Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün904
DünənDünən634
Bu həftəBu həftə7340
Bu ayBu ay52039
Bu günə qədərBu günə qədər7422513

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan sakinindən suyun altında dünya rekordu

Gürcüstan sakini Vako Marçilaşvili suyun altında Rubik kublarının quraşdırılması üzrə dünya rekordunu müəyyən edib.Marçilaşvili 1 dəqiqə 44 saniyəyə 6 Rubik kubunu müvəffəqiyyətlə yığa bilib.


Əvvəlki nailiyyət 2014-cü ildə qeydə alınmışdı. Amerikalı Entoni Bruksu 1 dəqiqə 18 saniyə ərzində 5 Rubik kubunu yığmağı bacarmışdı.

Gürcüstanın Londondakı səfirliyində anti-Gürcüstan şüarları söyləyən britaniyalı jurnalist saxlanılıb

Gürcüstanın Londondakı səfirliyinin binasında 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş vermiş hadisələrlə bağlı təşkil edilmiş sərgidə britaniyalı jurnalist Qrem Filips anti-Gürcüstan və anti-NATO şüraları söylədiyi üçün polis tərəfindən saxlanılıb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazriliyi məlumat yayıb.

Saxlanılan şəxslə bağlı Britaniya polisi araşdırmalara başlayıb.

Qeyd edək ki, 2008-ci il avqustun 7 və 8-də Rusiya ordusu Cənubi Osetiya və Abxaziya ərazilərinə girərək, Gürcüstan ordusunun həmin bölgələrdən çıxarıb. Həmin il avqutsun 26-da isə Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya respublikalarının "müstəqilliyini tanıyıb".

Tovuzda iki nəfər minaya düşüb

Tovuz rayonunda minaya düşənlərdən birinin ayağı amputasiya olunub.

Bu barədə açıqlamasında Tovuz Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov bildirilib.

Baş həkimin sözlərinə görə, baş verən hadisədən sonra xəstəxanaya çatdırılan 14 yaşlı mülki şəxs Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib:

"Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır. Ağır xəsarət alan digər şəxs, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti sabitdir. Müalicələri davam etdirilir".

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində iki nəfər mülki şəxs minaya düşüb.

Nazirlikdən hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Avqustun 8-i, axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Dünyanın ən pis — 5 QOXUSU

"Science Alert"elmi portalı alimlərin apardıqları təcrübələrə əsasən, düynanın ən pis qoxularının siyahısını tərtib edib.

Birinci yerdə hidrogen sulfid qoxusu gəlir. Belə qoxu iylənmiş yumurtada və Uran planetində mövcuddur. Astronomlar Uran planetində belə qoxunun olduğunu bir müddət əvvəl kəşf ediblər.

İkinci yerdə durian meyvəsidir. Onun tərkibində 44 aktiv aromatik birləşmə var. Bu iylər isə gah lax yumurta, gah da karamel qoxusu yayır. Bu yaxınlarda Avstraliya universitetində bir durian meyvəsi təxliyəyə səbəb olub. Onun qoxusunu qaz iyi ilə dəyişik salıblar.
Üçüncü yerdə Raffleziya Arnold gülünün qoxusudur. B gül meyit iyi və iylənmiş balıq qoxusu yayır. Bu qoxu sayəsində Raffleziya Arnold gülü tozlanmaq üçün həşəratları özünə cəlb edir.

 

Dördüncü yerdə ən pis qoxusu olan Vye Bulon pendiridir.

Beşinci yerdə isə kiçik qarışqayeyəndir. Alimlərin fikrinə görə, kiçik qarışqayeyən skunsdan bir neçə dəfə pis qoxu yayır. Belə qoxu onu yırtıcılardan qoruyur.

Gəncə hadisələrinin aktiv iştirakçısı olan şəxs Gürcüstana qaçarkən saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX)Azərbaycanın dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini da­vam et­dirir.

DSX-dən "Report"a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib. 

Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi”

Nigeriyada könüllü türk həkimlərin pulsuz göz müayinəsinə görmə əngəlli övladını gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

Dalga tv "Anadolu"ya istinadən xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarak əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəliklər mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə “Anadolu” agentliyinə danışıb.

"Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq", - Əlizadə deyib. 

"Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu, bizi duyğulandırdı", - deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra xoşbəxtlikdən ağlamağa başlayıb.

Azərbaycan nümayəndə heyəti Gürcüstanın Kvemo Kartli bölgəsində olub

Azərbaycanın Gəncə şəhərindən olan nümayəndə heyəti Gürcüstanda səfərdədir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nümayəndə heyəti Kvemo Kartli bölgəsində azərbaycanlıların ən çox yığcam yaşadıqları Marneuli rayonunda olublar.

Azərbaycan nümayəndə heyətinin üzvləri ilə Marneuli meriyasında görüş olub.

Meriyadan bildiriblər ki, görüşdə iki ölkənin regionları, eləcə də Azərbaycan ilə sərhəddə yerləşən Marneuli rayonu arasında əlaqələrin inkişaf perspektivləri, hər iki ölkənin turizm imkanları, qarşılıqlı əlaqələrin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, bu səfər və görüş "Goda icma təhsil mərkəzi”nin təşkilatçılığı ilə "Əməkdaşlıq və inkişaf naminə vətəndaş cəmiyyəti, Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrində turizmin inkişafı potensiyalının artırılması" layihəsi çərçivəsində reallaşıb.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Gəncə-Qazax və Kvemo Kartlidə beynəlxalq turistik marşrutunu yaratmaq, bölgədə əməkdaşlığı inkişaf etdirmək və mövcud potensialı artırmaqdır.

Azərbaycan nümayəndə heyəti bir həftə ərzində Kvemo Kartli bölgəsinin yeddi bələdiyyəsinin hər birinə səfər edəcək, bölgələrin turistik imkanları ilə tanış olacaq, eyni zamanda Azərbaycanın turizm potensialı, bölgənin iqtisadi imkanları barədə məlumat verəcəklər.

 

DİQQƏT! Addım başı qarşımıza çıxan “Fast food”lar TƏHLÜKƏLİDİR

Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir.

Bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər.

Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər. 

Mehman Məmmədov – Dönərçi: “Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir”.

Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir. 

 

Dilarə Nəcəfova – Sakin: "Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib".

Ərzaqların istifadə müddəti bəzi hallarda saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, 3 ay müddəti olan hər hansı məhsul temperatur uyğun olmadıqca 3 həftə müddətinə də xarab ola bilər. Bəs zəhərlənmə əlamətlərini necə müəyyən etmək olar?

Həbibə Mirzəyeva – Pediatr: "Ürək bulanır, göz qaralır, qarında kəskin sancı və tərləmələr. Bunlar hamısı zəhərlənmə əlamətləridir. Hazırki dövrdə qablaşdırılmış məhsullar düzgün, qaydasında saxlanılmadıqda zəhərlənmə verə bilər".

Həkimlər yay aylarında mümkün qədər tərkibi şübhəli olan yeməklərdən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə mövsümü meyvələr və tərəvəz yeməklərinə üstünlük vermək tövsiyyə olunur.

Qida Təhlükəsizliyi Agentliyindən energetik içkilərlə bağlı XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.

Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

 

"Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir".

Agentlikdən qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.

Gürcüstana səfər edənlər arasında azərbaycanlılar liderdir

Son yeddi ayda Gürcüstana edilən beynəlxalq səfərlərin çox hissəsi Azərbaycandan həyata keçirilib.

Bununla bağlı Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib. 

Azərbaycandan sonra bu siyahıda Rusiya, Türkiyə və Ermənistan gəlir. 

Son yeddi ayda Gürcüstana səfər edənlərin sayı 4 mln. 600 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artım deməkdir. 

Gürcüstana gələnlərin əksəriyyəti quru və hava nəqliyyatından istifadə edir. 

Son yeddi ayda əcnəbi turizmdən gələn gəlir 1 mlrd. 700 mln. dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz çoxdur.

Lerikdə meşə yanır

Lerikdə meşəlik ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Saytda Axtarış

Son xəbərlər