Dalga Televiziyasi Tbilisidəki Azərbaycan mədəniyyət muzeyinin direktoru ilin mədəniyyət işçisi adına layiq görülüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün232
DünənDünən957
Bu həftəBu həftə9433
Bu ayBu ay47171
Bu günə qədərBu günə qədər7474505

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidəki Azərbaycan mədəniyyət muzeyinin direktoru ilin mədəniyyət işçisi adına layiq görülüb

alt “Əsrin ziyalıları” ictimai-siyasi birliyi Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanı ilin mədəniyyət işçisi adına layiq görüb.“Əsrin ziyalıları” ictimai-siyasi birliyinin üzvü Qüdrət Kazımova mükafatı təqdim edib. O qeyd edib ki, Leyla Əliyeva qısa vaxt ərzində muzeydə yaradılmış səliqə-sahmana, yüksək təşkilati işlərə və Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə barəsində müxtəlif maraqlı sənədlərin toplanmasında xidmətlərinə görə bu ada layiq görülüb.Tədbirdə iştirak edən Xəzər Universitetinin professoru Əli Hüseynov, alim Vaxtanq Toradze, fəlsəfə elmləri doktoru Raisa Robakidze və başqaları birliyin çox layiqli seçim etdiyini vurğulayıblar.

Sonda Leyla Əliyeva əməyinə verilən qiymətə görə minnətdarlıq edib, muzeyin Azərbaycan və gürcü xalqlarının dostluq mərkəzinə çevrilməsi, Gürcüstanda böyük mütəfəkkir M.F.Axundzadənin adının əbədiyaşar olması üçün bundan sonra da var gücünü sərf edəcəyini bildirib.

 

Saytda Axtarış

Son xəbərlər