Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün832
DünənDünən957
Bu həftəBu həftə10033
Bu ayBu ay47771
Bu günə qədərBu günə qədər7475105

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

"Eurovision 2014" bu gün başlayır

altBu gün Bakı vaxtı ilə saat 00:00-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı yarışması start götürür.

Dalgatv  Axşam.az-a istinadən xəbər verir ki, İTV-də canlı yayımlanacaq birinci yarımfinalda yarışacaq Azərbaycan təmsilçisi Dilarə Kazımova 16 ifaçı arasında 8-ci sırada yer alıb.

Birinci yarımfinal (6 may)

Ermənistan - Aram Sərkisyan
Latviya - “Aarzemnieki” qrupu
Estoniya - Tatyana Mixaylova
İsveç - Sanna Nilsen
İslandiya - “Pollapönk” qrupu
Albaniya - Hertsiana Matmuya
Rusiya - Tolmaçova bacıları
Azərbaycan - Dilarə Kazımova
Ukrayna - Mariya Yaremçuk
Belçika - Aksel İrsu
Moldova - Kristina Skarlat
San Marino - Valentina Monetta
Portuqaliya - Suzana Qerra
Niderland - İlze Delanj və Ueylona dueti
Monteneqro - Sergey Çetkoviç
Macarıstan - Andras Kallay Sonders

İkinci yarımfinal (8 may)

Malta - “Fireligt” qrupu
İsrail - Mey Feynqold
Norveç - Karl Espen Turbyornsen
Gürcüstan - “Shin” qrupu və Mariko Ebralidze
Polşa - Donatan və Kleo dueti
Avstriya - Konçita Vurst
Litva - Viliya Mataçyunayte
Finlandiya - “Softengine” qrupu
İrlandiya - Can-Linn və Keysi Smit dueti
Belarus - Yuri Vaşçuk (Teo)
Makedoniya - Tiyana Dapçeviç
İsveçrə - Sebalter
Yunanıstan - “Freaky Fortune” qrupu və Riskykidd
Sloveniya - Tinkara Kovaç
Rumıniya - Paula Selinq və Ovi Martin dueti.

Finala (10 may) birbaşa vəsiqə alan iştirakçılar isə bunlardır:

Almaniya - “Elaiza” qrupu, Britaniya - Molli, Danimarka - Basim, Fransa - “Twin Twin” qrupu, İspaniya - Rut Lorenso, İtaliya - Emma Marrone.

Marneulidə görkəmli ictimai-siyasi xadim Ayvaz Həsənovun xatirəsi yad olunmuşdur

alt

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Ayvaz Həsənovun anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov tədbirdə A.Həsənovun həyat və fəaliyyətindən söhbət açmış, ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş hərc-mərclik dövründə onun xalqın müdafiəsinə qalxdığını və ölkədə ayrı-seçkilik toxumu səpməyə, azərbaycanlıları doğma yurdlarından didərgin salmağa cəhd göstərənlərə qarşı haqq səsini ucaltdığını bildirmişdir.
Qeyd edilmişdir ki, A.Həsənov gördüyü xeyirxah işlərlə yaddaşlarda əbədiləşmişdir. Marneuli şəhərində böyük bir küçəyə onun adı verilmiş, doğma kəndində onun büstü ucaldılmışdır.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Ayvaz Həsənovun dövlət, xalq qarşısındakı böyük xidmətlərini vurğulamış, onun ömür yolunun gənclərə örnək olduğunu qeyd etmişdir.
Gürcüstanın sabiq kənd təsərrüfatı naziri Bakur Qulua Ayvaz Həsənovun həmişə xalqına başucalığı gətirdiyini, yüksək vətəndaşlıq nümunəsi göstərdiyini bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, A.Həsənov yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. O, dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülmüşdü.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, Marneuli rayonunun Sadaxlı kəndindəki 2 nömrəli məktəbin direktoru Adil Şərifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları alim, təcrübəli təsərrüfatçı, vətənpərvər, qayğıkeş ailə başçısı A.Həsənovun xatirəsinin daim əziz tutulacağını qeyd etmişlər.
Sonda Ayvaz Həsənovun oğlu Dursun Həsənov atasının xatirəsini əziz tutanlara ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

