Dalga Televiziyasi Tbilisidə beynəlxalq ədəbiyyat simpoziumu keçirilir - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün411
DünənDünən1345
Bu həftəBu həftə11441
Bu ayBu ay8719
Bu günə qədərBu günə qədər7496936

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə beynəlxalq ədəbiyyat simpoziumu keçirilir - FOTO

Tbilisidə 18 ölkənin nümayəndələrinin iştirak etdiyi "Ədəbiyyatın müasir ənənələri" mövzusunda ənənəvi 9-cu simpozium başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir İvane Çavaxişvili adına Tiflis Dövlət Universitetinin və Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Tədbiri Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani açaraq 9 ildir ki, ənənəvi şəkildə keçirilən simpoziumun gürcü ədəbiyyatının klassiki, görkəmli Akaki Tsereteliyə həsr olunduğunu bildirib. Üç gün davam edən tədbirdə Gürcüstanın ali məktəblərində çalışan alimlərin və digər ölkələrdən gələn elm adamlarının məruzələri dinləniləcək. Bakı Slavyan Universitetinin filologiya elmləri doktoru, professor Flora Naciyeva APA-ya açıqlamasında 9-cu simpoziumun yaradıcı kollektivinə Azərbaycandan iki alimin daxil edildiyini bildirib: "Bu tədbirdə Azərbaycanı 9 nəfər elm adamı təmsil edir. Eyni zamanda mən və akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli 9-cu simpoziumun elmi komitəsinin üzvü seçilmişik. Tədbirdə Naxçıvan Dövlət Universitetindən, Bakı Slavyan Universitetindən , Azərbaycan Tibb Universitetindən, Trabzon şəhərindəki Qara Dəniz Universitetindən nümayəndələr iştirak edir". Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani APA-ya açıqlamasında tədbirə xaricdən 54 nümayəndə və Gürcüstanın bölgələri də daxil olmaqla 120 nəfər elm adamı iştirak etdiyini bildirib: "Bizim üçün Azərbaycan alimləri ilə əməkdaşlıq çox vacibdir. Biz yaxın aylarda birlikdə yeni layihələr həyata keçirəcəyik. Ümid edirəm ki, bizim birgə elmi əlaqələrimiz ümumi işimizə böyük elmi əhəmiyyət bəxş edəcək. Üç gün davam edəcək tədbirdə Azərbaycan alimlərinin hamısı müxtəlif elmi mövzularda çıxış edəcək". İ. Ratiani qeyd edib ki, o, noyabrın 27-28-də Bakıda ədəbiyyatşünaslığa həsr olunan elmi konqresdə Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunu bir paneldə təmsil edəcək: "Biz tədbirdə "Rustaveli və Nizami" mövzusunda olan layihə ilə çıxış edəcəyik".

Saytda Axtarış

Son xəbərlər