Dalga Televiziyasi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1045
DünənDünən2380
Bu həftəBu həftə3425
Bu ayBu ay38728
Bu günə qədərBu günə qədər7409202

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

alt

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.

Komitə sədri ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açıb, soydaşlarımızın bu dostluğun daha da möhkəmlənməsindəki rolundan danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, iqtisadi həyatında fəal rol oynayırlar.

Fuad Muradov Prezident İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açıb, bu səfərin də məhz dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirildiyini vurğulayıb. Bildirib ki, məqsəd azərbaycanlıların qayğıları ilə maraqlanmaq, Gürcüstan dövləti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara kömək göstərməkdir.

Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, jurnalist Akif Xansultanlı, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, rəy və təkliflər irəli sürüblər.

Komitə sədri Fuad Muradov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov azərbaycanlıların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Komitə sədri Marneulidəki “Çay evi”ndə şahmat məktəbinin, gənc istedadların əl işləri ilə tanış olub, əlillərə əlil arabaları təqdim edib.

Daha sonra F.Muradov Marneulinin Kəpənəkçi kəndində ustad aşıq Kamandar Əfəndiyevin Ev Muzeyində olub. Türkiyənin və Azərbaycanın Gürcüstandakı səfirlərinin də iştirak etdikləri tədbirdə Azərbaycan-Gürcüstan münasibətlərinə bir daha nəzər salınıb, əlaqələrimizin inkişaf perspektivlərindən danışılıb.

Fuad Muradov Marneulidə təşkil olunmuş iftar süfrəsində də iştirak edib.

Saytda Axtarış

Son xəbərlər