Gürcüstan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olmuşdur

altMartın 12-də Gürcüstan Milli Parlament Kitabxanasının kitabxana resursları üzrə direktor müavini Levan Taktakişvili, informasiya texnologiyaları şöbəsinin müdiri Arçil Takniaşvili, ekspert David Mçedlişvili M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olmuşlar.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, Gürcüstan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında tətbiq olunan avtomatlaşdırılmış VTLS Virtua sistemi ilə tanış olmuş, ayrı-ayrı modulların tətbiqini əyani surətdə izləmişdir.

Oscar sahibləri bəlli oldu - Siyahı

Stiv Makkuinin "12 il köləlik" filmi "ən yaxşı film" nominasiyasında Oscar qazanıb.

alt

Oscarı almaq üçün səhnəyə filmin əsas heyəti çıxıb. Makkuin nitqində: "mən bu mükafatı köləliyin nə olduğunu bilənlərə həsr edirəm" deyib.

Dalğa TV İTAR-TASS-a istinadən digər nominasiyalarda Oscar qazananları təqdim edir:

Ən yaxşı aktyor - Metyu Makkonaxi "Dallasın alıcılar klubu"
Ən yaxşı aktrisa - Keyt Blanşet "Jasmin"
Ən yaxşı rejissor - Alfonso Kuaron "Qravitasiya"
Ən yaxşı ssenarist - Cpayk Cons "O"
Ən yaxşı ssenarinin kadra uyğunlaşdırılması - Con Ridli "12 il köləlik"
Ən yaxşı musiqi- Kristen Anderson Lopez, Robert Lopez "Buz ürək"
Ən yaxşı operator işi - Emanuel Lyubetski "Qravitasiya"
Ən yaxşı ikinci rol -Lupita Nionqo "12 il köləlik"
Ən yaxşı səs və səs montajı - "Qravitasiya"

və digərləri.

“Eurovision“da ölkəmizi bu qız təmsil edəcək- FOTO

alt“Böyük səhnə” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Kiyevdə baş tutan final gecəsində qalib caz ifaçısı Dilarə Kazımova olub. Bu haqda İnstaqram sosial şəbəkəsində məlumat verilib.

Qeyd edək ki, müsabiqədə qalib olan D. Kazımova bu il Danimarkanın Kopenhagen şəhərində baş tutacaq “Eurovision” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək. Dilarə Kazımova “Milk and Kisses” qrupunun keçmiş üzvü və “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır.

Final gecəsi ilə bağlı veriliş martın 2-də, saat 23:00-da İctimai telekanalda yayımlanacaq.

“Nargis” jurnalının baş redaktoru Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olmuşdur

altAzərbaycanda nəєr olunan “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olmuşdur.
AzərTAc xəbər verir ki, Ülviyyə Rəhmanova “Nargis” jurnalının hazırda Gürcüstanda təqdimatını keçirir. Verilişdə “Nargis” jurnalının yaranmasından danışan Ülviyyə Rəhmanova bildirmişdir ki, təqdimatla əlaqədar jurnalın “Welcome to Georgia” əlavəsi hazırlanmışdır. “Jurnalın sonuncu nömrəsində biz Gürcüstan, Tbilisi şəhəri, həm gürcü, həm də azərbaycanlı istedadlar haqqında yazmışıq. Bizim gürcü xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Mədəniyyətimiz, mətbəximiz, mübarizlik ruhumuz çox bənzərdir”, - deyə Ülviyyə Rəhmanova qeyd etmişdir.
Nəşr haqqında danışarkən baş redaktor bildirmişdir ki, jurnal Azərbaycanın birinci xanımı tərəfindən də bəyənilir və onun birinci nömrəsində ilk fotosessiya məhz Mehriban Əliyevanın iştirakı ilə olmuşdur.
O, həmçinin təqdimat çərçivəsində moda nümayişinin keçiriləcəyini və geyimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi ornamentlərdən istifadə olunduğunu demişdir.
Sonda Ülviyyə Rəhmanova verilişin aparıcısına Azərbaycan xalçası və kəlağayı hədiyyə etmişdir.

