Dalga Televiziyasi “Axali taoba” qəzetində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin Azərbaycana səfərindən bəhs edən yazı dərc olunmuşdur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4238
DünənDünən5535
Bu həftəBu həftə30888
Bu ayBu ay67509
Bu günə qədərBu günə qədər9209987

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Axali taoba” qəzetində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin Azərbaycana səfərindən bəhs edən yazı dərc olunmuşdur

Gürcüstanın nüfuzlu nəşrlərindən olan “Axali taoba”(“Yeni nəsil”) qəzetinin 7 iyun tarixli nömrəsində mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişarianın Azərbaycan Respublikasına rəsmi səfərinin yekunları barədə material dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, səfər çərçivəsində nazir Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir. Yazı müəllifi 30-dan çox ölkənin mədəniyyət nazirlərinin iştirak etdikləri və başlıca mövzusu “Çoxçeşidli dünyada sülh şəraitində birgə yaşama” olan Forumun Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində Prezident İlham Əliyevin nitqini xüsusi vurğulamışdır.
Qeyd olunur ki, nazirlər 2013-cü ilin iyul ayında Gürcüstanda azərbaycanlılar, Azərbaycanda isə gürcülər yaşayan bölgələrə gedib yerli əhali ilə görüşəcəklərini, gələcəkdə Xəzər və Qara dənizlər arasında turizm marşrutlarının açılacağı yerləri birgə nəzərdən keçirmək barədə razılığa gəlmişlər.
Gürcüstanlı nazirin Azərbaycana rəsmi səfəri zamanı bir sıra görüşlər keçirdiyi və Bakıda Müasir İncəsənət Muzeyinə baş çəkdiyi bildirilir.

Saytda Axtarış

Son xəbərlər