Dalga Televiziyasi Holivud ulduzundan Kıvanc Tatlıtuğa şok təklif
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün388
DünənDünən1348
Bu həftəBu həftə4083
Bu ayBu ay52779
Bu günə qədərBu günə qədər7480113

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Holivud ulduzundan Kıvanc Tatlıtuğa şok təklif

alt

Holivud ulduzu Rasl Krou həm rejissorluğunu edib, həm də baş rolunda oynayacağı “The Water Diviner” filmi üçün çəkiliş məkanı axtarmağa başlayıb. Məşhur aktyor filmin çəkilişlərini həyata keçirmək üçün uyğun məkanlar tapmaq məqsədilə bir neçə gündür ki, Türkiyəni qarış-qarış gəzir. 

Rasl əvvəlcə Ədirnə və Kapadokyaya baş çəkib. “Tvitter” sosial şəbəkəsində 1 milyondan çox təqibçisi olan aktyor Türkiyədə yaxşı vaxt keçirdiyini və bir çox aktyorla tanışdığını yazıb. “Bir həftədə 22 Türk filmi izlədim”- deyən oskar laureatı aktyor Türkiyənin məşhur şoumeni Cem Yılmazın “Yahşi Batı” filmini tərifləyib:

“Yahşi Batı”nı izləmisiz mi? Cem Yılmaz məni güldürdü. Çox axmaq və komik idi” 

Təqibçiləri ilə “Tvitter”də söhbət edən və Türkiyə səyahətindən danışan Krou bir təqibçisindən gələn “Kıvanç Tatlıtuğla tanış olmusuz?” sualına, “bəli, yaxşı adamdı, yaxşı aktyordu”-yazaraq cavab verib. 

Qeyd edək ki, məşhur aktyorun K.Tatlıtuğa öz filmində rol təklif etdiyi bildirilib. Kıvancın nə cavab verdiyi isə məlum deyil. 

Saytda Axtarış

Son xəbərlər