Leyla Əliyevanın təşəbbüsü ilə Maltada sərgi açıldı

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında "Yer kürəsi uşaqların gözü ilə" devizi altında sərgi açılıb.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.

Həmin ilin sentyabrında elan olunmuş, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak edib.

Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, "Reuters", "Polka" jurnalı, "National Geographic", "Associated Press" və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda "Yer kürəsi uşaqların gözü ilə" festivalı keçirilib.

Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.

"Yer kürəsi uşaqların gözü ilə" sərgisinin təşkilatçıları İDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.

Əvvəlcə "Yer kürəsi uşaqların gözü ilə" layihəsinin nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını salamlamış və sərginin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn uşaqların ətraf mühitə baxış tərzidir.

Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud ədəbiyyatımızın, tarixi abidələrimizin onu məst etdiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq deyib:

- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası qoyulan "Yer kürəsi uşaqların gözü ilə" devizi altında həyata keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir. Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi üçün yaxşı təcrübədir.

Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.

Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə töhfə verən ölkədir.

Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir. Çox şadam ki, İDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək istəyən insanların sayını artıracaq.

Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə,
baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb.

Reza Deqati vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş oluruq.

Qeyd edilib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı məlumatlandırmaqdır. Məhz, uşaqların gözü ilə ətraf mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş etdirmək çox gözəl ideyadır.

Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır.

Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulayıb ki, belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir. Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı, təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl bir məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını görmək mümkündür.

Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu cür tədbirlər təbiəti qorumaq üçün səfərbər olan insanların bir araya gəlməsi baxımından yaxşı imkan yaradır.

Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirmişdir ki, son illərdə ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir.

Tədbirdə çıxış edən Evarist Bartolo bildirib ki, yaradıcılıq, fikirlərin, hisslərin effektiv ifadəsi sərginin ən mühüm elementləridir. Biz bu şəkillər vasitəsi ilə uşaqların yer üzündə mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq. Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatmışdır. Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur.

Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək, bildirmişdir ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq olduqca maraqlıdır.

Maltanın dövlət başçısı diqqətə çatdırıb ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.

Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında şam yeməyi verilib.

Sərgi fevralın 28-dək davam edəcək.

“İslam modernləşdirilməlidir” – Şərqşünas alim

alt“İslam dinində müxtəlif məzhəblərə qulluq etməyin dövrü keçib”. Bunu AzNews.az-a Şərqşünaslıq İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva bildirib. Onun sözlərinə görə, bu gün müxtəlif təriqət, məzhəblər arası ayrı-seçkilik etmək müsəlman aləmini parçalamağa yönəlmiş meyllərdir: “Mən dində məzhəb, təriqətçiliyi qəbul etmirəm və bu kimi halları pisləyirəm. Müsəlman-müsəlmana qarşı necə təhqiramiz söz deyə bilər? Düzgün deyil və hesab edirəm ki, bu geridə qalmışlığın əlamətləridir”.

G.Baxşəliyeva əlavə edib ki, vəhhabilik - Məhəmməd Peyğəmbərin bizə qoymuş İslamın təhrif olunmuş formasıdır: “Onları istəyirlər ki, hər bir müsəlman ilkin islama qayıtsın. Amma Peyğəmbər heç vaxt bunu deməmişdir və vəhhabilər özləri Peyğəmbərin fikirlərini təhrif edirlər. Hesab edirəm ki, bu əsrdə, əvvəlki əsrlərin qayda-qanunla yaşamaq düzgün deyil. Hər şey modernləşdiyi kimi, İslamda da müəyyən qaydaların müasir dövrə adaptasiyası vacibdir”. 

