Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün463
DünənDünən957
Bu həftəBu həftə9664
Bu ayBu ay47402
Bu günə qədərBu günə qədər7474736

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

İbrahim Tatlısəsi başından vuran şəxs cəzalandırıldı

alt

Abdullah Uçmak 36 il 6 ay azadlıqan məhrum edildi 

2011-ci ildə silahlı hücum zamanı başından yaralanan Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin məhkəməsi başa çatıb. 

Ağır Cəza Məhkəməsinin qərarı ilə İbrahim Tatlısesə silahlı hücumda günahlandırılan Abdullah Uçmak haqqında qərar verilib. Qərara əsasən Abdullah Uçmak 36 il 6 ay azadlıqdan məhrum edilib. Qərar 156 səhifədən ibarətdir.

Gürcüstan Milli Kitabxanasında Azərbaycan kitabı guşəsi açılır

altSabah Gürcüstan Milli Kitabxanasında Azərbaycan kitabı guşəsinin açılış mərasimi keçiriləcək. Guşəsinin açılması təşəbbüsü ilə "Dialoq və İnkişaf Fondu" çıxış edib.

Fond artıq Azərbaycan klassiklərinin və müasir yazıçıların kitablarını Milli Kitabxanaya verib. Eyni zamanda kitabxana və fondun rəhbərlərinin birgə mətbuat konfransı keçirməsi da nəzərdə tutulub.

20 yaşlı müğənni konsret zamanı öldürüldü

alt

20 yaşlı Daniel Pelleqrini dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb

Braziliyada tanınmış müğənnilərdən biri konsert zamanı silahlı hücuma məruz qalıb. Daniel Pelleqrini adlı müğənni San-Pauloda konsert əsnasında güllələnib.

Qeyd edək ki, qarın nayihəsindən güllə yarası alan 20 yaşlı müğənni dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar yerli polis hələlik heç kimi həbs etməyib.

Romada "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılışı olub

altRomanın "Galleria d'Arte Consorti" sərgi salonunda "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılış mərasimi keçirilib.

Sərgidə gənc azərbaycanlı və italyan rəssamlar Şəhla Qəhrəmanova, Günay Həsənova, Nərminə Vəliyeva, İlariya Rezzi və Martina Donatinin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr etdikləri rəsm əsərləri nümayiş etdirilib.

Azərbaycan-İtaliya Assosiasiyasının sədri Paola Kazaqrande sərginin açılış mərasimini açıq elan edərək Nizami Gəncəvi dünyası və gənc rəssamların rəsm işləri barəsində iştirakçılara ətraflı məlumat verib, ölkələrimiz arasında mədəni əlaqələr və keçirilmiş çoxsaylı tədbirlər haqqında danışıb.

Mərasimdə çıxış etmiş Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilmiş mühüm islahatlar və uğurlu xarici siyasətin nəticəsində bu gün ölkəmizin güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider ölkəyə çevrildiyini qeyd edib.

გიგა ლორთქიფანიძე გარდაიცვალა

86 წლის ასაკში რეჟისორი გიგა ლორთქიფანიძე გარდაიცვალა. რეჟისორი ბოლო პერიოდში ავადმყოფობდა. ის სუნთქვის უკმარისობის დიაგნოზით რამდენიმე კვირის წინ რესპუბლიკურ საავადმყოფოშიც მოათავსეს. გიგა ლორთქიფანიძე 1927 წლის 19 ოქტომბერს, თბილისში დაიბადა.

ქართველი რეჟისორი რუსთაველისა და მარჯანიშვილის პრემიების ლაურეატი, თბილისის საპატიო მოქალაქე, საქართველოს თეატრის მოღვაწეთა კავშირის თავმჯდომარე იყო. ის 100-ზე მეტი სპექტაკლის და 4 ფილმის, მათ შორის "დათა თუთაშხიას" ავტორია. დაჯილდოებულია ღირსების ორდენით 1996 წელს.

