini-Azәrbaycanı, Özbәkistanı, Qırqızstanı, Qazaxstanı, Rusiya Federasiyasının Saxa Respublikasını (Yakutya), Türkmәnistanı, Uyğur bölgәsini vә digәr ölkәlәri tәmsil edәn, çoxsaylı nümayәndә heyәtlәri qatılmışdır.
Bolu şәhәrinin mәrkәzi meydanında keçirilәn festival, Türkiyәnin Mehtәr musiqi qrupunun çıxışı ilә açılmışdır. Bolu şәhәr bәlәdiyyәsinin sәdr müavini Әminә Davarçıoğlu Türkiyə respublikasının dövlәt başçısı Abdullah Gülün festival iştirakçılarına ünvanladığı tәbrik mәktubunu oxumuşdur. Abdullah Gül öz mәktubunda festivalın işinә uğurlar dilәmiş, bu festivalın Koroğlu dәyәrlәrinin öyrәnilmәsi vә tәbliği baxımından böyük әhәmiyyәt kәsb etdiyini vurğulamışdır. Tәbrik mәktubu bu sözlәrlә tamamlanmışdır: “Koroğlu sadәcә bir dastan deyildir, hamımızı birlәşdirәn ortaq dәyәrdir vә bu dәyәrdәn yetәrincә faydalanmalıyıq”.

Gəncliyə Yardım Fondu 1000 ailəyə bayram sevinci bəxş etmişdi

altGəncliyə Yardım Fondu (GYF) qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır.
Fonddan AzərTAc-a bildirmişlər ki, bu ilki Qurban bayramında Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə xeyirxah işini davam etdirmişdir.
Bu il də kəsilən 20 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Bərdə rayonunun Təklə və Lənbəran kəndlərində, eyni zamanda, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə paylanılmışdır. Başqa sözlə, qeyd edilən bölgələrdə yaşayan 1000 ailə bayram sevincini Gəncliyə Yardım Fondunun xeyirxah aksiyası sayəsində yaşamışdır.

Azərbaycan Gürcüstanda keçirilən Beynəlxalq Gənclər Festivalında iştirak edəcək

altOktyabrın 16-dan Gürcüstanın Siqnaxi şəhərində Gürcüstanın İdman və Gənclər Nazirliyi ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Beynəlxalq Gənclər Festivalına start veriləcək.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Tədbirdə Azərbaycan tərəfindən gənclər və idman naziri Azad Rəhimovun və digər rəsmi şəxslərin, respublikanın aparıcı gənclər təşkilatlarının rəhbərlərinin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulur.

Oktyabrın 19-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaqdır. Bundan başqa, idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və Gürcüstan gənclərinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

Folklor paytaxtı Zaqatalada Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir

altZaqatala rayonu 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur. Folklor ili çərçivəsində Zaqatalada növbəti tədbir - “Xalq sənəti, el təranələri” Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı və Şamaxı rayonlarından gəlmiş folklor və rəqs kollektivləri də iştirak etmişlər.Qeyd olunmuşdur ki, qədim tarixi abidələri, fauna və florası, ətirli çayı, qızılgülü ilə məşhur olan Zaqatala etnik baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi daha da zənginləşdirmiş, xalq sənətinin inkişafına təkan vermişdir. Müxtəlif xalqların folklor və xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, qorunur, inkişaf etdirilir.
Bayram tədbirində iştirakçı rayonların folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda kollektivlərə rayon icra hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.

Azərbaycan muğamı Praqa səhnəsində

alt

 
Sabah Azərbaycan muğamı Praqanın böyük konsert salonlarının birində səslənəcək. Azərbaycan diasporunun dəstək verdiyi konsertin təşəbbüskarı həmyerlimiz, İtaliyada yaşayan bəstəkar Günay Mirzəyeva və onun italiyalı həyat yoldaşı, bəstəkar Francesco Maggiodur. 

Hər iki musiqiçinin “Çahargah” və “Şur” muğamı ladı üzərində olan yeni kompasiziyaları Azərbaycan muğamı ilə sintez edilərək böyük kütləyə təqdim ediləcək. Muğam parçalarını bir çox müsabiqələrin laureatı Qoçaq Əsgərov səsləndirəcək. 

Günay Mirzəyeva bildirib ki, hər iki bəstəkarın audio-vizual tamaşasını məhşur Praqa modern ansamblı müşayiət edəcək. Musiqili gecədə rəngarəng işıqlandırmalar, video –proyektor ilə Azərbaycanı əks etdirən fotolar, Şərq və Qərb musiqisinin sintezi - Praqa modern ansamblı ilə muğam triosunun əsərdə qurulmuş musiqi improvizələri nəzərdə tutulub. 

Xanəndə Qoçaq Əsgərovun sözlərinə görə, bu layihə ənənəvi olacaq: “Bir müddət sonra başqa ölkələrdə təşkili nəzərdə tutulub. Layihə bizim ifamızla ilkdir. Növbəti təqdimatlar bir-birindən fərqlənəcək.” 
Xatırladaq ki, xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov müşayiət edəcək. 

