Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün950
DünənDünən2847
Bu həftəBu həftə950
Bu ayBu ay59111
Bu günə qədərBu günə qədər7486445

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Hava xəbərdarlığı - Leysan yağacaq, dolu düşəcək

Azərbaycanda mayın 19-a gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 19-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

ETSN xəbərdarlıq edir ki, mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Ötən il dekabrın 17-dən Fövqəladə Hallar Nazirliyinin(FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

Təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Təqvimdə Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək.

İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir.

Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. 

Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.

Gürcüstan ali məktəbinin festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Gürcüstanın Beynəlxalq Qara dəniz Universitetində ənənəvi Mədəniyyət festivalı keçirilib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival çərçivəsində ali məktəbdə təhsil alan xarici tələbələr öz ölkələrinin milli mədəniyyətlərini təqdim ediblər.


Universitetin həyətində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, Polşa, Çin, İsrail, Yunanıstan,Ukrayna və digər ölkələrin stendlərində milli geyimlər, əl işləri və mətbəx nümunələri sərgilənib.


Azərbaycan stendində çay mədəniyyəti, xalça nümunələri, mis qablar, Bakının görüntülərini əks etdirən fotoşəkillər nümayiş olunub. Tədbirin konsert hissəsində “Ceyran” rəqs ansamblının üzvləri Azərbaycan milli rəqslərini ifa edib.

 

Gürcüstan parlamentində azərbaycanlıların təhsil problemləri müzakirə olunub

Gürcüstanda səfərdə olan Milli Məclisin deputat qrupu qonşu ölkənin parlamentində növbəti görüş keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinin Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi ilə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstanda milli azlıqlar üçün olan “"+4" proqramının əhəmiyyətini qeyd edərək, bu proqram sayəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib.

Ə. Amaşov həmçinin Gürcüstan azərbaycanlılarını təhsil sahəsində narahat edən məsələlərə də diqqət çəkib. O, Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü dilinin tədrisinə diqqətin daha da artırılmasının vacibliyini qeyd edib.

M. Caşi isə öz növbəsində Azərbaycan dövlətinin Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərsliklərlə təminatında göstərdiyi dəstəyə görə təşəkkür edib. Komitə sədri qeyd edib ki, Gürcüstanda etnik azlıqların təhsil aldıqları məktəblərə gənc kadrların cəlb olunması və həmin məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

Görüşdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının hazırkı vəziyyəti də nəzərdən keçirilib və mədəniyyət ocağının binası ilə bağlı məsələnin tezliklə birgə səylərlə həll olunacağına ümid ifadə olunub.

Qeyd edək ki, Ə. Amaşovun başçılıq etdiyi deputat qrupuna millət vəkilləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov daxildir. Nümayəndə heyəti artıq Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava və parlament sədri İrakli Kobaxidze ilə görüşüb.

Siqaret kimi ziyanlı 4 QİDA

Dünya Səhiyyə Təşkilatı siqaret kimi ziyanlı ola biləcək qidaların siyahısını açıqlayıb. Dalga tv bu qidaların siyahısını və ziyanlarını oxucularına təqdim edir.

Xərçəngin qarşısını almaq üçün

Həkimlər bildirir ki, xərçəngin qarşısını almaq və xəstəliyi müalicə etmək üçün şəkər ehtiyacını bəhməz, xurma və əncir kimi qidalarla qarşılamaq lazımdır. Amma ifrata varmaq da olmaz. Bundan başqa tərkibində fruktoza olan qidalardan, palma yağından uzaq durmaq lazımdır. Əti gündəlik almaq, xüsusən də sosis və kolbasa kimi məhsulları nadir hallarda qəbul etmək lazımdır.

Sosis və kolbasa kimi ət məhsulları
Dünya Səhiyyə Təşkilatı bütün kolbasa, sosis kimi işlənmiş ət məhsullarını siqaret ilə eyni səviyyədə birinci kateqoriyada kanserogen elan edib. Bu qidaları hər gün qəbul edəndə xərçəng riski 20% artır.

Palma yağı zəhərdir
Həkimlər palma yağından uzaq durmağın vacibliyini qeyd ediblər:

“Palma yağı xərçəngli siçanlarda yayılmanı 8-10 dəfə artırır və xərçəng şişi çox sürətlə böyüyür”.

