Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün973
DünənDünən859
Bu həftəBu həftə3320
Bu ayBu ay52016
Bu günə qədərBu günə qədər7479350

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Azərbaycan Niderlandda təmsil olunub

altNiderlandda fəaliyyət göstərən “Azərbaycan Niderland Gənclər Cəmiyyəti”nin təmsilçiləri Venlo şəhərində keçirilmiş ənənəvi regional sərgidə iştirak edib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən APA-ya verilən xəbərə görə, Venlo şəhəri Almaniya ilə həmsərhəd ərazidə yerləşdiyi üçün sərgiyə nəinki yerli əhali, həmçinin Almaniya vətəndaşları da qatılıblar.

Qeyd edək ki, hər il təşkil olunan və 5 min nəfərdən çox iştirakçının qatıldığı sərgidə Niderlandda yaşayan müxtəlif millətlərin nümayəndələri, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif icmalar öz milli mədəniyyətini və tarixini əks etdirən stendlərlə iştirak ediblər.

Azərbaycanın milli stendində Niderlandda uzun müddət yaşayan yerli diaspor fəallarımız ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən, eləcə də Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən müxtəlif kitab, buklet və broşurları iştirakçılara paylayıb, milli geyimdə olan oğlan və qızlar tərəfindən Azərbaycan şirniyyatlarını sərgiyə gələn qonaqlara təqdim ediblər. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən xüsusi maraq və diqqətlə qarşılanıb.

Bakı Uşaq Teatrı İrana gedir

alt

Bakı Uşaq Teatrı Irana gedir. Bu barədə məlumat Bakı Uşaq Teatrından verilib. Teatr İran İslam Respublikasının Mərivan şəhərində keçiriləcək VIII Beynəlxalq meydan tamaşaları festivalında iştirak edəcək. Qeyd edək ki, meydan tamaşaları festivalı oktyabrın 1-dən 5-dək davam edəcək. 

Azərbaycan prezidenti Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

alt

Azərbaycan prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) anadan olmasının 80 illik yubileyinin tamam olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Məmməd Araz təkcə Azərbaycanda deyil, bütövlüqdə türk dünyasının, eləcə də Borçalıda yaşayan azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır.

Bakıda 3 teatr fəaliyyətini dayandıracaq

alt


Gələn il Bakıda fəaliyyət göstərən daha 3 teatr təmirə dayana bilər. 

Bu barədə Bakı Bələdiyyə Teatrının aktyoru Aydın Əliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən teatrların təmirə dayanacağı ilə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev fəxri ad alan sənət adamları ilə görüşündə məlumat verib: “Şuşa Teatrı, Bakı Bələdiyyə Teatrı və İrəvan Dövlət Azərbaycan Dram Teatrlarının binası bərbad haldadır. Uzun zamandır, bunların təmiri məsələsi gündəmə gəlsə də, konkret fikir deyən yox idi. Amma Əbülfəz Qarayev xalq artistləri ilə bağlı keçirilən görüşdə hər üç teatrın yaxın zamanda təmirə dayanacağını bildirdi”.

Yeni fotomüsabiqə: “Mənim Xocalım“

alt“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində “Mənim Xocalım” adlı fotomüsabiqəyə start verilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin Layihələr Departamentinin rəhbəri və “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər bu ilin 5 oktyabr tarixinə qədər özlərinin müəllifi olduğu foto-xəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist hisslərini əks etdirən kiçik həcmli mesajını müsabiqənin Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. еlektron ünvanına yollaya bilərlər. Bir müddət sonra kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə jürinin açıq səsvermə qaydası ilə 3 qalib müəyyənləşdiriləcək. 1-ci yer tutan iştirakçı bu ilin oktyabr ayında Avropanın aparıcı paytaxtlarından birində keçirilən beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcəkdir. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar. Əlavə məlumat əldə etmək üçün kampaniyanın saytına www.justiceforkhojaly.org daxil olmaq olar. Əlavə suallar yaranacağı təqdirdə kampaniyanın Facebook və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına yazmaq olar.

“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

Prezident mədəniyyət sahəsində çalışanların maaşını artırdı

alt

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. 

Moskvada muğam konserti keçiriləcək

Avqustun 29-da «JTI» şirkətinin dəstəyi ilə Moskva şəhərinin Beynəlxalq Konsert Zalında muğam musiqisi konserti keçiriləcək. Bu barədə APA-ya şirkətin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, konsertdə tarzən Rövşən Qurbanovun rəhbərliyi altında «Buta» instrumental ansamblının müşayiəti ilə artıq tamaşaçılar tərəfindən sevilmiş gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalov iştirak edəcəklər, muğam sənətinin parlaq nümunələri səslənəcək.

