Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün665
DünənDünən1348
Bu həftəBu həftə4360
Bu ayBu ay53056
Bu günə qədərBu günə qədər7480390

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Tbilisidə beynəlxalq ədəbiyyat simpoziumu keçirilir - FOTO

Tbilisidə 18 ölkənin nümayəndələrinin iştirak etdiyi "Ədəbiyyatın müasir ənənələri" mövzusunda ənənəvi 9-cu simpozium başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir İvane Çavaxişvili adına Tiflis Dövlət Universitetinin və Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Tədbiri Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani açaraq 9 ildir ki, ənənəvi şəkildə keçirilən simpoziumun gürcü ədəbiyyatının klassiki, görkəmli Akaki Tsereteliyə həsr olunduğunu bildirib. Üç gün davam edən tədbirdə Gürcüstanın ali məktəblərində çalışan alimlərin və digər ölkələrdən gələn elm adamlarının məruzələri dinləniləcək. Bakı Slavyan Universitetinin filologiya elmləri doktoru, professor Flora Naciyeva APA-ya açıqlamasında 9-cu simpoziumun yaradıcı kollektivinə Azərbaycandan iki alimin daxil edildiyini bildirib: "Bu tədbirdə Azərbaycanı 9 nəfər elm adamı təmsil edir. Eyni zamanda mən və akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli 9-cu simpoziumun elmi komitəsinin üzvü seçilmişik. Tədbirdə Naxçıvan Dövlət Universitetindən, Bakı Slavyan Universitetindən , Azərbaycan Tibb Universitetindən, Trabzon şəhərindəki Qara Dəniz Universitetindən nümayəndələr iştirak edir". Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani APA-ya açıqlamasında tədbirə xaricdən 54 nümayəndə və Gürcüstanın bölgələri də daxil olmaqla 120 nəfər elm adamı iştirak etdiyini bildirib: "Bizim üçün Azərbaycan alimləri ilə əməkdaşlıq çox vacibdir. Biz yaxın aylarda birlikdə yeni layihələr həyata keçirəcəyik. Ümid edirəm ki, bizim birgə elmi əlaqələrimiz ümumi işimizə böyük elmi əhəmiyyət bəxş edəcək. Üç gün davam edəcək tədbirdə Azərbaycan alimlərinin hamısı müxtəlif elmi mövzularda çıxış edəcək". İ. Ratiani qeyd edib ki, o, noyabrın 27-28-də Bakıda ədəbiyyatşünaslığa həsr olunan elmi konqresdə Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunu bir paneldə təmsil edəcək: "Biz tədbirdə "Rustaveli və Nizami" mövzusunda olan layihə ilə çıxış edəcəyik".

Məşhur gürcü rejissorunun tamaşaları - Bakıda

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Musiqili Teatrında nümayiş olunacaq.

Bu barədə AzNews.az-a teatrdan məlumat verilib. Bildirilib ki, oktyabr ayında Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Azərbaycana səfər edəcək.

Ardını oxu...

Dünyanın ən bahalı və ən ucuz şəhəri açıqlanıb

"Dalğa TV"-nin xarici mətbuata istinadən verdiyi məlumata görə Dünyanın ən bahalı şəhəri Zürih, ən ucuz isə Kiyev seçilib. Araşdırma 71 şəhər arasında aparılıb.

 

İsveçrənin mərkəzi bankı tərəfindən aparılan araşdırmaya görə İstanbul, Vyana, Amsterdam, , Berlin kimi şəhərlərlə birgə  siyahıda orta 35 –ci yerdədir.  Araşdırmaya daxil edilən 71 kənd arasında  ən ucuz olanları isə Kiyev, Sofyadır.

Ardını oxu...

Gürcüstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan ilə Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi məqsədilə Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik edəcəyi nümayəndə heyəti sentyabrın 6–dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində qonaqların Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmçinin qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı Kompleksi, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcəklər.

