Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1025
DünənDünən2847
Bu həftəBu həftə1025
Bu ayBu ay59186
Bu günə qədərBu günə qədər7486520

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Tbilisidə metro işçilərinin tətili təxirə salınıb

Tbilisi Metropoliteninin əməkdaşları bu günə elan etdikləri tətili təxirə salıblar.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Birlik 2013" müstəqil həmkarlar ittifaqından bildirilib ki, Tbilisi Nəqliyyyat Şirkətinə metro işçilərinin maaşlarının artırılması tələbinin yerinə yetirilməsi üçün 30 gün vaxt verilib.


Müddətin bitməsindən sonra metropoliten rəhbərliyi və Tbilisi meriyası tələbi yerinə yetirməsə, metro işçiləri tətilə başlayacaq.
 

Qeyd edək ki, Tbilisi metropoliteninin əməkdaşları əmək haqlarının 45%-dək artırılmasını tələb edirlər. Tbilisi meriyası onların bu tələbini yerinə yetirməkdən imtina edib. Tbilisi metrosu hər gün təxminən 290 min sərnişinə xidmət göstərir.

Goranboyda ağır yol qəzası: Ölən və yaralılar var

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

 Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Goranboy rayonunda,  Xan Qərvənd kəndinə gedən yolda "Niva" və "Toyota Land Cruiser"markalı minik avtomobilləri toqquşub.

Tbilisidə azərbaycanlı və erməni gənclərin iştirakı ilə aksiya keçirilib

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Gənclər sülh hökm sürən Qafqaz naminə" şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Aksiya iştirakçıları əllərində 3 dildə "Gənclər Qafqazda sülh istəyir!", "Sülh və gələcək naminə", "Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir", "Yeni nəsil sülhü seçir!" şüarları tutaraq bölgədə müharibə əleyhinə olduqlarını nümayiş etdiriblər.

Aksiyaya Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də dəstək olub.

Gürcüstanda meşə yanğını lokallaşdırılıb

Gürcüstanın Borjomi rayonunun Sakire kəndi yaxınlığında baş vemiş meşə yanğını lokallaşdırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Samtsxe Cavaxeti bölgəsinin meşə xidmətindən bildirilib. Qeyd olunub ki, yanğının aradan qaldırılması üzrə işlər davam etdirilir və axşam saatlarına qədər yanğın tam söndürüləcək.

Gürcüstanın Daxili İşlər Nazirliyi fakt üzrə istintaqa başlayıb.

Qeyd edək ki, Sakire kəndi yaxınlığında meşədə yanğın ötən gün axşam saatlarından başlayıb. Relyefin çətinliyindən yanğınsöndürənlərin yanğın ocaqlarına yaxınlaşması mümkün olmayıb. Yanğının baş verdiyi sahənin təxminən 5-6 min min kv. metr təşkil etdiyi bildirilib.

Mayın ilk gününə olan hava proqnozu

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Onları yeməklərə qatmayın – XƏSTƏLİK YARADIR

Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatırıq.

Bu bulyonlar yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir. Ailem.az bir çox xəstəliyə səbəb olduğu deyilən ət və toyuq bulyonlarının sağlamlığa zərərini sadalayır.

Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında parkinson, epilepsiya, köklük və alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.

MSG nədir?

MSG ləzzət artırıcı təsiri olan bir məhsuldur. Çin duzu olaraq bilinən bu məhsul çox istifadə edildiyi təqdirdə sinir hüceyrələrinə zərər verir, qaraciyəri zədələyir.

MSG həmçinin aşağıda sadalanan sağlamlıq problemlərinə yol açır:

- Sinir hüceyrələrinə zərər verir

- Yağ yığıntısı ilə birlikdə köklük, qaraciyər zədəsi, diabet, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.

- Epilepsiya (sara) xəstəliyinə səbəb olur.

- Mərkəzi sinir sisteminə zərər verərək alzheimer, parkinson, huntinqton xəstəliklərinin yaranmasına səbəb olur.

Hamiləlikdə zərərlidir

Tərkibində MSG olan məhsullar arasında çips, ət bulyonları, dondurma, hazır şorba və rəngli yoqurtlar yer alır. Bu məhsulların, xüsusilə, hamiləlik dövründə istifadəsi çox təhlükəlidir. Hamiləlkdə bu məhsuldan istifadənin ən böyük zərəri plasentanı keçərək, birbaşa uşağa zərər verməsidir.

Gürcüstan və Ermənistan arasında yeni körpünün inşasına başlanılır

alt

Gürcüstan və Ermənistan respublikaları arasında yeni körpünün tikintisinə başlanır.
 

APA-nın yerli bürosunun Gürcüstanın Yollar Departamentinə istinadən verdiyi xəbərə görə, Dostluq körpüsü adlandırılan körpünü inşa edəcək şirkət artıq müəyyənləşib. Körpü Baqrataşen-Sadaxlı sərhəd-keçid məntəqəsi ərazisində, Debed çayı üzərində tikiləcək. Tikinti üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstana 6 mln. avro məbləğində kredit ayırıb. Layihəyə ayrılacaq kreditin 50%-ni Gürcüstan, digər 50%-ni isə Ermənistan ödəyəcək.


Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İrakli Karseladze və AYİB-in layihə rəhbəri Andrey Maksimoviç arasında keçirilmiş görüşdə layihənin detalları nəzərdən keçirilib.
 

Qeyd edək ki, körpünün inşası ilə bağlı müqavilə bu ilin yanvarında Yerevanda imzalanıb. Tikintinin İran şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilib. 

 

Tbilisidə metronun fəaliyyəti dayana bilər

Tbilisidə metropoliten işçiləri əmək haqlarının artırılması tələbi ilə may ayının 3-dən etibarən tətilə çıxa bilərlər.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə "Birlik 2013" müstəqil həmkarlar ittifaqının keçirdiyi aksiyada elan olunub.
 

İttifaq üzvləri bildiriblər ki, tələb mayın 3-dək yerinə yetirilməsə, metronun fəaliyyəti tamamilə dayanacaq. Onlar şəhər sakinlərinə metronun fəaliyyət göstərməyəcəyi təqdirdə yaranacaq problemləri özündə əks etdirən flayerlər paylayıblar. 
 

Qeyd edək ki, Tbilisi metropoliteninin işçilərinin orta aylıq əmək haqqı 1038 lari (421 dollar) təşkil edir. Metro işçiləri saatlıq əmək haqlarının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. 
 

 

Tbilisi metropoliteni əməkdaşlarının maaşları 2013-cü ildən artırılmır. Ötən həftə metro işçiləri, Tbilisi Nəqliyyat Şirkəti və Tbilisi meriyası arasında keçirilmiş görüşdə əmək haqlarının artırılması ilə bağlı razılıq əldə olunmayıb.  
Tbilisi metrosu hər gün təxminən 290 min sərnişinə xidmət göstərir. 

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzinin yaradılması imkanları nəzərdən keçiriləcək.

Bu barədə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycanın ali məktəblərinin rektorları arasında Bakıda keçirilmiş görüşdə müzakirə aparılıb.

Görüşdə Gürcüstan və Azərbaycan universitetləri arasında işçi qrupun yaradılmasına dair razılıq əldə olunub. İşçi qrup iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Qrupa Gürcüstan tərəfindən Qafqaz Universitetinin prezidenti Kaxa Şengeliya başçılıq edəcək.

İşçi qrupunun ilk görüşünün yaxın vaxtlarda Gürcüstanda keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, bu il Tbilisidə Avropanın bir sıra ali məktəbində gürcüşünaslıq mərkəzlərinin yaradılması barədə memorandumlar imzalanıb.

 

Ən sağlam qidalar müəyyən edildi

Mütəxəssislər bu qidalardan yeməyi məsləhət görür.

Alimlər apardıqları araşdırmalardan sonra insanların sağlam olması üçün vacib olan qidaların siyahısını açıqlayıblar.

Dalga tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma üçün badam yemək məsləhətdir. Bu qida ürək, qan-damar sistemi və şəkərli diabet xəstəliyinə xeyirlidir.

Cəfəri də xeyirli qidalar sırasındadır, sümük, diş sağlığı üçün çox xeyirlidir.

Mandarın A vitamini ilə zəngin xeyirli qidadır. Balqabaq tumu da daxilində dəmir zənginliyi ilə və vitaminləri ilə seçilir.

Şəkər çuğunduru, zəncirotu, yaşıl soğan, qırmızı kələm, pul bibər, brokkoli, kərəviz məhz tərkibində vitaminlə zəngin olduğu üçün ən xeyirli qidalar sırasındadır.

Mütəxəssislər bu qidalardan yeməyi məsləhət görür.

Gürcüstanda erkən nikahların yalnız azərbaycanlılar arasında yayılmadığı məlum olub

Gürcüstanda erkən nikahların yalnız ölkədə yaşayan azərbaycanlılar arasında yayılmadığı məlum olub. 

APA-nın yerli bürosunun məlumatına görə, bu, BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin apardığı araşdırmada əksini tapıb. Araşdırma nəticəsinə əsasən, erkən nikahlar əvvəllər düşünüldüyü kimi nə ənənə, nə də etnik qruplarla bağlıdır, bu cür hallar Tbilisi də daxil olmaqla bütün ölkə üzrə şəhər və kəndlərdə yayılıb.  

BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirib ki, erkən nikahlarla bağlı təcrübə əsasən, bu halları təşviq edən və ölkədə yayılmış stereotip gender normalarından asılıdır. 

Qubaya 55 sm hündürlüyündə qar yağıb

Qubanın ucqar dağ kəndlərinə qar yağıb.

Ötən günün ikinci yarısından başlayan güclü yağış gecə saatlarında qar ilə əvəzlənib.

Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatır.

Saytda Axtarış

Son xəbərlər