Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1177
DünənDünən2847
Bu həftəBu həftə1177
Bu ayBu ay59338
Bu günə qədərBu günə qədər7486672

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Tbilisidə qətlə yetirilmiş yeniyetmənin atası hökumətə iyunun 10-na qədər vaxt verib

Tbilisidə ötən ilin dekabrında qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze istintaqın obyektiv aparılması üzrə əhəmiyyətli addımların atılması üçün hökumətə iyunun 10-na qədər vaxt verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Z. Saralidze baş nazir Giorgi Kvirikaşvili ilə görüşdən sonra bildirib.

O deyib ki, həmin günə qədər etiraz aksiyası davam etdiriləcək: "Mənim mövqeyim ondan ibarətdir ki, sistem dağılmalıdır. Bu tələb əhəmiyyətli addımlar atılmayana qədər dəyişməz qalacaq".

G. Kvirikaşvili həmçinin qətlə yetirilmiş digər yeniyetmənin atası Davit Dadunaşvili ilə də görüşüb. 

Soda xərçəng xəstəliyindən xilas edə bilər

Soda xərçəng xəstəliyindən xilas edərək, kimya terapiyası zamanı effektivliyi artıra bilər. Bu qənaətə Lüdviq Universitetinin xərçəng üzrə tədqiqatçı alimləri gəliblər.

Bu barədə EurekAlert yazır.

Mütəxxəsislərin sözlərinə görə, suda qarışdırılmış sodanın istifadə edilməsi xərçəng toxumalarını müaliyəcəyə daha həssas edir.

Şiş böyüyən zaman onun ətrafına oksigen daxil olmur, nəticədə isə turşuluq artır. Soda isə turşuluğu neytrallaşdırır.

Bakıda güclü yanğın

alt

Bakının Binəqədi rayonu ərazisində yanğın təkər tullantıları sexində qeydə alınıb.

Bu barədə FHN-dən daxil olan məlumatda bildirilir.

Hazırda qurumun yanğın bölmələri alovun qarşısını almağa çalışır.

alt

alt

https://player.baku.tv/embed/1518

Gürcüstanda güclü leysan fəsadlar törədib

Gürcüstanda səhər saatlarından yağan güclü leysan Rustavi şəhərində problemlər yaradıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, şəhərin əsas küçə və prospektlərini su basıb.

Rustavinin mərkəzində yollar avtomobillərin hərəkəti üçün keçilməz olub.

Şəhərdə yağış yağmaqda davam edir.

Bakıda 21 yaşlı oğlan nişanlısını öldürdü - ÜZÜYÜ QAYTARDIĞINA GÖRƏ

Bakının Sabunçu rayonunda ana və qızını güllələyən şəxs həbs edilib.

Balaxanı qəsəbə sakini, 1997-cu il təvəllüdlü Sabir Qədimov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.

 

Cinayəti törədən Sabir Qədimovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bildirib ki, ailəsi bir neçə gün əvvəl Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub. Bu səbəbdən mayın 31-də, axşam saatlarında Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.

Sabir Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.

Aytən Cəfərova ilə mübahisədən sonra Sabir Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək, geri dönüb, Aytənlə yenidən mübahisə edib. O, tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçirib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Gürcüstanda yeniyetmələrin qətlində təqsirli bilinən şəxslərə hökm oxunub

Tbilisi şəhər məhkəməsi ötən ilin dekabrında Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrin cinayət işi ilə bağlı hökm çıxarıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qətldə təqsirləndirilənlər 10 il 6 ay və 9 il 9 ay müddətinə azadlıqdan məhrum olunublar. 

10 il 6 ay müddətinə həbs cəzası yeniyetmə David Saralidzenin qətlində təqsirli bilinməyən, lakin digər yeniyetmə Levan Dadunaşvilinin qəsdən qətlində ittiham olunan Q.B. adlı şəxsə, 9 il 9 ay müddətinə həbs cəzası ilə təqsirləndirilən ikinci Q.C. adlı şəxsə verilib.

 


Qeyd edək ki, məhkəmənin David Saralidzenin qətlində təqsirli bilinən şəxsin qismən təqsirli olması barədə dünənki qərarı böyük narazılığa səbəb olub. Baş Prokurorluğun qarşısında keçirilmiş etiraz aksiyasından sonra baş prokuror İrakli Şotadze istefa verib. Aksiya daha sonra baş nazir və hökumətin istefası tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında davam etdirilib. 

Bakı-Qazax yolunda qəzaya düşən avtobusun sərnişinləri Qoridən gələn məktəblilər və onların valideynləri olub

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakıda çoxmərtəbəli binada YANĞIN - ZƏHƏRLƏNƏNLƏR VAR

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

Bu barədə unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

 

Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.

S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən boğulub, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

İyunun hava proqnozu

İyun ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun  iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir. Ayın ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur  yenidən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən  verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 25-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 12-17, gündüzlər 24-29, bəzi günlərdə 32-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 21-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Nisyə pomidor davası ölümlə nəticələndi

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Dalga tv  APA-ya istinadən məlumatına görə, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Aralarında baş verən dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib. Yerə yıxılan C. Məmmədov qəflətən dünyasını dəyişib.

Onun isti havada əsəbi gərginlik keçirdiyi və ürəktutması səbəbindən öldüyü ehtimal edilir. Digər şəxslər qara rəngli "QAZ 24" markalı minik maşını ilə hadisə yerindən qaçıblar.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.

Cümşüd Məmmədov da həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaşlanma əleyhinə yeni yol tapılıb

ABŞ-ın Virciniya Universitetinin alimləri bəyan ediblər ki, hüceyrələrin nüvə membranında qüsurların yaranması qaraciyərdə piylənməyə, şəkər və digər yaş xəstəliklərinin inkişafına şərait yaradır. 

Bununla bağlı "MedicalXpress" saytında yerləşdirilmiş press-relizdə məlumat verilib. 

Hüceyrələrin nüvəsində DNT var, onun daxili membranı isə lamina zülallarından ibarət olan fibrillar şəbəkəsindən ibarətdir. Bu struktur xromosomlar və nüvə RNK maddələri arasında əlaqə yaradır və gen fəaliyyətinin tənzimlənməsində iştirak edir.

Yaş ötdükcə laminaların çatışmazlığı problemi yaranır ki, bu da öz növbəsində daxili membranda qırışlara səbəb olur. Bu, nüvə qişasının DNT ilə bağlanmasına mane olur və arzuolunmaz genlərin canlanmasına səbəb olur. Nəticədə hüceyrələrin düzgün fəaliyyəti pozulur. 

Alimlər hesab edir ki, laminalardakı çatışmazlığı viruslar vasitəsilə həll etməklə nüvə membranlarının büzüşməsinin qarşısını almaq olar.

Həbs edilən DTX-çı müəllimini killər tutaraq öldütdürüb - DƏHŞƏTLİ ETİRAF

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın meyiti tapılıb.

Dalga tv apa-ya istinadən xəbər verir ki, Şirvanda orta məktəb müəllimi olmuş S. Abdullayevanın meyiti Şamaxı rayonunun Göylər kəndi ərazisində dərədə aşkarlanıb.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Meyit götürülərək müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.

S. Abdullayeva Hacıqabul rayon sakini, 1992-ci il təvəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürülüb.

X. Kərimov saxlanılıb.

X. Kərimovun qətli Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Ağayev Rövşən Firudin oğlunun sifarişi ilə törətdiyi bildirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.

Saytda Axtarış

Son xəbərlər