Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1169
DünənDünən2847
Bu həftəBu həftə1169
Bu ayBu ay59330
Bu günə qədərBu günə qədər7486664

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.

Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

 

Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.

Zəhərlənmənin dəqiq səbəbini ekspertiza müəyyən edəcək.

Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi

Alimlər müəyyən edib ki, müntəzəm olaraq qəhvə qəbulu ürək-damar sisteminin hüceyrələrini zədələnmədən qoruyur.

Henrix Heyne adına Düsseldorf universitetinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Universitetin tədqiqat qrupu kofeinin ürəyin əsas hüceyrələrinin mitoxondlarında olan “p27” zülalının aktivləşməsinə təsir göstərdiyini öyrənib.

Nəticədə insan orqanizmində ürək-qan damarlarının daxili divarlarını təşkil edən hüceyrələrin funksiyalarını yaxşılaşdıran prosesslər işə düşür.

Alimlərin təbirincə, bu effektə insan dörd fincan qəhvə qəbulundan sonra nail ola bilər. Kofeinin ürək üçün qoruyucu fəaliyyəti diabet, piylənmə və yaşla bağlı dəyişikliklər zamanı da müşahidə olunur.

Gürcüstanda Azərbaycandilli məktəbin müəllimi məhkəməyə müraciət edib

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların sıx yaşadığı Yormuğanlı kəndinin ictimai məktəbinin keçmiş müəllimi Tea Qurgenidze məhkəməyə müraciət edib.

APA-nın yerli bürosunun məlumatına görə, müəllimə məktəb direktoruna qarşı Saqareco rayon Məhkəməsinə müraciət təqdim edərək işdən çıxarılmasının qanunsuz olduğunu sübut etməyə çalışır.
 

T. Qurgenidzenin vəkili onun işdən azad olunması haqqında məktəb rəhbərliyinin qərarını qəbuledilməz hesab edir.  Vəkil müdafiə etdiyi şəxsin məhkəmə yolu ilə işinə bərpa olunacağına ümid bəsləyir.
 

Qeyd edək ki, gürcü dili və ədəbiyyatı müəllimi olan T. Qurgenidze bu ilin mart ayında işdən azad olunub. Saqareco rayonunun Resurs Mərkəzindən müəllimənin məktəblilərə qarşı zor tətbiq etdiyi bildirilib. Yormuğanlı kənd məktəbinin şagird və onların valideynləri T. Qurgenidzenin işə bərpa olunması tələbi ilə bir neçə dəfə kənddə aksiya keçirib. 

Tbilisidə azərbaycanlı və erməni gənclərin təmsil olunduğu sülh platforması təqdim olunub

Tbilisidə "Yeni Nəsil Sülh Naminə" beynəlxalq platformasının təqdimat mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, platformanın yaradılmasında məqsəd bölgədə və dünyada sülhün bərqərar olması üçün gənclərin bir araya gətirilməsidir.

Platformaya gürcü, azərbaycanlı, erməni, eləcə də Almaniya, Danimarka və digər Avropa ölkələrinin gəncləri qoşulub.

Tədbirdə çıxış edən Gürcüstan gənclərinin nümayəndəsi Giorgi Tumasyan sülh platformasının yaradılmasını tarixi hadisə adlandırıb: "Cənubi Qafqazda sülhün yaradılması və saxlanılması üçün gənclər milli və etnik mənsubiyyətindən asılı olmayaraq birləşməlidirlər. Gürcüstanda Ermənistanla sərhədə yaxın yerləşən Tsopi kəndində əsrlərdir etnik erməni və azərbaycanlılar sülh şəraitində yaşayırlar. Bu, bölgədə sülhün mümkün olduğunu göstərir".

Daha sonra gürcü, azərbaycanlı və erməni gənclərinin nümayəndələri çıxış edərək yeni nəslin sülh şəraitində yaşamaq istədiyini və bu istiqamətdəki bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd ediblər.

