Dalga Televiziyasi Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Allahverdi Hümbətovun xatirəsi yad olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün93
DünənDünən3315
Bu həftəBu həftə6818
Bu ayBu ay16354
Bu günə qədərBu günə qədər7504571

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Allahverdi Hümbətovun xatirəsi yad olunub

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Allahverdi Hümbətovun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov tədbirdə Allahverdi Hümbətovun həyat və fəaliyyətindən söhbət açıb, ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş hərc-mərclik dövründə onun xalqın müdafiəsinə qalxdığını və ölkədə ayrı-seçkilik toxumu səpməyə, azərbaycanlıları doğma yurdlarından didərgin salmağa cəhd göstərənlərə qarşı haqq səsini ucaltdığını bildirib.

Qeyd edilib ki, Allahverdi Hümbətov gördüyü xeyirxah işlərlə yaddaşlarda əbədiləşib.

Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev Allahverdi Hümbətovun dövlət, xalq qarşısındakı böyük xidmətlərini vurğulayıb, onun ömür yolunun gənclərə örnək olduğunu qeyd edib.O vurğulayıb ki, Allahverdi Hümbətov 2004-2008-ci illərdə Gürcüstan Parlamentində burada yaşayan soydaşlarımızı ləyaqətlə təmsil edib.

Gürcüstanın sabiq birinci katibi Cumber Patiaşvili Allahverdi Hümbətovun həmişə xalqına başucalığı gətirdiyini, yüksək vətəndaşlıq nümunəsi göstərdiyini bildirib.

Diqqətə çatdırılıb ki, Allahverdi Hümbətov yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. O, dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülüb.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, onun müavini Kamandar İsmayılov ,Marneuli rayonunun Sadaxlı kəndindəki 1 nömrəli məktəbin direktoru İlham Xəlilov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları təcrübəli təsərrüfatçı, vətənpərvər, qayğıkeş ailə başçısı Allahverdi Hümbətovun xatirəsinin daim əziz tutulacağını qeyd ediblər.

Allahverdi Hümbətova həsr olunmuş “Dostluq Körpüsü ” kitabının ,eləcə də, AZTV-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlunun ssenari müəllifi olduğu gürcü və Azərbaycan dilində “Liderin məsuliyyəti ” filminin təqdimatı olub.

Sonda Natiq Hümbətov Allahverdi Hümbətovun xatirəsini əziz tutanlara ailə üzvləri adından minnətdarlığını bildirib.

Saytda Axtarış

Son xəbərlər