Şərqşünas alim bu gün islam aləmi ilə xristian aləminin inkişafı arasında çox böyük fərqin olduğunu da qeyd edib: “Xristian aləmi niyə çox inkişaf edib? Bunun əsas səbəbi xristian dininin qanunları müasir dövrün cəmiyyətin ictimai, siyasi, mədəni inkişafına uyğunlaşdırılmasıdır. Bu gün ona görə də, xristian dini, islam dinindən fərqli olaraq cəmiyyətin inkişafında tormoza çevrilmədi. Çox təəssüf ki, müsəlman aləmində bu inkişaf hələdə istənilən səviyyə çatmayıb. Müsəlman aləminin geriliyi bu gün dinin cəmiyyətə uyğunlaşdırılmamasındadır”. 

Xalq Şairi Zəlimxan Yaquba həsr edilmiş yeni kitab çapdan çıxmışdır

alt

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovun “Zəlimxan Yaqub” kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, müəllif kitabın ilk səhifəsindəki “Bir neçə söz”də yazır: “Xalq Şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan poeziyasını əzbərdən bilən, onu səmimiyyətlə təbliğ etməkdən doymayan və özü də bu poeziyanın ən gözəl örnəklərini yaradan Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı bu kitab hər şeydən əvvəl, onun genişmiqyaslı ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətinə ehtiramın məhsuludur”.
Kitabdakı “Zəlimxan Yaqubdan yazanda”, “Xalq Şairi Zəlimxan Yaquba açıq məktub”, “Zəlimxan Yaqub” məqalələrində müəllif şairin yaradıcılığını təhlil etmiş, onu Azərbaycan ədəbiyyatının təkrarsız nümunələrini yaradan sənətkar və sələflərini əzbərdən bilən hafiz, Allah vergisi olan bir insan kimi səciyyələndirmişdir.
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.

Şəhid Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu

alt

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının (MŞ) dəstəyi ilə "O-Film" studiyası tərəfindən hazırlanan, 2010-cu ildə "İgidliyə görə" medalına layiq görülən şəhid Fərid Əhmədovun ömür yolunu əks etdirən "Hay ver mənə, leytenant" adlı filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media qurumlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, QHT rəhbərləri, qəhrəmanın ailə üzvləri və digərləri iştirak ediblər.

Tədbirdə müstəqillik uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən MŞ sədri Ə.Amaşov bildirib ki, 20 Yanvar faciəsi yaddaşlarda təkcə qanlı gün kimi qalmayıb, bu gün həm də qəhrəman F.Əhmədovun doğum günüdür: "Fərid 1986-cı ildə doğulub. Faciədən düz 4 il əvvəl. O, 2010-cü il sentyabrın 4-də düşmən gülləsinə tuş gələrək şəhid olub. Fəridin məhz 20 yanvar günü dünyaya göz açması heç də təsadüfi deyil".

Daha sonra çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, şəhidlik bir zirvədir. Onun sözlərinə görə, bu zirvəyə yetişən hər kəs adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb: "Şəhidlərin tanınması ilə bağlı bu kimi filmlərin çəkilməsi, tədbirlərin həyata keçirilməsi mühümdür. Gənc nəsil bu qəhrəmanları tanımalı, özlərinə örnək götürməlidirlər. Mən istərdim ki, bu filmi bütün televiziya kanalları nümayiş etdirsin. Özü də bir dəfə deyil,dəfələlə. Bu cür filmlər qəhrəmanlarımızın yeni nəslə tanıdılmasında mühüm əhəmiyyətə malikdir".

Tədbirdə "Hay ver mənə, leytenant" filmi nümayiş olunub.
Çəkilişlər Fəridin ata yurdu Cəlilabadda və Bakıda aparılıb.