Sonda "Yeni Nəsil Sülh Naminə" platformasının manifesti imzalanıb. Gənclər sənədə imza ataraq Qafqazda və dünyada sülh uğrunda milli, regional və beynəlxalq əməkdaşlığa hazır olduqlarını ifadə ediblər. Manifestdə qeyd olunub ki, gənclər münaqişə tərəfləri arasında etimadın bərpa olunması prosesinə təsir edə bilər və etməlidirlər.

Tədbirdə gürcü politoloqlar, Avropanın gənclər təşkilatları, diplomatik korpusun nümayəndələri də iştirak edib.

Şəkidə baş verən avtobus qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib

Şəkidə yol qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib, onlardan ikisi tələbədir.
 

Şəki Mərkəzi Rayon Xəstəxamasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar Şəki şəhər sakinləri 1987-ci il təvəllüdlü Seymur Şahid oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Ruslan Aydın oğlu Hacıyev, 1998-ci il təvəllüdlü Elçin Qurban oğlu Qəribov və Ağdaş rayon sakini 1979-cu il təvəllüdlü Anar Rəfayıl oğlu Baxışovdur.

Yaralılardan Ruslan Hacıyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə, Anar Baxışov isə cərrahiyə şöbəsinə yerləşdirilib. Elçin Qəribovun və Seymur Məmmədovun vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən  sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Yaralılardan Ruslan Hacıyev və Elçin Qəribov Mingəçevirdə fəaliyyət göstərən ali təhsil məktəblərinin birinin tələbələridir. Qəza baş verən zaman xəstəxanaya daxil olan yaralıların hamısı  Şəki-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusunda olublar.

Qəza zamanı avtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

Ağsuda 20 yaşlı qız intihar edib

Ağsu rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin 20 Yanvar küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Şıxıyeva Ləman Mahir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bakıda restoran yanır

Bakının Dərnəgül kimi tanınan ərazisində restoranda baş verən yanğının söndürülməsi davam edir.

Yanğın "Nanəli" adlı restoranda başlayıb. Hazırda yanğın nəzarət altına alınıb. Bildirilir ki, yanğın vaxtı ölən və xəsarət alan yoxdur. Amma restoranın 1-ci və ikinci mərtəbəsinə maddi ziyan dəyib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

https://youtu.be/Cjv_x21nruw

Alimlərdən Venera planeti ilə bağlı yeni kəşf — Günlər niyə uzun keçir? (ARAŞDIRMA)

Venera planetində günlərin uzunluğunun səbəbi açıqlanıb.

"Nature Geoscience" jurnalında dərc edilən məqaləyə əsasən, Venera planetinin atmosferindəki nəhəng dalğa bunun səbəbidir.

"Akatsuki" zondu tərəfindən bu kəşfə imza atılıb. Məlum olub ki, dalğa müntəzəm olaraq planetə təsir edir və onu dayandırır.

Venera Yer planeti ilə demək olar ki, eyni ölçüyə və kimyəvi tərkibə malik olsa da, Günəş Sisteminin qeyri-adi planetlərindən biridir. Onun atmosferi çox istidir və planetdən 60 dəfə tez dövr edir. Bu isə saatda 500 km sürətlə hərəkət edən küləklərin yaranmasına səbəb olur. Bu planetdə bir gün 240, 224 sutka davam edir.

Alimlər uzun müddətdir ki, Veneranın öz oxu ətrafında bu qədər ləng dövr etməsinin səbəbini araşdırırdılar. Alimlər ehtimal edirlər ki, qədim dövrdə planet asteroidlə toqquşub və ləngimənin səbəbi budur. Asteroid planetin oxunu çevirib və əks istiqamətdə dövr etməyə məcbur edir.

 

Amma alim Tomas Navarronun fikrinə görə, bu ideya peyklərdən alınan məlumatlara ziddiyət təşkil edir. Peyklərin müşahidəsi sübut edir ki, naməlum fenomen planeti “dayandırır” və sutkanın uzunluğu hər Venera günü 6-7 dəqiqə uzanır. Bir çox alim isə düşünür ki, bunun əsas səbəbi asteroid yox, atmosferdir. Atmosferin hərəkəti və planetin üst səthi ilə təması Veneranı dayandırır. Bu isə günün uzunluğuna səbəb olur.

