Dalga Televiziyasi Məşhur gürcü rejissorunun tamaşaları - Bakıda
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün500
DünənDünən1345
Bu həftəBu həftə11530
Bu ayBu ay8808
Bu günə qədərBu günə qədər7497025

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məşhur gürcü rejissorunun tamaşaları - Bakıda

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Musiqili Teatrında nümayiş olunacaq.

Bu barədə AzNews.az-a teatrdan məlumat verilib. Bildirilib ki, oktyabr ayında Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Azərbaycana səfər edəcək.

Tamaşaların nümayişi də həmin səfər çərçivəsində baş tutacaq.

Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, 11-də Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları Azərbaycan teatrsevərlərinə təqdim olunacaq.

Qeyd edək ki, bu səfər Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq.

Saytda Axtarış

Son xəbərlər