Konsert «JTI» şirkətinin Azərbaycan mədəniyyətinə, xüsusilə də muğam musiqisinə göstərdiyi dəstək çərçivəsində keçirilir.

Misir Türkiyə filminə “veto” qoydu

alt

Film festivalları içərisində əhəmiyyətli yeri olan və sentyabr ayında 29-cu dəfə keçiriləcək “İskəndəriyə Film Festivalı”nda Türkiyə filminin iştirakına veto qoyulub.

Festivala “Lal Gecə” adlı filmlə qatılan Türkiyənin iştirakı ləğv olunub. 

Məlumata görə, filmin ərəb və ingilis altyazısı hazırlanıb göndəriləcəyi gün festival koordinatoru Jihai Abdel Latif tərəfindən veto xəbəri göndərilib. 

Göndərilən e-maildə deyilir: 

“Türkiyə-Misir arasındakı siyasi gərginlik səbəbindən filminizi yarışma hissəsindən və festival proqramından çıxardığımızı kədərlənərək bildiririk. Ümid edirik ki, bizi anlayışla qarşılayacaqsınız."

“Aydın” seriala çevrilir

alt

Cəfər Cabbarlının “Aydın” əsəri əsasında teleserial çəkilir.

Bu barədə “Savalan” qrupunun rəhbəri Novruz Novruzlu məlumat verib.

O bildirib ki, 20 seriyadan ibarət olacaq teleserialın rejissoru əslən türkiyəli olan Hakan adlı rejissordur.

Qrup rəhbərinin sözlərinə görə, artıq serialla bağlı çəkiliş işlərinə başlanılıb.

Azərbaycan Macarıstanda keçiriləcək “Kapoşvarın VII Damazlıq Günləri” sərgisində iştirak edəcək

alt

 

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ. Abasov dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib.

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfat sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir hər iki ölkənin aqrar sahədə böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün tərəflərin aidiyyəti qurumları arasında birbaşa təmasların sayının artırılmasının vacibliyini qeyd edib.

Səfir Jolt Çutora cari ilin avqustun 30-u və sentyabrın 1-də Macarıstanın Kapoşvar şəhərində keçiriləcək “Kapoşvarın VII Damazlıq Günləri” sərgisinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bu tədbirdə təmsil olunmasını xahiş edib. İ. Abasov adıçəkilən tədbirdə kənd təsərrüfatı naziri, yaxud da nazir müavini səviyyəsində təmsil olunacağını vəd edib.

Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məşhur amerikalı aktyor müəmmalı şəkildə öldü

alt

Amerikada üst-üstə yaşanan sənətçi intiharlarına biri daha əlavə olundu.

Disney Cannel nəşr olunan "The Famous Jett Jackson" da gənc ulduz olaraq aktyorluq karierinə yeni başlayan aktyor Lee Thompson Young 29 yaşında həyatını itirib.

"Friday Night Lights" filmində və "Rizzoli & işləsə" serialında Dedektif Barry Frost roluyla tamaşaçının qarşısında olan gənc aktyor evində ölü tapılıb.

Aktyorun ölüm səbəbi hələlik müəyyən edilməyib. Onun evində silahla intihar etdiyi iddia edilir. Gənc oyunçunun ani ölümündən sonra, Ədliyyə Tibb mütəxəssisləri hadisə yerində araşdırma aparıb. 

Sənətçinin ailəsi və sevənləri xəbər qarşısında şok düşüblər. Cinayətdən şübhələnən polis əməkdaşları gənc aktyorun ölüm sirrini hərtərəfli şəkildə araşdırır.

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert keçirilmişdir Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri konsertdə olmuşlar

altAvqustun 15-də Qəbələdəki Mədəniyyət sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev konsertdə olmuşlar.
Konsertdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Abdullah Gülə və Qırğızıstan Prezidenti Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olundu.
Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri qısa söhbət etdilər.
Salona toplaşanlar dövlət başçıları İlham Əliyevi, Abdullah Gülü və Almazbek Atambayevi hərarətlə qarşıladılar.
Konsertdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında türkdilli xalqların musiqiləri səsləndi.
Hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan TÜRKSOY da öz töhfəsini verir. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə layiqli töhfələr verir.

Saytda Axtarış

Son xəbərlər