Filmdə qəhrəmanın uşaqlıq və gənclik illərini Rəşad və Elvin qardaşları canlandırıblar.

Fəridin həyat hekayəsini anası Nərgiz xanım, bacısı Gülnarə, dayısı Aslan müəllim və dostları dilə gətiriblər.

Filmin ideya müəllifi M.Həsənov, baş məsləhətçi Ə.Amaşov, layihə rəhbəri B.Qaraca, ssenari müəllifi K.Mirzəyeva, operator M.Əzizli, montaj rejissoru R.İxtiyaroğludur.

“Eurovision - 2014”ün Azərbaycan təmsilçisi fevralda bəlli olacaq

alt

Bu gün 59-cu “Eurovision” mahnı müsabiqəsinin ev sahibliyini edəcək Danimarkanın paytaxtı Kopenhagendə püşkatma mərasimi keçirilib.


APA-nın məlumatına görə, mərasimdən öncə Kopenhagenin müsabiqənin ev sahibi şəhəri kimi təqdimatı keçirilib. Daha sonra mərasimin aparıcıları bu ilin müsabiqənin püşkatmasının qaydalarını izah ediblər.

Onlar bildiriblər ki, Danimarkanın qonşuları İsveç və Norveç əvvəlcədən müəyyən olunduğu kimi müvafiq olaraq 1-ci və 2-ci yarımfinallarda mübarizə aparacaqlar. Bu addım hər iki ölkədən gələcək azarkeşlərin sayın çox olması və digər ölkələrdən olan azarkeşlər üçün biletlərin saxlamasının vacibliyi ilə əlaqələndirilib. Eyni zamanda bildirilib ki, qonşu ölkələrin bir-birinə səs verməsinin qarşısını almaq üçün ölkələr 6 səbətə bölünüb. Azərbaycanın adı Belarus, Gürcüstan, Rusiya və Ukrayna ilə birlikdə 3-cü səbətə salınıb.

Daha sonra püşkatma keçirilib və nəticədə Azərbaycan təmsilçisinin 1-ci yarımfinalın birinci hissəsində İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacağı məlum olub.

Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukrayna mübarizə aparacaq.
Birbaşa finala vəsiqə alan Fransa, İspaniya və ev sahibi Danimarka bu yarımfinalda səs vermək hüququna malik olacaqlar.

Qeyd edək ki, ötən il İsveçin Malmö şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsində Danimarkanın təmsilçisi Emili de Forest “Only Teardrops” mahnısı ilə qalib qəlib. Bununla da Danimarka 2014-cü ilin müsahibənin ev sahiblik etməyə layiq görülüb.

Bu ilin “Eurovision” müsabiqəsinin 1-ci yarımfinalı mayın 6-sı, 2-ci yarımfinal mayın 8-i, böyük final isə mayın 10-u Kopenhagenin “B&W Hallerne” arenasında keçiriləcək.

Azərbaycanı bu il təmsil edəcək nümayəndənin kimliyi fevralın əvvəlində bəlli olacaq.

Ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.

Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə müzikl təqdim olunub

altYanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müzikli Azərbaycan tamaşaçılarına təqdim olunub.


APA-nın məlumatına görə, müzikldə Gürcüstanın xalq artisti, məşhur kino aktyoru və estrada müğənnisi Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edib.


1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında çəkilən “Vera məhəlləsinin musiqiləri” bədii filmi Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə isə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.


Dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlərin bir-biri ilə mükəmməl vəhdət təşkil etdiyi səhnə əsəri Heydər Əliyev Mərkəzində anşlaqla izlənilib.


Sonda Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, tanınmış sənət adamı Sofiya Nijaradze çıxış edərək Azərbaycanı çox sevdiklərini, paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Heydər Əliyev Mərkəzinə heyran olduqlarını bildiriblər.

Saytda Axtarış

Son xəbərlər