Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1161
DünənDünən2847
Bu həftəBu həftə1161
Bu ayBu ay59322
Bu günə qədərBu günə qədər7486656

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Alma bu xərçəng növündən qoruyur. Hər gün yeyin!

Polşa alimləri araşdırma zamanı aşkar ediblər ki, alma kolorektal xərçəngdən (yoğun bağırsaq xərçəngi) qorunmaq üçün ən yaxşı məhsuldur.

Kolorektal xərçəng ən yayılmış xərçəng növlərindən biridir.

 Alma flavonoidlərlə zəngindir. Flavonoidlər güclü antioksidantlardır. Onlar hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və bununla da sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin qarşısını alır.

Bundan əlavə alma pektinlər və qidalı liflərlə zəngindir ki, bu maddələr bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır. Nəzərinizə çatdıraq ki, xroniki qəbizlik kolorektal xərçəngin ciddi risk faktoru sayılır.  

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislərin fikrinə görə, gündə 2 və bundan çox alma yemək kolorektal xərçəngin riskini 50% azaldır. Almanın qabığında flavonoidlər daha çoxdur və bu səbəbdən alimlər almanı qabıqlı şəkildə yeməyi tövsiyə edirlər.

Təəssüf ki, məhz alma qabığında pestisid və s. ziyanlı maddələr toplanır. Almaları yedikdən əvvəl adi soda məhlulunda saxlamaqla (1 l su+ 1 x.q. soda) bu ziyanlı maddələrin miqdarını xeyli azaltmaq mümkündür.

Həmçinin mütəxəssislər hər gün 1 almanın çəyirdəklərini də yeməyi tövsiyə edir. Bu çəyirdəklərin tərkibində olan maddələr qalxanavari vəzi üçün faydalıdır və orqanizmə xərçəng əleyhinə təsir edir.

Yardımlıda meşə yanır

Türkiyədə iyulun gəlişi ilə artan temperatur Şanlıurfa əyalətinin Sivərək rayonunda açıq havada 61 dərəcəyə çatıb.

Yüksək temperatur 12:00-17:00 aralığında qeydə alınıb.

Mütəxəssislər bu saatlarda çölə çıxmamaqla bağlı əhaliyə xəbərdarlıq edib.

Kölgədə isə temperatur 55 dərəcə civarında olub.

 

Tbilisidə Azərbaycan vətəndaşlarının ölümünə səbəb olmuş sürücü saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyibu gün səhər saatlarında Tbilisidə Azərbaycanın üç vətəndaşının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzanın törədilməsində günahkar olan marşrut taksisinin sürücüsü saxlanılıb.

Sürücünün alkoqollu içkinin təsiri altında olduğu müəyyən edilib. Qəza zamanı o da xəsarət alıb. Hazırda sürücü polis mühafizəsinin altında xəstəxanada müalicə olunur. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

 

Azərbaycanın Gürcüstandakı səfirliyindən qəza nəticəsində ölən şəxslərin Azərbaycan vətəndaşları olduğu təsdiqlənib.

Qeyd edək ki, qəza zamanı iki minik maşını və marşrut taksisi toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İspaniyada erməni-gürcü kriminal qruplaşmanın 129 üzvü yaxalanıb

İspaniyada Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ilə birgə həyata keçirilmiş "Kuşi 2" adlı genişmiqyaslı xüsusi əməliyyat zamanı erməni-gürcü kriminal qruplaşmasının 129 üzvü saxlanılıb.


APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN-in nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, "İnterpol" və "Avropol"un da cəlb olunduğu xüsusi əməliyyat zamanı cinayətkar qruplaşmaya üzv olan əsasən erməni əsilli 7 "qanuni oğru" da yaxalanıb: "Saxlanılan şəxslər arasında 1971 və 1974-cü il təvəllüdlü etnik gürcü olan iki Gürcüstan vətəndaşı da var".


Erməni-gürcü cinayətkar qruplaşmasının üzvləri narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pul yuma, evlərdən oğurluq, qanunsuz ticarət, tütün qaçaqmalçılığı, qanunsuz silah saxlanması, sənədlərin saxtalaşdırılması, dələduzluq, şantaj və digər bu kimi cinayət əməllərində təqsirli bilinirlər.

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində  sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

 

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

Qeyd edək ki, iki gün öncə Tbilisi hava  limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

Ay tutulması baş verəcək

"Bu il iyulun 27-dən 28-ə keçən gecə Ay tutulması baş verəcək".

Bunu Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

O, bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yer qarşıdurması hadisəsi də baş verəcək.

 

X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: "Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək".

