Dalga Televiziyasi Tiflisdə azərbaycanlı və gürcü gənclər forum keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün558
DünənDünən1073
Bu həftəBu həftə2046
Bu ayBu ay50742
Bu günə qədərBu günə qədər7478076

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə azərbaycanlı və gürcü gənclər forum keçirilib

Gürcüstan Gənclər və İdman Nazirliyində gürcü və azərbaycanlı gənclərin forumu keçirilib.

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə departamentinin rəisi Vaxtanq Asanidze, Marneuli Gənclər Mərkəzi idarə heyətinin üzvü Zaur Darğallı çıxış ediblər.

Tədbirdə nazirliyin gənclərlə bağlı hazırladığı 12 layihənin təqdimatı keçirilib. Gənclər və idman naziri Levan Kipiani gürcü və azərbaycanlı gənclərin görüşünü təşkil etdiyinə görə baş nazirin köməkçisi Savalan Mirzəyevə minnətdarlığını bildirib və forumun vacib olduğunu vurğulayıb: “Bizə çox şərəfdir ki, iki xalqın, iki ölkənin gəncləri bir araya gəliblər. Hər iki ölkə gənclərinin görüşü bizi qürurlandırır. Biz gələcəkdə hər iki ölkənin Gənclər və İdman Nazirliyi ilə birgə bir çox maraqlı layihələr həyata keçirəcəyik. Biz eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı layihələrə də start verəcəyik. Gürcüstan və Azərbaycan arasında illərdən bəri inkişaf edib möhkəmlənən tarixi dostluğumuz daha da inkişaf edəcək. Fürsətdən istifadə edib Azərbaycan gəncliyinin Yeni ilini təbrik edir, onlara sağlamlıq və xoşbəxtlik arzulayıram”.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında Gürcüstan və Azərbaycan strateji dostluğunun vacib və əhəmiyyətli olduğunu bildirib: “Azərbaycan və Gürcüstan sovet rejimindən çıxıb və bu strateji dostluq bizim üçün vacibdir. Biz ölkələrimizin inkişaf perspektivlərindən səmərəli istifadə etməliyik. Bizə eyni zamanda sovet dönəmindən konfliktlər miras qalıb və bu da mənfi haldır. Ümidvaram ki, gələcək nəsil bu  problemlərin həllində iştirak edəcək. Müasir gənclik azaddır və onlar öz ölkələrinin inkişafına töhfələr verirlər. Gürcüstanda milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası üçün çox işlər görülür. Biz eyni zamanda Xəzər və Qara Dəniz hövzəsinin resurslarından Avropaya və Avroatlantik məkana inteqrasiya üçün istifadə edəcəyik”.

Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev hər iki ölkə gənclərinin bir araya gəlməsini Azərbaycan və Gürcüstanda demokratiyanın inkişafının göstəricisi kimi qiymətləndirib: “Gürcüstanda hakimiyyət şəffafdır və bu tədbirdə iştirak edən nazirlərimiz bütün suallara cavab verməyə hazırdır. Gürcüstan hakimiyyəti milli azlıqların ölkənin tamhüquqlu vətəndaşı olması üçün hər şeyi edir. Etnik azlıqlar bilməlidir ki, Gürcüstanda demokratiya qurulur və bu demokratiyanın qurulmasında bizim də əməyimiz var”.

S.Mirzəyev 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə azərbaycanlıları təbrik edib.

 

alt

Sonda gənclər M.F.Axundzadənin ev muzeyində olub və Gürcüstan paytaxtının bir çox tarixi yerlərinə baxıblar.

Saytda Axtarış

Son xəbərlər