Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1093
DünənDünən2847
Bu həftəBu həftə1093
Bu ayBu ay59254
Bu günə qədərBu günə qədər7486588

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Hava şəraiti kəskin dəyişəcək — XƏBƏRDARLIQ

Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Bildirilib ki, bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bildirilib ki, bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Hacıqabulda ağır qəza: Ölən və yaralılar var

Hacıqabulda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Udulu kəndində qeydə alınıb.

Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha bir nəfər xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır.

Baş ağrısını azaldan bilmədiyiniz 5 üsul

Baş ağrısı ən yayılmış şikayətlərdən biridir. Başınız ağrıyırsa dərhal dərman qəbul etməyin.

Ağrıkəsici dərmanların tez-tez istifadəsi çox ziyanlı və təhlükəlidir. Bəzi çox sadə üsullar baş ağrısını azaltmağa kömək edir. Saglamolun.az sizə bu üsulları təqdim edir:

1. İsti duş qəbul edin

Baş ağrısının səbəbi bir çox hallarda boyun və çiyin əzələlərinin sıxılmasıdır. İsti duş əzələlərin sıxılmasını aradan qaldırır və bu da baş ağrısını azaldır.

2. Çay için

Çay bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yüngül ağrıkəsici xüsusiyyətə də malikdir. Baş ağrısının ilkin mərhələlərində 1 fincan təzə dəmlənmiş çay için.

3. Qulaqlarınızı massaj edin

Əllərinizlə qulaqlarınızı 1-2 dəqiqə ərzində yüngül sürtün.

4. Aromaterapiyadan istifadə edin

Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır.

5. Sevdiyiniz insanı qucaqlayın

Araşdırmalar göstərib ki, qucaqlaşmaq orqanizmdə oksitosin hormonunun ifrazını artırır. Bu hormon sakitləşdirir və ağrıları azaldır.

Şəmkirdə dəhşət: Kişi özünü qatarın altına atdı

Şəmkirdə 57 yaşlı kişi intihar edib.

Hadisə səhər saatlarında, rayonun Zəyəm kənd ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Şəmkir rayon sakini, 1961-ci il təvəllüdlü Tahir Məsim oğlu Həsənovözünü qatarın altına ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Bu meyvə dərini cavanlaşdırır

Dalga tv axşam.az-a istinadən şaftalının bilmədiyiniz faydalarını tədim edir:

1. Həzmə son dərəcə faydalıdır, bədəndəki zərərli maddələri və toksinləri çıxarır. Sinir sisteminə yaxşı təsir göstərir, gərginliyi azaldır.
2. Tərkibində A, B və C vitaminləri olan şaftalı vitamin və kalium mənbəyidir. Böyrək daşlarını əritməyə və böyrək daşlarının düşməsinə yardım edir. Ürək xəstəliklərinə və infarkta qarşı qoruyucudur.

 

3. Şaftalı, mürəbbə, marmelad və meyvə suyu kimi də həm yayda, həm də qışda rahatlıqla istifadə oluna bilən bir meyvədir.

4. Şaftalı eyni zamanda sidik yolunu təmizləyir və sidikqovucudur.

5. Hemoroidi olanlar üçün rahatladıcı bir meyvədir.

6. Şaftalı bağırsaq qurdlarını salmaqda da çox təsirlidir.

7. Şaftalı dəriyə çox yaxşı təsir edir, dərini cavanlaşdırır. Mineral baxımından zəngindir.

Gürcüstan parlamentinin qarşısında tabut aksiyası keçirilib

Gürcüstan parlamentinin Kutaisi şəhərindəki binası qarşısında simvolik aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, müxalif "Azad Gürcüstan" partiyasının üzvləri parlament binasının qarşısına kartondan hazırlanmış tabut gətiriblər.

Aksiya çərçivəsində musiqiçilərin iştirakı ilə "dəfn mərasimi" keçirilib. 

Partiyanın liderlərindən olan Qoqi Tsulaya deyib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstanda parlamentarizmə son qoyulmasına etiraz etməkdir: "Bidzina İvanişvilinin hökuməti və parlamenti nəhayət ölkədə parlamentarizmə son qoya bildilər".  

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərməlidir.

Gürcüstanda meşə yanğını söndürülüb

Gürcüstanın Svaneti bölgəsində Lentexi rayonunun Zesxo kəndində iyulun 11-dən davam edən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğının yenidən baş verməsi təhlükəsi istisna olunur.

Yanğın nəticəsində 3 hektara yaxın meşə örtüyü yanıb.

 

Yanğının baş verdiyi ərazi mürəkkəb relyefli olduğundan yanğının söndürülməsində ağır texnikadan istifadə mümkün olmayıb. Yanğının aradan qaldırılmasına canlı qüvvə və helikopter cəlb edilib.

Gürcüstanda meşə yanğını davam edir

Gürcüstanın Svaneti bölgəsində Lentexi rayonunun Zesxo kəndində üç gündür davam edən yanğını tam söndürmək mümkün olmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 3 hektara yaxın meşə örtüyü yanıb. Yanğın ərazisində əsas yanğın ocaqları söndürülsə də, yeni ocaqların yaranması təhlükəsi qalmaqdadır.

Hazırda yanğının aradan qaldırılmasına yalnız canlı qüvvə cəlb olunub.  Relyefin mürəkkəbliyindən ağır texnikanın istifadəsi mümkün deyil. Bu gün yanğının söndürülməsinə helikopterin cəlb olunması hava şəraitindən asılı olacaq.

Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var

Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Şöbə rəisi bildirib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Rüfət Quliyev qeyd edib ki, qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Agentlik rəhbəri: “Tbilisiyə sahibsiz itlər əsasən Azərbaycandan gəlir”

"Tbilisiyə sahibsiz itlər Gürcüstanın regionlarından və qonşu ölkələrdən, əsasən də  Azərbaycan ərazisindən daxil olur".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meriyasının Heyvanların Monitorinq Agentliyinin rəhbəri Vaxtanq Lomcariya deyib. 
 

O bildirib ki, son illər Tbilisidə sahibsiz itlərin sayı kəskin artıb. "Gələn il sahibsiz itlərin sayı müəyyən olunacaq. 2015-ci ilin məlumatına əsasən, paytaxtda 43 mindən çox sahibsiz it var".
 

V. Lomcariya qeyd edib ki, sahibsiz itlərin reproduksiyasına nəzarət etmək üçün müvafiq qanuna əlavələrin edilməsi tələb olunur və bununla bağlı parlamentdə müzakirələrə artıq başlanılıb. 

Fuad Muradov Topçubaşovun məzarı ziyarət etdi - FOTO

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir.

Komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, məzar üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanın Svaneti bölgəsində, Lentexi rayonunun Zesxo kəndində meşə örtüyündə yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən cəlb olunub. Bir neçə yanğın ocaqlarının söndürülməsinə artıq nail olunub.

Yanğın nəticəsində 2,5 hektar sahənin yandığı bildirilir. Yanğının söndürülməsinə helikopterin cəlb olunacağı istisna olunmur.

 

Yanğının lokallaşdırılması davam etdirilir.

Saytda Axtarış

Son xəbərlər