Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün708
DünənDünən2847
Bu həftəBu həftə708
Bu ayBu ay58869
Bu günə qədərBu günə qədər7486203

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda polis rəisi qətlə yetirilib

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir.

O, soyuq silahla öldürülüb.

 

Gürcüstanın Daxili İşlər Nazirliyifaktla bağlı istintaq aparır.

Qətli törədən şəxs artıq saxlanılıb.

Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının üzvləri və ziyalılarla görüşüb. 

 
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilmiş görüşdə F. Muradov bildirib ki, azərbaycanlı ziyalılar Gürcüstan cəmiyyətində çox fəaldır: "Ziyalılarla görüşüb onların fikirlərini öyrənmək bizim üçün çox vacibdir. Gürcüstandakı azərbaycanlıların fəaliyyəti Azərbaycanda böyük diqqət və həssaslıqla izlənilir".
 
Komitə sədri deyib ki, Gürcüstanda azərbaycanlıların təmsil olunduğu 100-ə yaxın müxtəlif təşkilat var: "Bu göstəricinin çox və ya az olduğunu deyə bilmərəm. Gürcüstan azərbaycanlılarının birliyinə yenidən baxılmalıdır".
 
F. Muradov qeyd edib ki, Gürcüstan azərbaycanlılarının birliyinə müəyyən qüvvələr tərəfindən qəsdən problemlər yaradılır: "Gürcüstandakı azərbaycanlı ziyalı və ağsaqqallar buna qarşı çox ciddi addımlar atmalıdır. Komitə sədri kimi sizdən əsas gözləntilərimdən biri budur".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

alt

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.

Komitə sədri ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açıb, soydaşlarımızın bu dostluğun daha da möhkəmlənməsindəki rolundan danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, iqtisadi həyatında fəal rol oynayırlar.

Fuad Muradov Prezident İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açıb, bu səfərin də məhz dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirildiyini vurğulayıb. Bildirib ki, məqsəd azərbaycanlıların qayğıları ilə maraqlanmaq, Gürcüstan dövləti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara kömək göstərməkdir.

Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, jurnalist Akif Xansultanlı, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, rəy və təkliflər irəli sürüblər.

Komitə sədri Fuad Muradov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov azərbaycanlıların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Komitə sədri Marneulidəki “Çay evi”ndə şahmat məktəbinin, gənc istedadların əl işləri ilə tanış olub, əlillərə əlil arabaları təqdim edib.

Daha sonra F.Muradov Marneulinin Kəpənəkçi kəndində ustad aşıq Kamandar Əfəndiyevin Ev Muzeyində olub. Türkiyənin və Azərbaycanın Gürcüstandakı səfirlərinin də iştirak etdikləri tədbirdə Azərbaycan-Gürcüstan münasibətlərinə bir daha nəzər salınıb, əlaqələrimizin inkişaf perspektivlərindən danışılıb.

Fuad Muradov Marneulidə təşkil olunmuş iftar süfrəsində də iştirak edib.

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gecə saat 03.00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi "Mersedes" markalı "99 KT 616" dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları - 2000-ci il təvəllüdlü Xəqani və  2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı 1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı - 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 
MRX-dan APA-ya bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.

 


Balakən MRX-dan  bildirilib ki, yaralılardan 3 yaşlı Fatimə Məmmədova reanimasiya,  R. Seyidov və E. Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Gürcüstanda yeniyetmələrin qətli ilə bağlı daha bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər NazirliyiTbilisidə iki yeniyetmənin qətlinin təkrar istintaqı zamanı Baş Prokurorluğun əməkdaşı Mirzə Subelianini saxlayıb.

İstintaq müəyyən edib ki,  Mirzə Subeliani qətlin törədilməsi və Q.C.-nin cinayətlə əlaqəli olması barədə məlumatlı olsa da, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.   

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bir müddət əvvəl təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib. Bununla bağlı Tbilisidə keçirilən irimiqyaslı etiraz aksiyaların əsas tələbi ötən ilin dekabrında qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır.

 

Aksiyanın əsas təşkilatçısı olan qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze kütləvi aksiyanın baş nazir və hökumət istefa verənədək davam etdiriləcəyini bildirib.

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslər məhkəmədə bir-birini ittiham edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Rövşən Eynalov ifadə verib.

O bildirib ki, hadisə ilə bağlı saxlanılan avtomobil Şamaxı Rayon Polis Şöbəsinə gətirilib. Şahid deyib ki, avtomobilin kimə məxsus olduğunu bilməyib.

 

Digər şahid Samux Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Mirzəyev deyib ki, Samuxda Ş. Əkbərovun qızı üçün ev tikilib: "Evin tikilməsi üçün Şücayət Əkbərov sifariş verib. Evin tikintisi üçün materialları Şücayət və Ələddin tərəfindən alınıb. Evin tikintisinə təxminən 80 min manata yaxın pul xərclənib. Evin tikilməsi üçün torpaq sahəsi Şücayət Əkbərovun qızı Cəmiləyə icra başçısı tərəfindən hədiyyə olunub. Həmin mənzil Şücayət Əkbərovun qızı üçün tikilib".