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

 

Xərçəng xəstəliyinin yaranmasının — ƏSAS SƏBƏBLƏRİ

Xərçəng xəstəliyinin yaranma hallarından 40 faizindən çoxu zərərli vərdişlərlə və həyat tərzi ilə əlaqədardır.

 Amerika Onkologiya Cəmiyyətinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkmək xərçəng üçün ən böyük riskdir. Onkoloji halların yaranmasının 19 faizi və ölüm hallarının 29 faizi bu vərdişin payına düşür.

 

Xərçəngin yaranma riskinin 7 faizi, ölüm hallarının 6 faizi isə artıq çəkidəndir.

Bunlardan başqa, spirtli içkilər, ultrabənövşəyi şüaların təsiri və aşağı fiziki fəallıq da bu xəstəliyin riskini artırır.

Albalı bu xəstəliklər zamanı faydalıdır

lbalı ən faydalı giləmeyvələrdən biri sayılır. Həqiqətən bu giləmeyvə çox zəngin kimyəvi tərkibə sahibdir.

Albalı A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngindir.  

Saglamolun.az albalının faydalı xüsusiyyətlərini təqdim edir:

1. Albalı artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır.

2. Tərkibində C vitamini, maqnezium, antosian və kumarinlər olduğuna görə albalı ürək və damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır.

3. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır.

4. Maqnezium və B qrupu vitaminləri ilə zəngin olduğundan albalı  sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləməyə kömək edir.

5. Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır və bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır.

6. Albalı qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı kömək edir.

7. Albalı orqanizmdə iltihabları azaldır, görməni yaxşılaşdırır.

Tbilisi azərbaycanlılarını narahat edən məsələlər şəhər rəhbərliyinin diqqətinə çatdırılıb

alt

Gürcüstanın paytaxtı Tbilisi şəhər Sakrebulosunun (şəhər məclisi) sədri Giorgi Tkemaladze Milli azlıqların koordinasiya şurasının üzvləri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Tbilisidə yaşayan azərbaycanlıları narahat edən bir neçə məsələ şəhər rəhbərliyinin diqqətinə çatdırılıb.


Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva bildirib ki, görüşdə Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə bağlı məsələ qaldırılıb: “Teatrla bağlı məsələnin ayrıca görüşdə müzakirə olunması qərara alındı. Bununla yanaşı, Tbilisidə Botanika bağında görkəmli azərbaycanlıların panteonuna aparan yollarda göstərici nişanların quraşdırılması təklif olundu”.


G. Mustafayeva qeyd edib ki, şəhər rəhbərliyinə Tbilisidə Petriaşvili küçəsi 48 ünvanında yaşayan və evlərindən çıxarılma təhlükəsi ilə üzləşmiş beş azərbaycanlı ailənin də vəziyyəti barədə ətraflı məlumat təqdim olunub. 


Tbilisi şəhər Sakrebulosu paytaxtın azərbaycanlı sakinlərini narahat edən məsələləri diqqətdə saxlayacağını bildirib.

 

Gürcüstanda zəlzələ olub

alt

Gürcüstanda 4,3 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar bu gün saat 09:30 radələrində Kutaisi şəhərində 5 kilometr dərinlikdə qeydə alınıb.


Dağıntılar barədə məlumat yoxdur.

Salyanda yük avtomobilinin sürücüsü bacısını və onun 4 yaşlı oğlunu vurub, uşaq ölüb

Salyanda yük avtomobilinin sürücüsü ehtiyatsızlıqdan bacısını və 4 yaşlı oğlunu vurub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə bacısı -1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı - Əli Sahil oğlu Məmmədovu vurub. Uşaq hadisə yerində ölüb, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerində olan müstəntiqin bildirdiyinə görə,  4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında  qalıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.   

Tbilisidə görkəmli azərbaycanlıların panteonuna aparan yol bərpa olunur

Gürcüstanın paytaxtı Tbilisidə Milli Botanika Bağında bir sıra infrastruktur layihələrin icrasına başlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihələr çərçivəsində bağ ərazisində yerləşən görkəmli azərbaycanlıların panteonuna aparan əsas marşrut yollardan biri bərpa olunacaq.


Tbilisi meri Kaxa Kaladze Botanika bağı ərazisində həyata keçiriləcək layihələrlə tanış olub. Bağda reallaşdırılacaq infrastruktur layihələr "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Kartu" fondu tərəfindən maliyyələşdirilir. 


Milli Botanika Bağının direktoru Tamaz Darçidze infrastruktur layihələrinin bir hissəsinin bu ilin sentyabr ayının sonuna yaxın başa çatdırılacağını bildirib. 

 


Qeyd edək ki, Tbilisidə azərbaycanlıların panteonunda Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər görkəmli şəxslər dəfn olunub.

Saytda Axtarış

Son xəbərlər