Səfərin reallaşdırılmasında məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

 

“Əli və Nino” heykəli yeni ərazidə bərpa edilib - FOTO

Gürcüstanın Batumi şəhərində zədələnmiş “Əli və Nino” heykəlinin bərpası istiqamətində işlər yekunlaşmaq üzrədir. 

"DalğaTV"-nin Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, zədələnən heykəl yeni ərazidə bərpa edilib. İş icraçıları bildiriblər ki, işlər sentyabrın 5-də tam yekunlaşacaq.

Qeyd edək ki, avqustun 26-da Batumidə baş vermiş fırtına zamanı heykəlin dağılma ehtimalı nəzərə alınaraq heykəl başqa yerə köçürülüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti FAO-nun baş direktoru ilə görüşüb- FOTO

Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.

APA-nın məlumatına görə, Əvvəlcə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən təqdimatlar, müzakirələr olub. Sonra FAO və onun missiyası barədə ətraflı məlumat verilib, təşkilatın özəl sektorla tərəfdaşlıqları, Azərbaycanda və bölgədə Resurs Mobilizasiyası proqramı, qurumun təbii resurslar və iqlim dəyişikliklərinə dair fəaliyyətinin davamlı idarəetməsi ilə bağlı görülən işlərdən danışılıb.Təşkilatın xoşməramlı səfiri Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib və binadakı plenar iclas zalı ilə tanışlıq olub.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb. Joze Qratsiano qeyd edib ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində görülən işlər dünya ölkələri üçün bir nümunədir. O, bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsini xüsusi vurğuladı və bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Leyla Əliyeva son illərdə Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları və ölkəmizdə fermerlərə yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdırıb. Leyla Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr və IDEA İctimai Birliyi barədə məlumat verdi, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin reallaşdırılacağını bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin FAO çərçivəsində icra olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini də vurğulayıb. Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib. Leyla Əliyeva təşkilatın binasındakı zəngin kitabxanaya da baxıb. Məlumat verilib ki, burada FAO-nun media mərkəzi də yerləşir. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi olan təşkilatın qarşısına qoyduğu qlobal vəzifələr və məqsədlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıqla mübarizə, təbii resursların, o cümlədən torpaq, su, hava, iqlim və genetik resursların davamlı idarəolunması və yoxsulluğun azaldılmasıdır.

Dünyanın ən varlı musiqiçiləri (FOTO)

Dünyanın ən varlı musiqiçisi “U2” rok qrupunun vokalisti Bono olub.

Trend-in “The Daily Mirror”-a istinadən verdiyi məlumata əsasən, onun sərvəti 1,5 milyard dollar məbləğində qiymətləndirilir.

 

İkinci yerdə 1,1 milyard dollarla Pol Makkartni qərarlaşıb.

 

 

 

Madonna 800 milyon dollarla ilk üçlüyü tamamlayıb.

 

 

İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - FOTO

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə İsveçrənin Bül (Bulle) şəhərində  Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi təşkil edilən “Mədəniyyət yarmarkası”nda iştirak edib.

Səfirlikdən APA-ya bildiriblər ki, çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqimizin nümunələri səsləndirilib, maddi-mədəniyyət nümunələrimiz və Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumatlar verilib. İştirakçılara həmçinin milli mətbəximizin təamlarından nümunələr də təqdim olunub, milli rəqslərimiz nümayiş olunub. “Mədəniyyət yarmarkası”nın iştirakçıları Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstərib.

Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edəcək

“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

 

 

Heydər Əliyev Fondu tərəfindən bu gün Parisin Pale Royal meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

Parisdə artıq ikinci dəfə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə ölkənin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunacaq.

Milyonlarla ziyarətçisi olan Luvr Muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında yaradılan “Azərbaycan şəhərciyi”ndəki bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar yaradacaq.

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil ediləcək. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində yaxından izləyə biləcəklər. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edəcəklər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunacaq. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi xalqlarımızın və ölkələrimizin həyatını tərənnüm edəcək.

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulacaq. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər təqdim olunacaq. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanacaq.

Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.

“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə, həmçinin konsert proqramları təşkil ediləcək. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında - Pale Royal meydanında ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edir.