Navarro və həmkarları peyklərin əldə etdiyi məlumatları incələyəndə planetin başqa bir sirrini də açıblar. Məlum olub ki, nəhəng dalğanın uzunluğu 10 min km-dir. Yer atmosferində bu tip dalğalar əsasən uzun və hündür dağ silsilələrində yaranırlar və uzun müddət qalmırlar. Venerada iri dağlar yoxdur.

Yaranan dalğa isə itmək niyyətində deyil. Alimlər onun necə yarandığını öyrənməyə başlayıblar.

Bu tapmacanı tapmaq üçün Navarro və komandası planet atmosferinin xüsusi kompüter modelini hazırlayıblar. Məlum olub ki, bu dalğalar gün ərzində Veneranın 4 regionunda yarana bilər. Bu ərazilərdə hündür olmayan dağ silsilələri var. Bu dalğalar gündüz yaranır və bir neçə Yer sutkasından sonra gecə yoxa çıxır.

Bu qidalar beyni məhv edir - UZAQ DURUN

Qızarmış qidalar

Bütün işlənmiş qidalar, kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular bura daxildir. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələrinə yol açır.

Dondurma

Aparılan bir çox araşdırma zamanı doymuş yağ və şəkərlə zəngin qidaların bilik və söz bacarıqlarını azaltdığını ortaya qoyub. Mütəxəssislər dondurma yemək yerinə təzə meyvə ilə hazırlanan soyuq qatıqların istifadəsini məsləhət görür.

Şiirin qazlı içkilər

Bu içkilər beyinin 1 nömrəli düşməni sayılır. Şəkərlə olduqca zəngin olan belə içkilər damarlarda iltihabın yaranması riskini artırır ki, bu daateroskleruzun əsas səbəbidir. Ateroskleroz zamanı damarlarda piyə oxşar maddə xolesterin yığılır, damarlar daralır, kövrək olur, tez partlayır. Bütün bunlar isə nəticədə insultun riskini artırır.

Konserv balıqlar

Amerika Ürək Dərnəyi ürək sağlamlığı üçün həftədə 2 dəfə ton balığı istifadəsini tövsiyə edir. Ancaq konserv qutuda satılan ton balıqları sağlamlığa fayda yerinə, zərər verir. Konserv ton balıqlarının içərisində olan ağır metallar beyin sağlamlığına mənfi mənada təsir edir.

Fast food

Yaxın zamanda Montreal Universitetində aparılan bir araşdırma fast food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoyub. Bu da depressiyaya yol açır.

Gürcüstanda aztəminatlı azərbaycanlı ailələr üçün xeyriyyə aksiyası keçirilib

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Ramazan bayramı münasibətilə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xeyriyyə aksiyası təşkil edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, AZEBİ-yə üzv olan şirkətlərin adından Marneulidə yaşayan aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb.

Xeyriyyə aksiyası Marneuli rayonu və onun kəndlərində yaşayan ümumilikdə 100 ailəni əhatə edib.

Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib

Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bütün lazımı avadanlıqlarla təchiz olunmuş müasir təcili tibbi yardım maşını rayon rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən F. Muradov Azərbaycanın Gürcüstanla münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.

Qardabani rayonunun rəhbəri Ramaz Budaqaşvili təcili tibbi yardım maşınına görə minnətdarlığını bildirib. O qeyd edib ki, rayonun bu cür təcili tibbi yardım maşınına böyük ehtiyacı olub. 

Qeyd edək ki, Heydər Əliyev Fondu Gürcüstana iki təcili tibbi yardın maşını hədiyyə edib. Onlardan biri ötən gün azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonunun rəhbərliyinə təqdim olunub.

 

Məhkəmə Gürcüstan parlamentinin azərbaycanlı deputatı ilə bağlı qərar verib

Gürcüstanın Rustavi şəhər məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputat 4 min lari məbləğində cərimə olunub.

A. Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.

 

Məhkəmə qərarı ilə Marneuli insidentində adı keçən Ramin Allahverdiyev və Marneuli rayon başçısı Temur Abazovun qohumu da hər biri 4 min lari məbləğində cərimə olunub.

Saytda Axtarış

Son xəbərlər