İlham Əliyevə yeni mahnı həsr olundu - Video

alt

Prezident İlham Əliyevə yeni mahnı həsr olunub. 


Tünzalə Ağayeva İlham Əliyevin qələbə qazanması münasibəti ilə “Sən oldun" adlı mahnı ifa edib. Sözləri Eldar Allahyaroğluna, musiqisi Novruz Aslana məxsus olan mahnıya Fuad Əlişov ekran həyatı verib.

Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihə həyata keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, «ADDIM» Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu gün noyabr ayı üçün planlaşdırılan layihə ilə bağlı tədbir və üzvlərin qəbulu keçirilib.

Ramal Hüseynovun aparıcılığı ilə həyata keçirilən tədbirdə çıxış edən “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının təsisçilərindən biri Ülkər Qasımova “Moder Art Academy”də müxtəlif sahələr – fotoqrafiya sənəti, dj və aranjeman, model işi, reklam və prodüser işi, event managment, vokal sənəti (estrada ifaçılığı) üzrə beş gün ərzində master-klassların təşkil olunacağını deyib. O bildirib ki, layihəyə dünyanın bir neçə ölkəsindən qeyd olunan sahələr üzrə mütəxəssislər cəlb olunacaq və məhz onların iştirakı ilə xüsusi dərslər tədris olunacaq.

Assosiasiyanın digər təsisçisi Hüseyn Cavadzadə qeyd edib ki, bu dərslər tam ödənişsiz baş tutacaq və çoxsaylı yaradıcı gənclər bundan bəhrələnə bilərlər. “ADDIM”ın digər təsisçisi “Eurovision” qalibi Eldar Qasımov “Modern Art Academy”nin Azərbaycanın istedadlı gəncləri üçün şans olduğunu açıqlayıb: “Hər bir gəncin müxtəlif sahələr haqqında bilgilənməsi çox vacib şərtdir. O səbəbdən də həyata keçirəcəyimiz bu layihədən bəhrələnməyə dəyər”.

Tədbirdə müğənnilər Səbinə Babayeva, Elnarə, eləcə də Eldar Qasımov öz musiqiləri ilə gənclər qarşısında çıxış ediblər. Tədbir çərçivəsində gənclərin “Modern Art Academy”yə qeydiyyatı da həyata keçirilib.

Qeyd edək ki, “Modern Art Academy” bu ilin noyabrında keçiriləcək və bir neçə gün davam edəcək.

“Literturuli Sakartvelo” qəzetində Məmməd Arazin 80 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir

Gürcüstanda nəşr olunan “Literaturuli Sakartvelo” (Ədəbi Gürcüstan) qəzetində “Məmməd Araz-80” sərlövhəli məqalə dərc edilmişdir.
“Tarixlər” rubrikası altında yerləşdirilmiş yazıda gürcü oxucularına Azərbaycanın görkəmli şairi Məmməd Arazın həyat və yaradıcılığı barədə ətraflı məlumat çatdırılmışdır. Həmçinin qəzetdə Avto Çxaidze və Aleko Qabelayanın tərcüməsində Məmməd Arazın altı şeiri də verilmişdir.

Ən gözəl müğənni keçəl oldu-Video

alt

Rusiyanın ən gözəl müğənnisi Nataşa Korolyeva başını daz qıxdırıb. Populyar müğənni yeni imicini Instagram səhifəsində nümayiş etdirib. Nataşa kiçik videogörüntü hazırlayaraq keçəl görkəmindən həzz aldığını bəyan edib: "Təəccüblüdür, amma keçəl olmaq həm də gülməlidir. Həm də uzun saç qədər zövq verir insana. Sadəcə çox xoşdur!", - deyərək öz sevincini hər kəslə bölüşüb.

Maykl Ceksonun ailəsi məhkəmədə uduzdu

alt

Pop musiqisinin kralı Maykl Ceksonun ailəsi növbəti məhkəmə prosesində uduzub. Belə ki, ailə muğənninin ölümündə səhlənkarlığa yol verən həkimi işə göndərən firmaya qarşı prosesdə qələbə qazana bilməyib. 

Məhkəmə təşkilatçı firma olan “AEG Lives”in sənətçinin ölümündə səhlənkarlığa yol vermədiyi barədə qərar çıxarıb. 

Firmanın vəkili hakimin qərarından razı qaldığını bildirib. 
Qeyd edək ki, əfsanəvi pop ulduz Michael Jackson 2009-ci ildə 50 yaşında artıq dozada anesteziya dərmanı istifadə etdiyi üçün həyatını itirmişdi.

Ceksonun həkimi sənətçinin ölümünə istəmədən səbəb olduğu səbəbiylə 4 il həbsə məhkum olunub. Sənətçinin ailəsi, təşkilatçı firmanın həkim haqqında kifayət qədər araşdırma aparmadığı üçün məhkəməyə müraciət etmişdi.

Saytda Axtarış

Son xəbərlər