ლედი გაგა გარდაიცვალა?

ტვიტერში პოპ-მომღერალი ლედი გაგა გარდაცვლილად გამოაცხადეს. ქსელის მომხმარებლებში აქტუალური გახდა თემა "RIP Lady Gaga", რაც თარგმანში ასე ჟღეს "მშვიდად განისვენე".

ქსელის მომხმრებლები კითხულობენ: ვინ მოიფიქრა ეს ხუმრობა და საერთოდ, რატომ "ასაფლავებს" ტვიტერი ცნობილ ადამიანებს? საერთოდ "დასაფლავების" თემა, როგორც სჩანს აქტუალურია.

არც თუ დიდი ხნის წინ, მიკრობლოგის მომხმარებლებმა მარგარეტ ტეტჩერის ნაცვლად, გარდაცვლილად მომღერალი შერი გამოაცხადეს, რომელიც საბედნიეროდ ცოცხალი და ჯანმრთელია. ასეთივე ინფორმაცია გავრცელდა მსახიობებზე ედი მერფისა და მარინა ვლადიზეც.

“Axali taoba” qəzetində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin Azərbaycana səfərindən bəhs edən yazı dərc olunmuşdur

Gürcüstanın nüfuzlu nəşrlərindən olan “Axali taoba”(“Yeni nəsil”) qəzetinin 7 iyun tarixli nömrəsində mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişarianın Azərbaycan Respublikasına rəsmi səfərinin yekunları barədə material dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, səfər çərçivəsində nazir Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir. Yazı müəllifi 30-dan çox ölkənin mədəniyyət nazirlərinin iştirak etdikləri və başlıca mövzusu “Çoxçeşidli dünyada sülh şəraitində birgə yaşama” olan Forumun Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində Prezident İlham Əliyevin nitqini xüsusi vurğulamışdır.
Qeyd olunur ki, nazirlər 2013-cü ilin iyul ayında Gürcüstanda azərbaycanlılar, Azərbaycanda isə gürcülər yaşayan bölgələrə gedib yerli əhali ilə görüşəcəklərini, gələcəkdə Xəzər və Qara dənizlər arasında turizm marşrutlarının açılacağı yerləri birgə nəzərdən keçirmək barədə razılığa gəlmişlər.
Gürcüstanlı nazirin Azərbaycana rəsmi səfəri zamanı bir sıra görüşlər keçirdiyi və Bakıda Müasir İncəsənət Muzeyinə baş çəkdiyi bildirilir.

Məşhurlar kosmosa hazırlaşır

Leonardo Di Kaprio ona 1,5 milyon dollarlıaq hədiyyə verən şəxsin də uzaq səfərə çıxa biləcəyini deyib

İngilis milyarderi Riçard Bransonun kosmos səfərinin ardınca daha 3 məhşür – gənc popçu Castin Biber, Hollivud ulduzları Leonardo Di Kaprio və Eşton Katçer kosmosa səfərə hazırlaşırlar. Onlara Riçard Bransonun “Virqin A-list” kosmos komandası yardım edəcək. Bu məqsədlə də onlar artıq “Virqin A-list” kosmos komandasına 250 min dollar pul ödəyiblər. 

Qeyd edək ki, Leonardo Di Kaprio bildirib ki, 1.5 milyon dollar məbləğındə hədiyyə verən bir şəxs onunla birgə kosmosa səfər edə bilər.

Təmsilçimiz müsabiqədə ikinci oldu

XI Türk Dili Olimpiadasında Azərbaycanı təmsil edən Ayxan Bünyadzadə ikinci yeri qazanıb.
Müsabiqəyə “Potpupri” türküsü ilə qatılan təmsilçimiz uğurlu çıxışı ilə yadda qalıb.
Qalib isə Bolqarıstanlı iştirakçı Martin Yordanob olub.
Ayxan Bünyadzadənin mükafatını millət vəkili Qənirə Paşayeva təqdim edib.

Saytda Axtarış

Son xəbərlər