Yazıçı Kamal Abdullayevin “Hərdən mənə mələk də deyirlər” əsəri Tbilisidə səhnələşdirilib

alt

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı Kamal Abdullayevin “Hərdən mənə mələk də deyirlər” əsərinin tamaşasını hazırlayıb.

Tamaşanın süjet xəttinin xeyir və şərin mübarizəsi təşkil edir. Şeytanın müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır.

Səhnə əsərində əsas rolları Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şeyla Səfərova, Binəli İslamoğlu, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Azərbaycanın Əməkdar artisti Namiq Valehoğludur.

Premyerada Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu gün “Eurovision”un finalıdır

altMay 23-də Avstriyanın paytaxtı Vyanada 60-cı “Eurovision 2015”” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

 “Viener Şdathal” arenasında “Körpülər salaraq” (“Building Bridges”) şüarı altında baş tutacaq yarışmanda 27 ölkə təmsilçisi mübarizə aparacaq.

Azərbaycan təmsilçisi Elnur Hüseynov final gecəsində “Hour of the Wolf” mahnısını ikinci nömrə altında səhnəyə çıxacaq. Mahnının müəllifləri İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansondur. Finalda iştirak edəcək 27 ölkə bunlardır:

Azərbaycan, Avstriya, Avstraliya Almaniya, Albaniya, Estoniya, Ermənistan, Fransa, İtaliya, Böyük Britaniya, İspaniyadır, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, İsrail, Gürcüstan, Latviya, Kipr, Monteneqro, Norveç, İsveç, Sloveniya, Polşa, Litva.

Tbilisidə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

alt

Mayın 3-də Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) dəstəyi ilə nəşr olunan "Haqqa sarı" kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə GMİ-nin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev, kitabın tərtibçisi, yazıçı Əli Abbas, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəsi Hacı Davud Qəşəmli, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, kitabın redaktoru Nizami Məmmədzadə, Axund Mirağa Mustafayev, "Ümid" qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, şairlərdən Fatma Aslan, Əflatun Keşəli, Qurban Əzizli və digər din xadimləri, ziyalılar çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, 5 bölmədən ibarət kitabda dini şeir və qəzəllər, hekayələr və şəhidlərə həsr olunan "Şəhid qanı yerdə qalmaz" adlı dram əsəri çap olunub.

Kitabda həmçinin görkəmli aşıqların, o cümlədən Aşıq Ələsgərin, Aşıq Şenliyin, Axısqalı Xəstə Hasanın müxəmməsləri, qıfılbənd, deyişmə, gəraylı, təcnis və divaniləri, həmçinin Şəhriyarın və Zəlimxan Yaqubun dini şeirləri, İsgəndər Ağbabalının və Borçalı aşıqlarından Aşıq Nurəddin Qasımlının, Aşıq Məhəmməd Sadaxlının qoşmaları dərc olunub.

Kitabın "El şairləri" bölməsinə məşhur Borçalı şairi olan Nəbi Faxralının, Şair Ağacanın, Güllər Pərinin, Həsən Məcruhun, Əli Faxralının, Abbasquli Eləbağlının, Sədi bəy Arif Mustafazadənin, Təhləli Novruzun və başqa şairlərin şeirləri daxil edilib.

"Haqqa sarı" kitabı İslam dininə həsr edilib və Gürcüstan Müsəlmanları İdarəsinin nəşr etdiyi ilk kitabdır.

Tədbirdə İran, Türkiyə və Azərbaycan səfirliklərinin nümayəndələri, həmçinin Tiflis, Qardabani, Rustavi, Marneuli, Dmanisi və Bolnisidən gələn din xadimləri, şair və yazıçılar iştirak ediblər.

Tədbirin sonunda gənc Aşıq Məsim dini mahnılar səsləndirib.

GMİ-nin sədri Hacı Ramin İgidov APA-ya açıqlamasında belə məzmunlu dini kitabların nəşrinin davam etdiriləcəyini bildirib.

Saytda Axtarış

Son xəbərlər