Bir maddənin xərçəngə səbəb ola bilməsi üçün müntəzəm olaraq qəbul edilməsi mütləqdir. Hər gün məruz qalanda immunitet sistemi mübarizə apara bilmir və orqanizmi təmizləyə bilmir. Bu səbəbdən heç olmasa həftədə bir dəfə qəbul etmək lazımdır.

Qırmızı ət gündə 100 qram, işlənmiş ətlər isə 50 qram qəbul edilə bilər. Hər gün qəbul etmək isə xərçəng riskini 20% artırır.

Qatıq
Təbii yollarla istehsal edilməyən və işlənmiş bütün qidalardan uzaq durmaq lazımdır. Qatıq qidaların tərkibindəki zəhəri tutaraq mənbələri yeniləyir. Xəmirli qidalardan (işlənmiş) uzaq durmaq lazımdır.

Şəkəri isə menyudan çıxarın. Əvəzində bal, meyvə və bəhməzdən istifadə edin. Amma bu qidalardan ifrat istifadə də ziyandır.

Qaradağda orta məktəbdə yanğın — 560 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib

Gürcüstanda Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyanın keçirilməsinin səbəbi 9 kənd sakininin otlaq sahələrindən istifadə edə bilməməsidir.

Aksiya iştirakçısı Qəzənfər Məmmədov bildirib ki, vaxtilə 4 minə yaxın ailə təsərrüfatına məxsus 200 hektarlıq otlaq sahələri hazırda "Arik Group" investisiya şirkətinin mülkiyyətindədir: "Şirkət mal-qaranın otlaq sahəsinə buraxılmasına icazə vermir. Mal-qaranı başqa otlaq sahələrinə aparmağa imkanımız yoxdur".

 

Digər aksiya iştirakçısı Alxan Quliyev isə deyib ki, otlaqların olmaması kəndin əsas problemidir: "Kəndin əsas problemləri vaxtında həll olunmalıdır. Məsələ ilə bağlı hökumətə dəfələrlə müraciət etsək də, problemimizə hələ heç kəs diqqət yetirmir".

Kənd sakinləri Saqareco rayon bələdiyyəsindən problemi həll etməyə çağırıb, əks halda kütləvi etiraz aksiyaları davam etdiriləcək.

Rayon rəhbərliyindən investor şirkətlə danışıqların aparıldığı bildirilib. 

Gürcüstanda Heydər Əliyevin 95 illiyi qeyd olunub

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi silsilə tədbirlərlə qeyd olunur.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, Marneuli rayonunun icra hakimiyyəti başçısı Temur Abazov, qonşu ölkənin Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri H.Əliyevin Tbilisidə yerləşən büstü önünə əklillər qoyublar.

H.Əliyevin xatirəsi Rustavi şəhərində də anılacaq. Şəhərdə Heydər Əliyev parkında ümummilli liderin abidəsi ziyarət olunacaq.

Tədbirlər çərçivəsində Tbilisinin Dirsi qəsəbəsində ağacəkmə aksiyası da keçiriləcək. Aksiya çərçivəsində rəmzi olaraq 95 ağac əkilərək Kür çayı qırağında xiyaban salınacaq.

Marneuli rayonunda da H.Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunacaq.

 

Sabah havanın temperaturu 30 dərəcəyə çatacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz ediləcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti təşkil edəcək.

 

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 25-30° isti təşkil edəcək. Yuxarı Qarabağ-  Xankəndi, ŞuşaXocalıXocavəndQubadlıZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, AğdamFüzuliCəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti təşkil edəcək.

Sabah Mərkəzi-Aran -Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman, çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 10-13° isti, gündüz 18-23° isti olacaq.

Hacıqabulda "Mercedes" və "Niva" toqquşub, 5 paytaxt sakini xəsarət alıb

Hacıqabuld baş verən ağır qəza nəticəsində xəsarət alan 5 nəfərin kimliyi bəlli olub.  APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakl-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı 99 GP 393 dövlət nömrə nişanlı avtomobillə "Niva" markalı 40 BF 306 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə  "Mercedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər - Bakı sakinləri, 1953-cü il təvəllüdlü Qasımova Rəhilə Məmməd qızı (reanimasiya), 1962-ci il təvəllüdlü İsmayılov Hətəm Kazım oğlu, 1962-ci il təvəllüdlü Mirzəyev Vidadi Əyyub oğlu, 1985-ci il təvəllüdlü Aslanov Amid Aslan oğlu və Quba sakini, 1977-ci il Cəlilov Hafiz Sabir oğlu xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. 

Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib. Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Saytda Axtarış

Son xəbərlər