Dalga Televiziyasi Nobel mükafatı laureatı ATU-da olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1297
DünənDünən2998
Bu həftəBu həftə1297
Bu ayBu ay96265
Bu günə qədərBu günə qədər8457896

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nobel mükafatı laureatı ATU-da olub

altBu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək III Bakı Beynəlxalq Humanitar Forumu haqqında fikirlərini bildirib.

Forumda tibb elmi sahəsinə aid önəmli sessiyanın keçirildiyini bildirən rektor toplantıda molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri barədə faydalı müzakirələrin aparıldığını söyləyib.

Ada Yonat isə Azərbaycanda bu cür təhsil ocaqlarının mövcudluğuna sevindiyini bildirib. Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Sonda Ada Yonata ATU-nun fəxri diplomu təqdim olunub.

Saytda Axtarış

Son xəbərlər