Qismət Abışov bildirib ki, traktor almaq üçün zərərçəkmiş Dəyanət Cəfərov tərəfindən pul ödənilib. Şahid deyib ki, həmin pulla alınan texnikanı şəxsi təsərrüfatı üçün işlədib: "Şücayətin də, mənim də adıma alınan traktorların pulunu Dəyanət Cəfərov verib".

Ş. Əkbərov isə buna etiraz edərək, özünün adına alınan traktorun pulunu ödədiyini deyib.

Şamaxı rayon Mədrəsə kəndinin Bələdiyyə sədri Asim Bayramov ifadəsində deyib ki, özünə məxsus 12 sot torpaq sahəsini Ş. Əkbərova 5 min manata satıb.

Zərərçəkmiş Dəyanət Cəfərov isə qeyd edib ki, həmin kənddə 50 hektar sahəni Ş. Cəfərov ona 80 hektar adı ilə satıb.

Prosesdə təqsirləndirilən Ş. Əkbərovla digər təqsirləndirilən Aqşin Hüseynov arasında mübahisə düşüb, onlar bir-birlərini təhqir ediblər. Buna görə A. Hüseynov zaldan çıxarılıb.

Sonra şahid Habil Bayramov ifadə verib. O deyib ki, özünə məxsus 4 hektar torpaq sahəsini 2 min manata Aqşin Hüseynova satıb.

Daha sonra prosesdə iki şahid dindirilib. Məhkəmə şahidlərin ifadəsində ailə sirri olduğuna görə, prosesin qapalı keçirilməsinə qərar verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Gürcüstan azərbaycanlıları “Soyqırıma son” şüarı ilə aksiya keçirib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda "Qüds günü" ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, aksiya Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə Marneulinin İmam Əli məscidinin önündə baş tutub.

"Soyqırıma son!" şüarı altında keçirilən aksiyada iştirakçılar dünyada müsəlmanlara qarşı haqsızlıqlara və zülmə qarşı etiraz bildirib və İslam dünyasını birlikdə mübarizə aparmağa çağırıblar.

Aksiyada həmçinin Gürcüstan və Azərbaycanın işğal altında olan ərazilərində törədilən soyqırım cinayətləri də qınanılıb.

Sumqayıtda yaşayış binasında yanğın — 11 nəfər təxliyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.

Məlumatı FHN yayıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb. 

Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatının məzarı abadlaşdırılıb

Gürcüstanda müsəlman dünyasında ilk qadın deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevanın məzarı abadlaşdırılaraq üstündə qəbirüstü abidə qoyulub.

APA-nın yerli bürosunun məlumatına görə, Qardabani rayonunun Qaracalar kəndində abidənin açılış mərasimi keçirilib. Qəbirüstü abidə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının dəstəyi ilə qoyulub. 

Mərasimdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, qubernator müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.

 

Qeyd edək ki, P. Sofiyeva 1918-ci ildə bitərəf millət vəkili kimi Gürcüstan Demokratik Respublikasının parlamentinə seçilib. O, dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın hesab olunur. P. Sofiyeva 1951-ci ildə vəfat edib və onun məzarı bu günə qədər baxımsız vəziyyətdə olub.

Gürcüstan hökumətinə qarşı ayaqqabı aksiyası keçirilib

Tbilisidə, Gürcüstanın hökumət administrasiyasının binası qarşısında simvolik etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, "Məni öldürmə" etiraz aksiyasını dəstəkləyən gənclər binanın önünə 200-ə yaxın köhnə ayaqqabı düzüblər.

Aksiya təşkilatçıları ötən ilin dekabrında Tbilsinin Xorava küşəsində qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaqın şəffaf aparılması və iyunun 10-na qədər konkret addımların atılmasını tələb ediblər. Onlar bildiriblər ki, həmin vaxta qədər addım atılmasa, xalq hökuməti köhnə ayaqqabı kimi dəyişəcək.

Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.

"Saat 21.50-də (Bakı vaxtı ilə 22.50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub", - deyə qurumdan bildirilib.  

Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub

"Gürcüstan hava yolları” aviaşirkəti etiraz aksiyası keçirəcə

"Gürcüstan hava yolları" aviaşirkəti etiraz aksiyası elan edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  buna səbəb şirkətin Tbilisi hava limanını idarə edən Türkiyənin “TAV Urban Georgia” şirkəti ilə aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı bir ildən çoxdur apardığı danışıqların nəticə verməməsidir.

“Gürcüstan hava yolları”nın yaydığı xüsusi bəyanatda "TAV Urban Georgia” şirkətinin Gürcüstanı tərk etməsi tələb olunub: “Biz bunu tələb etməyə məcburuq. Əks halda "TAV Urban Georgia” bizim hava limanlarını 2027-ci ilə qədər idarə edəcək”.

 

Şirkət nümayəndələri etiraz aksiyasını bu həftənin sonunda Tbilisi hava limanının ərazisində keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Gürcüstanın Tbilisi və Batumi hava limanlarının idarə olunması 2027-ci ilə qədər “TAV Urban Georgia” şirkətinə həvalə olunub.

"Gürcüstan hava yolları" şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Özəl aviaşirkətdə 500-dən çox işçi çalışır.

"Gürcüstan hava yolları" iddia edir ki, şirkətin aviabiletlərinin qiyməti “TAV Urban Georgia” tərəfindən  irəli sürülmüş şərtlərə görə yüksəkdir.

Saytda Axtarış

Son xəbərlər